Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Musiqinin bilinməyən sirləri

Musiqi geniş fəlsəfi məfhumdur. Musiqi hələ qədim dövrlərdən həm problemləri həll etmək imkanına malik olub, həm də tarixi prosesləri özündə əks etdirib. Musiqi sərhəd tanımır. Musiqinin meydana gəlməsi haqqında hələ qədim mifoloji yazılardan məlumat ala bilərik. Mifologiyada musiqi haqqında geniş məlumat var. Qədim mifologiyada Orfeyin, Dionisin adları çəkilir. Bunlar mifoloji obrazlardır. Məsələn, Aryol çox gözəl oxuyur, Delfin onu xilas edir. Orfey öz lirasını oxuyub bütün təbiəti özünə valeh edir.Yəni mifoloji obrazların özündə belə musiqinin qüvvəsi əks olunur.Musiqi ilə onlar təbiəti özlərinə cəlb edirlər, cəmiyyətdə olan ən yaxşı vasitələri özlərinə tərəf çevirə bilirlər.Hətta orqanatlar haqqında belə bir mif var ki, Orfeyin oxuması ilə onlar dəniz dalğasından xilas olurlar. Orfey o qədər gözəl ifa edir ki, orqanatlar üçün bir cənnət açılır. Orqanatlar xilas olub cənnət dünyasına daxil olurlar. Bütün bunlar onu göstərir ki, lap qədimdən musiqi cəmiyyətdə başlıca rol oynayıb. Qədim Hindistanda musiqi birinci məşguliyyət idi. Çünki estetik fikirləri möhkəmləndirmək musiqi vasitəsi ilə olurdu. Çox maraqlı fakt ondan ibarətdir ki, antik dövr musiqisi riyaziyyatçılarla əlaqəlidir.Yəni, riyazi düşüncələr belə musiqi ilə bağlıdır.Bu riyaziyyatçıların sırasına Pifaqor, Filolay, Aristotel, Aristokseni misal çəkə bilərik. Onların fəlsəfi fikirlərində musiqi haqqında böyük düşüncələr var. Filolay, Aristotel, bundan əlavə, İohan Kepplerin düşüncələrində dünya harmoniyası var. Yəni bütün planetlər arasında musiqi səsləri mövcuddur. İnsanlar bunu müxtəlif yollarla sübuta yetirməyə çalışıblar. Bu düşüncələrə kosmopoloji düşüncələr deyilir. Orta əsr musiqişünaslığında Fərabi, Mərağayi, Hərkindi, Səfiyəddin Ürməvi kimi şəxslər Pifaqora əsaslanıb musiqi haqqında öz fikirlərini söyləmişlər.
Şərq musiqiçiliyi muğam sənətinə söykənmişdir. Burada muğam-məqam pərdələri, muğam ifasının hələ tamamlanmamış pərakəndə forması, necə formalaşması haqqında müxtəlif fikirlər var. Bu haqda dahi şair Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında məlumatlar var. Qədim "Kitabi Dədə Qorqud" dastanında musiqi alətşünaslığı ilə bağlı geniş məlumatlar var. Musiqi öz təzahürünü alətlərin simasında tapıb. İlk musiqi düşüncə tərzi oxumaq sənəti ilə bağlı olub. İnsan ilk öncə o səsi meydana gətirir, sonda alətşünaslığa çevirir. Oxumaq sənətini müşayiət etmə, müşayiət edənin ardından oxuma sənəti var. Muğam sənətində belədir ki, ifaçı oxuyur, instrumental ifaçı onu müşayiət edir. Hindistanda raqa sənəti vardır ki, instrumental ifaçı hansı musiqini ifa etsə ifaçı da onu oxumalıdır. Bunların hər biri fərqli inkişaf növüdür. Artıq 16-cı əsrin ortalarında bu mədəniyyətin Avropa mədəniyyətində təzahürünü görürük. Buna qədər artıq Şərq mədəniyyətində çoxlu ünsürlər, təsniflər, muğam oxuma formaları, hətta xanəndələr belə var. Amma sonrakı dövrlərdə Avropa-kilsə mədəniyyətində bir oxuma növünün formalaşması meydana gəldi ki, burada da kilsə antik dövrlərə məxsus olan himn oxuma sənətinə əsasən öz oxuma sistemini formalaşdırmağa başladı. Qədim Misirdə himnlər oxunurdu. Bu himnlərin oxunması sonralar artıq inkişaf etmişdi. Antik dövr, daha sonra orta əsrlərdə inkişaf etmiş bu oxuma sistemi ideologiyası əsasında artıq kilsə öz oxuma sənətini inkişaf etdirməyə başladı. Bu oxuma sistemi əvvəl təksəsli oxuma, sonra xor ilə oxuma, heterofonik oxuma ilə həyata keçirilirdi. Sonralar kvarta kvinta bölünməsi ilə daha da inkişaf etdirilərək tersiya səsləri daxil edilməyə başladı. Beləliklə, ümumi oxuma qammasının formalaşması meydana gəldi. Qammanın formalaşması müxtəlif səslərdə öz diapazonunu tapdığına görə alətlər də bu səslərə uyğunlaşmalı idi. Bu, hələ orta əsrlərdə olan formalaşmadır. Burada janrlar məsələsi artıq üzə çıxdı. İlk vaxtlar kilsələrdə kondaklar oxunurdu. İohan Sebastiyan Bax əsərlərində kantatalara rast gəlmək olar. Xristianlıq mədəniyyəti ilə bağlı olan bu kantatalar İsa peyğəmbərin tələbələrinə həsr olunmuşdur. İohan Sebastiyan Bax əsərlərində temperasiyalı səs siteminə rast gəlinir.
Klassizim mərhələsinin inkişafında, Mozart, Bethoven sənətində artıq simfonizmin inkişafını görünür. Eyni zamanda alət ifaçılığının inkişafına rast gəlinir. Fortepiano, skripka və digər musiqi alətləri üçün konseptlər mövcud idi. Tədricən bu dövr romantizmlə əvəz olunur. Romantizm Frans Şubertlə başlayır, lakin Bethovenin də romansları vardır. Buna misal olaraq, “Uzaq sevgilimə” məcmuəsini göstərmək olar. Şubert əsərlərində “Qış yolu”, “Gözəl dəyirmançı qız” məcmuələri mövcuddur. Artıq Avropada inqilabların baş verməsi, Napoleon dövrünün sona çatması ilə romantizmə meyl artdı. Bundan sonra inkişaf o həddə çatdı ki, hər bir xalq, dövr, ölkə üçün müxtəlif janrların inkişaf etməsi mümkün oldu. Simfonik janr böyük inkişaf yolu keçmişdir. Mixail İvanoviç Qlinkanın sənətində xalq janrları, romanslar və s. formalaşdı. Mussorqski, Şastakovski, Braxoviç əsərlərində romantizm öz təzahürünü tapdı. Azərbaycanda bu, 20-ci əsrin əvvəllərində Üzeyir Hacıbəyovla bağlı idi. Üzeyir Hacıbəyov ilk dəfə olaraq melodiyaları yığdı və ilk dəfə mərsiyələr, muğam əsasında “Leyli və Məcnun” operasını yazdı. Bundan sonra “Koroğlu” operasını ərsəyə gətirdi. Bununla yanaşı, Müslüm Moqamayevlə çiyin-çiyinə çalışaraq “Şah İsmayıl”, “Nərgiz” operaları meydana gəldi. Bu operaların yazılması Azərbaycanda ilk professional bəstəkar əsərləri oldu. Bundan sonra bəstəkarlıq məktəbi inkişaf edib müasir səviyyəsinə çatdı.
Gənc bəstəkarların böyük simfonik əsərləri, ümumiyyətlə, Azərbaycan bəstəkarlarının klassik və müasir janrda əsərləri olmasına baxmayaraq müasir dövrdə bu cür əsərlərə gənclərin meyli çox azdır. Bu, həm də təbliğatla əlaqəlidir. Gənclərin meyli rok, rep, bayağı mahnılaradır. Halbuki muğam müsabiqələri keçirilir, müxtəlif bəstəkarlar haqqında məlumat verilir, filarmoniyada konsertlər olur, “Opera və balet teatr”ında konsertlər keçirilir, lakin gənclər bunlara meyl etmir. Caz musiqisinə də meyl yoxdur. Caz musiqisi çox gözəl bir janrdır. Buna da meyl edən gənclər azdır. Bu da bir problemdir.
Maarifləndirmənin yolu odur ki, həm nəzəri, həm də praktiki təbliğatlar aparılsın. Mənəvi, estetik tərbiyənin orta məktəbdən formalaşmasına geniş yer verilməlidir. Ədəbiyyatla bağlı olan dərslərin aşıq musiqisi ilə bağlılığı daha çoxdur. Bunu inkişaf etdirsələr uşaqlar bayatı, qoşma, gəraylı kimi ədəbi janrları çox tez mənimsəyərlər. Musiqi sahəsinin müxtəlif sahələrə öz müsbət təsiri var. Bunun genişlənməsi təbliğatdan asılıdır.


Müəllif:Musiqi müəllimi Telman Qəniyev
Müxbir: Aytən Pirverdiyeva
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərhlər
panddora estore 19 iyun 2017 11:05
Great Article it its really informative and innovative keep us posted with new updates. its was reallyvaluable. thanks a lot.Pandora Estore very good.
Bəyəndim! 0 Bəyənmədim!
SİTAT GƏTİR         
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: