Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Körpəmizə ana südü verək

Ana südü körpələr üçün əvəzolunmaz qidadır. Hər bir ana çalışmalıdır ki, övladına ana südü versin. İlk 2 yaş "mütləq"ana südü verilməlidir. Ana südünün faydalarını sadalamaqla bitməz. Ana südü uşağın bakteria və virus infeksiyalarından, ətraf mühütin qeyri qənaətbəxş şəraitindən qorunması və bağırsaq mikroflorasının normal saxlanılması üçün vacib olan bütün qida komponentlərini, immunoloji faktorları, bioloji aktiv maddələri (hormonlar,fermentlər,boyatma faktorları və s.) özündə cəmləşdirir. Ana südündəki dəmir anemiyanın profilaktikasına kömək edən yüksək bioəlverişliliyə məxsusdur. Kalsium və fosforun optimal nisbəti raxitin profilaktikasının qarantı olur və normal sümükyaranma prosesini təmin edir. Ana südü ilə qidalandırma uşağa emosional təsir göstərir.Məlumdur ki, təbii yolla yedizdirilən uşaqlar daha sakit, meriban, ən əsası isə anaya daha çox bağlı olurlar. Körpəmizə ana südü verək
Uşağın sinəyə düzgün qoyulması:
• Uşaq bütün korpusu ilə anaya tərəf döndərilib və ona sıxılıb
• Uşağın başı və bədəni vahid düz xətt üzrə yerləşir
• Uşağın sifəti ananın döşünə istiqamətlənmişdir,burun məməciyin qarşısında
• Ana uşağın başının arxasından, çiynindən, yanından tutaraq saxlayır (sonuncu yeni doğulmuş körpə üçün vacibdir)
Döşü düzgün götürmə:
• Uşağın çənəsi döşə toxunur
• Ağız geniş açılır
• Aşağı dodaqcıq çölə burulur
• Uşaq nəinki məməciyi, həm də onun ətrafındakı dairənin çox hissəsini götürə bilir
• Ana məməcik ətrafında ağrı hiss etmir
Uşaq sutka ərzində 10-12 dəfə döş əmə bilər, o cümlədən gecə vaxtı. Bu körpənin həyatının ilk həftələrində xüsusən vacibdir. Belə rejim ana üçün də xeyirlidir, belə ki, sıx əmizdirmələr südün daha yaxşı hasil olmasını stimullaşdırır, körpənin rahat davranışını və hərtərəfli inkişafını təmin edir. Nəticədə, adətən 2-ci ayın sonuna körpənin öz qidalanma rejimi meydana gəlir, adətən sutka ərzində 6-8 dəfəyə qədər. Körpəmizə ana südü verək
Adətən körpə 15-20 dəqiqə anasının döşündə qalır. Hər bir ana bilməlidir ki, döş əmən sağlam uşağa bir qayda olaraq əlavə su verməyə ehtiyac yoxdur. Lakin, isti havalarda, xəstəlik zamanı, çoxlu qusduqda, sıx qarın işləmələrində uşağın əlavə mayeyə ehtiyacı olur (uşaq qidası üçün su və ya qaynadılmış su).
Ana südünün uşağa yetərli olmasını necə bilmək olar?
Əgər sizin fikrinizcə ana südü azlıq edirsə, əlavə qida kimi süd qarışıqları ilə doyuzdurmağa tələsməyin. Əvvəlcə qəbul olunmuş südün kəmiyyətini öyrənmək məqsədi ilə gün ərzində uşağı yeməkdən əvvəl və sonra çəkin (eyni bez ilə).Bir dəfə çəkmək məqsədə uyğun deyil, belə ki, bu zaman ana südünün kəmiyyəti barədə səhv təsəvvür yarana bilər.
İki ayına qədər uşaqda sutkalıq qidanın kəmiyyəti onun çəkisinin 1/5-nə, 2 aydan 4 aya qədər çəkinin 1/6-nə, 4 aydan aya qədər isə çəkinin 1/7-nə bərabər olmalıdır.
Hər bir ana bilməlidir ki, bu dövrdə onda laktasiya (südvermə) böhranı yarana bilər yəni ana südü azala bilər. Lakin bu, körpəni sənaye istehsalı olan qarışıqlarla qidalandırmaq üçün əsas deyil. Laktasiya böhranı südvermənin 3- 6-cı həftələrində, 3-4-cü, 7-8-ci aylarında baş qaldırır. Onların davamlılığı 3-4 gün çəkir və uşağın sağlamlığı üçün təhlükə yaratmır. Əgər ana həkim tərəfindən laktasiya böhranının meydana gələ bilməsi barəsində təlimatlandırılıbsa və vaxtı-vaxtında körpəni döşünə qoyma tezliyini artırırsa, deməli bununla o, qidanın həcmini müvəffəqiyyətlə artırır.

Müəllif: Həkim pediatr Günay Rəsulova
Körpəmizə ana südü verək
0

Xəbəri redakte etdi: sebine - 11-12-2015, 22:29
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: