Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

İnsanın ruhunun sakitləşməsi

Əgər gərginlik insanın xoşbəxtliyi tapa bilməməsindədirsə, sevinə və xoşbəxt ola bilmirsə, onun arxasınca qaçır və uğrunda hər şeyi itirirsə, hüzursuz və bədbəxt olursa ilk növbədə sakitləşib özünü tapmalıdır. Əgər ruhən narahatdırsa, demək ki, daxili istəkləri ilə davranışları heç də üst-üstə düşmür. Buna səbəb kimi isə həm sosial mühitin insanı bu rolu oynamasına vadar etməsini, həm də cəmiyyətin fikirlərini ciddiyyətlə önəmsəməsini göstərmək olar. Nəticədə, ruhən yaranan narahatlığın əsas səbəbi stress, yəni, yığılmış enerji toplusudur. Biz bütün günü istər ev , istərsə də iş mühitində oturaqlı həyat tərzi keçiririksə, cəmiyyət içərisinə çıxa bilmiriksə, toplanmış enerjimizi sərf etmiriksə, yalnız evdən-işə, işdən-evə gedib-gəliriksə, başqa bir sosial aktivələrimiz, əyləncələrimiz, hobbilərimiz yoxdursa , həyat bizə monoton gəlirsə təbii ki, biz gərgin, əsəbi olacağıq, çünki insan sosial varlıqdır, ünsiyyət qurmağı , onu paylaşmağı , enerjisini tükəndirməyi daha səmərəli bilir və ona meyllidir. Əgər bunu edə bilmiriksə, toplanmış enerji mənfi istiqamətdə şaxələnəcəkdir. Bu isə insanda yuxu, iştah pozğunluğu, hər sözə, səsə, davranışa və ya başqa şəxsin varlığına qarşı neqativ reaksiya, qıcıq yaradır. Belə halda insanlar mühitlərini dəyişməli, monotonluqdan çıxmaq üçün yeniliklər-hobbilər, əyləncələr tapmalı, üzgüçülüyə və başqa idman növləri ilə məşğul olmalıdırlar və yaxud axşamlar yeməkdən sonra yürüşə çıxaraq təmiz hava qəbul etmələri məqsədə uyğundur. Təmiz hava qəbul etmək dedikdə isə, bu yalnız eyvana çıxıb hava qəbul etmək deyil, biz yürüşə çıxanda, gəzdikdə oksigen bədənimizdə dövr edir, sakit durduqda isə sadəcə , havanı alıb-veririk. Buna görə də gəzmək faydalıdır.
Özünü xoşbəxt etməyi bacaran insan həmişə ətrafa xoşbəxtlik saçacaqdır. Lakin, sadəcə başqasına xoşbəxtlik verməyi düşünəndə isə , xoşbəxtlikdən çox bədbəxtlik ötürəcək. Çünki, özündə olmayan bir şeyi verməsi təbii ki mümkün deyil.
Gərgin iş rejimində olduqda isə, ofis içində öz zövqlərini oxşayacaq tərzdə dizayn yaratmaları onların ruhən sakitləşmələrində önəmli rol oynayır.
İnsanın ruhən sakitlik tapmasında ən önəmli hal onun sevdiyi mühitdə və sevdiyi insanların əhatəsində vaxt keçirməsidir, vaxtı-vaxtında öz tələbatlarını, istəklərini yerinə yetirməsidir. Çünki , istəkləri “cəmiyyət nə deyər” fikri ilə daxilə sıxışdırdıqda daha neqativ hallara yol açır, bu, şəxsin həm özünə ziyan yetirir, eyni zamanda insan özü bədbəxt olanda cəmiyyətə də xoş enerji ötürə bilmir.




Müəllif: Psixoloq Vəfa Əkbər
Müxbir: Günel Məmmədzadə
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: