Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Peyvəndin bilinməyən tərəfləri

Bütün dünya ölkələri üzrə uşaqların vaxtı-vaxtında peyvənd olunması olduqca vacib haldır. Hal-hazırda ölkəmizdə valideynlər müxtəlif mənbələrdən(qəzet, sosial şəbəkələr, televiziya, radio və s.) peyvəndlər haqqında bir-çox məlumatlar əldə edərək bu məsələdən yayınmağa çalışırlar. Lakin, valideynlər onu da bilməlidirlər ki, peyvənddən sonra yaranan bəzi risklərdən(ağrı, şişmə, qızarma, hərarət, uşağın 1-2 gün ağlaması) savayı ağır formalı yan təsirləri yoxdur. Hepatit B, miningit, vərəm, qızılca, məxmərək, göy öskürək, su çiçəyi kimi xəstəliklərin ağır formada keçirilməsinin qarşısını alan peyvəndlər də vardır. Bu peyvəndlər həmin xəstəliklərin insanda şikəstlik və ölüm hallarının yaranmamasını təmin edir.
Valideynlərin isə ən çox qorxaraq çəkindiyi peyvənd AKDS, yəni difteriya və göy öskürək əleyhinə peyvənddir. Həmçinin bu peyvəndin də qoruyuculuq müddəti 12 ildir. Bu peyvənd orqanizmə daxil edilmədiyi halda xüsusilə nevroloji, ürək, böyrək qüsurluluğu olan uşaqlarda ağır nəticələr törədə bilər.
Uşaq doğulduqdan sonra ilk 1 həftə ərzində ən əsas vurulması vacib polemelit, vərəm və hepatit B əleyhinə peyvəndlərdir. Uşağın 18 ayına qədər digər peyvəndlər vurulur və 4-6 yaşına qədər fasilə verilir. Fasilədən sonra isə Rapel adlı gücləndirici miqdarda peyvənd vurulur ki, hüceyrələr yenilənsin və uşağı təkrar müdafiə etməyə başlasın.
Böyük insanlara isə əgər uşaqlıqda hepatit B vurulmayıbsa və ya vurulmasına baxmayaraq, qoruyuculuq yoxdursa, yetkin yaşlarda da hepatit B vurula bilər. Xüsusilə də, onu qeyd edək ki, əgər qadınlar uşaq vaxtı su çiçəyi, məxmərək kimi xəstəliklər keçirməyiblərsə, hamiləlik vaxtı onlara peyvənd vurulmalıdır ki, uşağın şikəst və ya ölü doğulmasının qarşısı alınsın. Hətta, xarici ölkələrdə hamilə qadına və onun ətrafındakı insanlara da göy öskürək əleyhinə peyvəndlər vurulmaqla, doğulacaq və ya doğulan uşağa bu xəstəliyin yoluxmasının qarşısı alınır.
Ölkəmizdə peyvənd cədvəlindəki peyvəndlərin hamısı məcburi deyil, yalnız bir qismi məcburidir. Məsələn, hepatit B, polemelit, difteriya, tetanus, göy öskürək, qızılca, qulaq dibi, məxmərək, vərəm, pnevmokok məcburi peyvəndlər cədvəlindədir. Suçiçəyi isə məcburi peyvənd deyildir. Çox vaxt insanlar qızılca peyvəndi ilə suçiçəyi peyvəndini qarışıq salırlar. Lakin, suçiçəyi peyvəndini ailə öz istəyi ilə vurdura bilər. Sarılıq adlı xəstəlik üçün hepatit A peyvəndi də mövcuddur ki, bu da məcburi peyvəndlər cədvəlində yoxdur. Bundan başqa rotavirus deyilən peyvənd hal-hazırda Amerikada məcburi peyvənddir. Kiçik yaşda olan uşaqlarda ən sıx mədə-bağırsaq infeksiyasına səbəb olan mikrobdur. Bu, uşaqlarda o qədər qarın işləməyə səbəb olur ki, uşağı susuzluqdan itirirlər. Bunun da peyvəndlə qorunması mümkündür. İlk 6 aya qədər peyvəndlər vurulur. Bu peyvənd də Azərbaycanda məcburi peyvəndlər cədvəlində deyil, ailənin istəyinə bağlı vurula bilər. Bu kimi bəzi peyvəndlər də vardır. Amma ən azından bu peyvəndlər vurulmasa belə, məcburi peyvəndlərin vurulması çox əhəmiyyətlidir.



Müəllif: Pediatr Əli Quluyev
Müxbir: Aytən Pirverdiyeva
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: