Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Sağlam Ana-Sağlam Körpə

Körpənin sağlam qidalanmasının təməli ana bətnindən qoyulur. Hamilə olan qadın başa düşməlidir ki, onun düzgün qidalanması sağlam uşağın doğulmasına zəmanət yaradır. Hamiləliyin 20-ci həftəsində qadının enerji itkisi əvvəlki səviyyədə qalır, buna görə də qidanın həcm və kaloriliyi dəyişmir, lakin qida rasionu mütləq lazım olan vitaminləri, mineral maddələri, əvəz olunmaz amin və yağ turşularını özündə cəmləşdirir. 20-ci həftədən sonra gələcək ananın enerji və qida maddələrinə olan tələbatı xeyli artır. Bu, dölün ölçülərinin xeyli artması ilə əlaqədardır. İndi zülal, kalsium, dəmir və qida lifləri ilə zəngin olan məhsulların qəbulunu artırmaq, duz, maye, heyvan mənşəli yağ, şirin məhsul və yeməklərin qəbulunu isə məhdudlaşdırmaq lazımdır. Hamilə qadının qidalanma xarakteri ilə gələcəkdə uşaqda qida allergiyasının yaranması arasında bağlılıq müşahidə olunur. Xüsusən, əgər qadın allergik reaksiyalara meyillidirsə yüksək allergiya potensialına malik məhsulların istifadəsi məhdudlaşdırılır. Çiyələk, kakao, şokolad, sitrus, ədviyyatlı, ətirli, konservantlı, sintetik boya maddələri və aromatizatorlu (kolbasa, sosis, qazlı sular, konservlər və s.) qidaları istifadə etməmək lazımdır.


Müəllif: Həkim-pediatr Günay Rəsulova
Sağlam Ana-Sağlam Körpə
0

Xəbəri redakte etdi: sebine - 11-12-2015, 22:04
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: