Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Aylıq məvacibin səmərəli istifadəsi

Əvvvəlcə ailə büdcəsi haqqinda bir neçə kəlimə məlumat verək.
Ailə büdcəsi ev təsərrüfatlarının maliyyəsində əsas yeri tutur. Ev təsərrüfatı öz tələbatını müstəqil təmin edən bir nəfərdən və ya birgə yaşayan və öz tələbatını təmin edən bir neçə şəxsdən ibarət ola bilər. Bu şəxslər qohumlar və ya qohum olmayanlar ola bilər. Ev təsərrüfatının sosial-iqtisadi mahiyyəti pul vəsaitlərinin formalaşdırılması və istifadəsi ilə bağlıdır. Ev təsərrüfatlarının ən geniş yayılmış forması isə ailədir. Hər bir ailə qurulduğu gündən müxtəlif problemlərlə qarşılaşır ki, bunların içərisində iqtisadi problemlər əsas yer tutur. Ailə yaşayışını davam etdirmək üçün müəyyən gəlir əldə etməli və xərclər həyata keçirməlidir. Gəlirlərin və xərclərin planlı surətdə formalaşdırılması və istifadəsi ailə büdcəsini təşkil edir. Ailənin gəlirləri müxtəlif mənbələrdən daxil ola bilər, o cümlədən, əmək haqqı, sosial transferlər, fərdi əmək və sahibkarlıq fəaliyyətindən daxil olmalar, faiz, divident, renta və s. Ailə büdcəsini planlaşdırarkən bu xüsusiyyətlər nəzərə alınmalıdır. Əmək haqqı nisbətən sabit gəlir sayılırsa, fərdi əməkdən əldə edilən gəlirlər aylar üzrə xeyli fərqlənə bilər.
Ailə büdcəsinin vəziyyətinə onun xərcləri daha çox təsir edir. Çünki gəlirlərin formalaşması xeyli dərəcədə xarici amillərdən asılıdırsa, xərclərin müəyyənləşdirilməsində ailələrin "hüquqları" daha genişdir.
Ailə büdcəsinin inkişafı üçün onun düzgün idarə edilməsi tələb olunur. İdarəetmə reaktiv və planlı ola bilər.
Reaktiv idarəetmə zamanı heç nə əvvəlcədən planlaşdırılmır, yalnız hər bir halda zəruri addımlar atılır: ərzaq alınmalıdır, qonaq getməliyik, hədiyyə tələb olunur alaq, alaq, alaq... və birdən aydın olur ki, növbəti alış üçün pul yoxdur.
Planlı idarəetmə zamanı ailə öz xərclərini təhlil edir və öz gəlirlərindən çıxış edərək onu planlaşdırır. Bu zaman ailənin strateji məqsədləri də nəzərə alınmaqla illik və aylıq xərclər müəyyənləşdirilir. Xərclərin məcburiliyi, zəruriliyi nəzərə alınaraq bəzi xərclər ləğv edilə və ya azaldıla bilər.
Ailənin cari büdcəsi aylıq büdcədir. Aylıq büdcənin səmərəli qurulması ailənin iqtisadi durumunu sabitləşdirə, ailə münasibətlərini daha dayanıqlı edə bilər.
Ətrafınıza nəzər salın. Təxminən eyni aylıq gəlir əldə edən, lakin müxtəlif iqtisadi duruma malik ailələri görəcəksiniz. Deməli, qazanmaqdan çox necə xərcləmək önəmlidir. Ailədə pulun istifadəsi məqsədyönlü tənzimlənməlidir. Pulun düzgün xərclənməməsi ailədə ciddi problemlərə səbəb ola bilər.
Buna görə də hər bir ailə öz xərclərini ciddi təhlil etməli, hansı xərcdə, nə qədər qənaət etmək imkanı olduğunu müəyyən etməlidir. Bunun üçün ailələr öz xərclərinin həm tərkibinin, həm də quruluşunun aylar üzrə, həmçinin ötən ildə olan vəziyyətin ciddi araşdırmalıdır.
Hazırki şəraitdə orta statistik ailənin aylıq qazancının 80 faizə qədəri mal və xidmətlətin alınmasına, o cümlədən, 60 faizə qədəri ərzağa sərf olunur. Xərclərin içərisində ikinci yeri məcburi ödənişlər (vergi, sosial ödənişlər, kommunal və sığorta ödənişləri, bank kreditinə görə faiz və s.) tutur. Ailə üzvlərinin təhsilinə, sağlamlığının bərpasına, əyləncə və həzlərə də müəyyən vəsait ayrılır. Ailələr maliyyə bazarında iştirak etməli və daşınmaz əmlak alınmasına da vəsait ayırmalı olurlar.
Ailə öz gəlirindən çıxış edərək bu xərclərin hər birində qənaətə nail olmalıdır. Bahalı geyimlərin nisbətən ucuzu ilə əvəzlənməsi, daha sağlam və ucuz qidalara keçilməsi, bank kreditlərindən sui-istifadədən qaçmaq, sağlamlığın qorunması üçün idmana üstünlük verilməsi, daha çox çalışmaq hesabına dövlət ödənişli təhsilə nail olmaq və s. xərclərə xeyli qənaət etməyə imkan verər.
Aylıq məvacibin səmərəli istifadəsinə bizim gündəlik xərclərimizin ciddi uçotunun aparılması kömək edə bilər. Ayın sonunda hansı xərclər olmadan keçinə biləcəyimizi müəyyən etməli, həmin xərclərdən qaçmalıyıq.

Müəllif: ADİU-nin maliyyə kafedrasının dosenti, Qurbanov Bayraməli



Aylıq məvacibin səmərəli istifadəsi
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərhlər
apple 27 dekabr 2016 07:09
Buying a artist backpack is a huge investment, and no-one wants to burst the banknote alone to acquisition it’s in fact replica handbags. But as the bazaar for affluence carryalls has developed - so has the bazaar for knock-offs. As counterfeiters become added savvy, it’s acceptable added difficult to acquaint a 18-carat from a phony, with abounding of today’s artificial accoutrements searching about identical to the absolute thing. While the abstraction of a knock-off ability adjure images of cheap, artificial and obviously-fake bags, abounding of today’s styles even appear complete with apish consecutive tags and actuality cards. So how do you abstracted the chichi from the sham? Luckily, affluence assignment website The RealReal’s aggregation administrator of authentication, Graham Wetzbarger, is on hand. Speaking to Racked, he shares his top tips for acceptance the actuality of three of the a lot of celine outlet broadly knocked-off accoutrements about from Chanel, Louis Vuitton and Hermès. If acceptance this iconic bag you would accept that your aboriginal anchorage of alarm would be the monogram, but according to Wetzbarger, abounding affected manufacturers accept able the arrangement so this isn’t consistently a asleep give-away. Instead, analysis for the date cipher on the axial of the bag which should be formed on a babyish covering tag; this denotes if and area the section was made. Alternatively, the vachetta covering Louis Vuitton uses for its straps and handles isn’t advised so if you’re affairs added duke it should accept developed a slight patina. The looky looky men try to advertise us chanel handbags every day here, affirmed genuine. Account a tenner at the most, you can acquaint the tourists they buy them for the antecedent action bulk of 40€. And as for their Rolex replica watches. You accept to accept just accomplished kindergarten to accomplish accomplish such a able account like that!
Bəyəndim! 0 Bəyənmədim!
SİTAT GƏTİR         
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: