Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Erkən doğumun səbəbləri.

Erkən doğumun səbəbləri.














Erkən doğuşun səbəbləri nədir?

Səbəbləri müxtəlifdir. Ümumiyyətlə xanımlar menstruasiya dövrünə başladıqda,yəni təxmini 12-13 yaşlarında valideyn nəzarətində olmalıdır. Çünki bu dövr başladığı andan bu problemlərin təməli qoyulur. Bəzən xanımlarımız ay başı pozğunluqları ilə müraciət edirlər,onlarda da daha çox müəyyən hormonların səviyyəsinin aşağı olması,yumurtalıqların polikistozu müşahidə olunur. Bu hormonların tənzimlənməsi üçün müəyyən dərmanların istifadəsini məsləhət görürük,hormonal pozğunluq düzəldikdən sonra xanım hamilə qaldıqda 90%ində erkən doğuş halları ilə rastlaşırıq.Amma təbii ki,bu l səbəbdir. Lakin elə əsası da budur. Digər səbəbi isə ekstra genital potologiyalar yəni hamiləlikdən yaxud qadın xəstəliklərindən əlavə olan problemlərdir. Məsələn: qadın cinsiyyət orqanında iltihab, xəstəlik yaxud ürək damar sistemində problem olarsa.

Yarımçıq doğulan uşaqlar tam sağlam olurmu?

-Bu nisbi haldır. Əgər doğuş 25 həftədən sonra baş verirsə,onun yaşamamaq ehtimalı yoxdur. Yəni onlara uşaq həkimləri tərəfindən normal qulluq olunursa,tam olaraq yaşaya bilər. Amma bəzən elə olur ki,döl 40-cı həftəsində anadan olur amma hər hansı səbəblərə görə yaşamır.

Yarımçıq doğulan uşaqlar ümumi doğuşun neçə faizini təşkil edir?
Heç yarı faizi də təşkil etmir, hardasa 40% deyə bilərik.

Sonsuzluğu yaradan səbəblər nələrdir?
-Əslində səbəblər müxtəlifdir. 1cili və 2cili sonsuzluq halları var. Əgər qadın bir dəfə də olsa hamilə olmayıbsa,bu 1cili sonsuzluq faktıdır. Bunun da əsas səbəbi, əksər xanımlarda özünü göstərən hormonal pozğunluqdur. Orqanizmin maddələr mübadiləsini tənzimləməklə yumurtalıqlar normal inkişaf edir. Yumurtalığın politiskozu maddələr mübadiləsinin tam pozulmasına gətirib çıxarır. Əksər hallarda görürük ki, xanımlar köklüyə, artıq çəkiyə meyillidirlər. Bəs səbəbi nədir? Təbi ki,qəbul etdikləri fast-foodlar, sağlam olmayan qidalar. Bu halların baş verməməsi üçün qida rejiminə ciddi nəzarət olunmalıdır. Digəri isə uşaqlıqda olan arakəsmələrdir, bu da anadangəlmə səbəbdir. Bunun da əməliyyatla həlli var lakin həmin qadının hamiləlik göstəriciləri yüksək olmur. 2cili sonsuzluq faktının nümayəndələri isə hal hazırda çoxluq təşkil edir. Yəni qadının 1-ci hamiləliyi normal baş verir, ya doğuş ya da qeysəriyyə əməliyyatı ilə nəticələnir. Amma sonra 2 yaxud 3-cü uşağı dünyaya gətirə bilmir, yəni hamilə qala bilmir. Bunun səbəbləri müxtəlifdir. İlk hamiləlikdən sonra II hamiləlikdə həkimə müraciət etmədən, ev şəraitində dölü sonlandırmaqdan ötrü istifadə olunan dərmanlardır. Lakin bu düzgün deyil. Çünki sonra həmin xanım uşaqlıqsız qala bilər. Normal olunmamış yaxud həkim nəzarəti olmadan edilmiş abort bu cür problemlərə səbəb olur. Yox əgər ilk doğuş qeysəriyyə əməliyyatı ilə baş veribsə, qarın boşluğunda hansısa bir problemlər-bitişmələr, boru keçməməzliyi varsa bu da 2-ci qrup sonsuzluğa gətirib çıxarır.

Evlilikdən öncə tibbi yoxlanış vacibdir mi?

- Təbi ki, vacibdir. Ailə həyatının qururuq ki, dövlətimizə,millətimizə sağlam övlad bəxş edək. İnfeksiyalar yoxlanılmamışdan qabaq cütlüklər genetik analizlərdən keçməlidirlər. Çünki,təcrübəmdə də görürəm ki,genetik problemlər çoxdur. Yəni hamiləlik baş verir, lakin inkişafdan qalır, bunun bir səbəbi də elə genetik problemdir. Yəni dövlət proqramı ilə keçirilən müayinələr var lakin genetik analizlər də əlavə olunsa daha yaxşı olar.

Sonsuzluq faizi qadınlarda çoxdur ya kişilərdə?
-Yarı yarıdı demək olar. Yəni olub ki, qadında heç bir problem yoxdur, əsas problem kişidədir. Amma mən hər iki tərəfin yoxlanılmasını vacib bilirəm.

Son dövrdə qadınlar qeysər əməliyyatına üstünlük verirlər. Bu nə ilə əlaqədardır?

-Öncə hamiləni psixoloji olaraq doğuşa hazırlamaq lazımdır. Doğuş ağrılarını daha qabarıq şəkildə tərif etmək yerinə,hamilənin gözündə bu prosesi adiləşdirmək lazımdır. Bu cür psixoloji dəstək olsa, onlar özləri birbaşa doğuşa getmək istəyərlər. Lakin elə olur ki,qadın qorxur. Ya ilk hamiləlikdə çəkdiyi ağrılardan ya da qohumdan-qonşudan eşitdiklərindən. Əsasən onlara doğuşu məsləhət görürük ki, o sancını görsünlər, bəlkə dözə biləcəklər. Çünki bu proses hər insan fərqli ola bilir.Qeysəriyyəni isə hər an edə bilərik.

Uşağın cinsi "uzi" vasitəli ilə müəyyən edilir və qız olduğunu biləndən sonra əksər qadınlar doğulmadan abort etdirilir. Bir həkim kimi siz buna necə baxırsınız?

-Mənfi baxıram. Mən 2 qız, 1 oğul anasıyam. İlk oğlum oldu, sonra qızım, 3-cü qızı dünyaya gətirməyə də bilərdim,amma mən bunu etmək istəmədim. Şəxsən mən xanımları müəyyən həftədən sonra abort etmirəm. Övladı verən Allahdır,bunu sənə veribsə, cinsiyyəti nə olur olsun saxlamalısan.

Əvvəllər ailələrdə uşaqların sayı çox olardı. İndi 3dən çox olmur, sizcə bunun səbəbi nədir?

-Sosial vəziyətə görə. Bir övladı oxutmaq, boya başa çatdırmaq, normal şəkildə böyütmək üçün müəyyən miqdar vəsait lazımdır. Bəzən elə hamilələr olur ki, ultrasəs müayinə üçün pulunun olmadığını deyir o zaman sual verirəm ki, bəs bu uşağa necə baxacaqsan? Ona görə də orta əmək haqqını nəzərə alaraq ailələrdə övlad sayı əvvəlki dövrə nisbətən azalıb.

Qohumluqları çatan qadın və kişinin evliliyi nəticəsində dünyaya gələn uşaqların şikəst olduğu proqnozu bir çox mütəxəssislər tərəfindən təsdiq edilir. Sizcə bu nə dərəcədə doğrudur?

-Elə cütlüklərimiz olub ki, normal övlad dünyaya gətiriblər. Bunu hamıya şamil etmək olmaz. Yenə də gəlib çıxırıq genetik problemlərə. Genetikada problemlər yoxdusa, normal övlad dünyaya gələcək.

Erkən doğumun səbəbləri.





















Dr. Mama-ginekoloq Lamiyə Şəmmədli
Əlaqə nömrəsi: 0519920007
Müxbir: Şəfəq Səmədova
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: