Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Təlimə hazır ol

Masaj və gimnastika böyüyən orqanizmə müsbət təsir göstərir: iştahanı yaxşılaşdırır, mədə-bağırsaq traktatının işini normallaşdırır, əzələ tonusunu adekvat saxlayır, hərəkətli inkişafı sürətləndirir, uşağı möhkəmləndirir. Sağlamlamlaşdırıcı masaj və gimnastika hər bir körpənin vaxtında inkişaf etməsi və iməkləmək, oturmaq, yerimək kimi bacarıqlarının mükəmməlləşdirilməsi üçün vacibdir.Yaxşı olar ki, masaj və fiziki çalışmaların ilk seansı tibb işçisinin nəzarəti altında keçsin. Yeni doğulmuş körpələrin əksəriyyətində masaja 4-cü həftədən sonra başlamaq olar.Prosedurun keçirilmə vaxtı uşağın yaşından asılıdır, lakin başlanğıcda 5-10 dəqiqəni keçməli deyil. İlk komplekslərdə masajın yüngül sığallama kimi fənnindən istifadə olunur.Uşağın böyüməsinə uyğun olaraq ovma, ovuşdurma, titrətmə, eləcə də passiv, aktiv fiziki çalışmalar istifadə etmək olar. Gimnastika və masaj uşağa sevinc bəxş etməlidir, yalnız bu halda onlar uşağa xeyir gətirər. Uşaqların erkən passiv üzməsi, gimnastika və masaj kimi fiziki və psixohərəkətli inkişafın stimullaşdırıcı faktorlarından sayılır. Körpəni passiv üzməyə öyrətməyi yalnız təcrübəli metodistin rəhbərliyi ilə başlamaq olar. Yaxşı olar ki, uşaq poliklinikası hovuzu nəzdində xüsusi bu məqsəd üçün təchiz edilmiş vannalardan istifadə edilsin . Gələcəkdə üzmə çalışmalarının keçirilməsi metodikasını mənimsəmiş valideynlər ev şəraitində müstəqil şəkildə davam edə bilərlər. İlk çalışmalara yaxşı olar ki, ana körpəsi ilə birgə suda olsun. Bu, ona sakitlik və inam verir. Su çalışmalarının yeni kompleksinə keçərkən vaxtaşırı təlimatçı ilə məsləhətləşmək lazımdır. Üzgüçülük texnikasını tez mənimsəmək üçün körpəyə sağlamlaşdırıcı gimnastika və masaj kompleksi kömək edəcək.

Müəllif: Həkim-pediatr Günay Rəsulova
Təlimə hazır ol
0

Xəbəri redakte etdi: reyhane - 28-12-2015, 22:43
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərhlər
Griffii 2 avqust 2019 12:49
Questo orologio è molto elegante in termini di design e funzionalità.Orologi replica rolex La qualità è relativamente perfetta. Questa è la mia prima volta a comprare un orologio replica.replica cellini Orologi Questo orologio è fantastico e mi ha sorpreso. Elogio a cinque stelle
Bəyəndim! 0 Bəyənmədim!
SİTAT GƏTİR         
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: