Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

İnnovativ vasitələrin pedaqoji tədrisdə tətbiq olunması

Dil tədrisi və ya hər hansı bir fənnin tədrisi pedaqoji prosesdir. Pedaqoji proses dedikdə, müəllim və şagirdlərin müəyyən tərbiyə sistemi içərisində məqsədyönlü şəkildə hərəkət etməsi və qarşıya qoyulmuş məqsədə çatması başa düşülür. Dil tədrisində əsas hədəf tələbənin öyrəndiyi dilin müxtəlif bacarıqlarını-oxuma, yazma, dinləmə və danışıq bacarıqlarını inkişaf etdirməsidir. Pedaqoji proses dinamik proses olub, nəticələrinin ortaya çıxması üçün müəllim və şagirdin fəallığı və aktiv mövqeyi tələb olunur. Eyni zamanda valideynin də bu prosesdə iştirakı vacib hesab edilir. Valideyn heç də pedaqoji prosesin xaricində deyil, əslində o da müəllim və şagirdlə bərabər bu prosesin tam mərkəzində yerləşir. Çünki müəllim şagirdi yalnız sinifdə, dərs dediyi müddət içərisində izləyib onun öyrənmə tempini gücləndirə bilər, ona dəstək ola bilər. Burada valideynin də məsuliyyəti böyükdür. Müəllim olmadığı vaxtlarda, tələbənin dərs materialı ilə baş-başa qaldığı anda, çətinlik çəkdiyi hissələrdə valideyn onu yönləndirməlidir. Sadə şəkildə desək, valideynin övladı üzərində nəzarəti tədris prosesində öz müsbət təsirini göstərir.
Pedaqoji prosesin təşkili prinsipləri var və bunlardan ən əhəmiyyətlisi dəstəkləyici mühitin qurulmasıdır. Bu zaman pedaqoji prosesin maddi-texniki baza ilə dəstəklənməsi, təhsil ocaqlarında sağlam mənəvi-psixoloji mühitin təşkil olunması və innovativ texnologiyadan istifadə olunması nəzərdə tutulur. Maddi-texniki baza ilə dəstəklənmənin təhsilə təsirinə nəzər salaq. Əvvəllər müəllimlər təbaşirdən istifadə edirdilər və hər hansı bir strukturu tələbəyə öyrətdikdə yalnız yazılı şəkildə bunu etmək mümkün olurdu. Bu da tələbənin duyğu orqanlarından təkcə görmə qabiliyyətinə xitab edirdi. İndi isə məsələlərin seyri dəyişib. Artıq siniflərin çoxunda elektron lövhələr var, müəllimlər müxtəlif səsartırıcı vasitələrdən, kompüterlərdən istifadə edirlər. Bunlar dil tədrisini asanlaşdırır. Müəllim öyrətdiyi hər hansı bir söz qrupunu lövhədə yazmaqla kifayətlənməyib onun şəklini göstərə və yaxud hər hansı video, musiqi ilə tələbənin öyrənmə prosesini dəstəkləyə bilir. Bu da öyrənmə tezliyini sürətləndirir.
İnnovativ metodların sinfə gətirilməsi məsələsinə baxaq. Məsələn, əvvəllər ingilis dili tədrisində “grammar translation”[grəemə trəensleyşn](qrammatik tərcümə) metodundan istifadə olunurdu. Bu metodda qrammatika dil tədrisinin mərkəzində idi. Bu gün isə müəllimlər daha çox “effective language”[effektiv ləenquviç](səmərəli dil) metodlarından istifadə edirlər. Bu metod isə daha çox danışığa yönəlmişdir. Tələbə artıq passiv dinləyən rolunda deyil, öyrəndiyi dili aktiv istifadə edən rolunda olur. Burada şagirdlərin qabiliyyəti və mənimsəmə formaları da nəzərə alınmalıdır. Bəzi insanlar tək işləməyi sevir. Onlarda “individual intelligence”[individyual intelligens](fərdi intellekt) ön plandadır. Digər qrup insanlarda isə “interpersonal skill”[intöpösnl skil](şəxslərarası bacarıq), yəni insanlarla qarşılıqlı əlaqədə olma qabiliyyətləri ön planda olur. Bu cür tələbələr daha çox qrupla birlikdə işləməyi seçirlər. Burada, əlbəttə, müəllim öz tələbələrini yaxşı tanımalı, onlara məsuliyyət yükləməlidir.
Qrup çalışmalarından başqa, dramanın dil tədrisinə daxil edilməsi də innovativ metoddur. Tələbələrin kağız üzərində gördüyü yazıları aktiv şəkildə sinfin mərkəzində tətbiq edərək öyrənməsi də əhəmiyyətlidir. Kitabdan öyrəndikləri hər hansı dialoqu sinifdə səhnəcik halında göstərə bilərlər. Bununla da öyrəndikləri sözləri və qrammatik strukturları normal həyatda baş vermiş kimi tətbiq etmiş olurlar.
Digər bir nəzərə çarpan yenilik isə qiymətləndirmədir. Əvvəlki kitablara baxsaq onların içində tələbənin özünü qiymətləndirməsi prosesinin olmadığını görərik. Yeni tədris metodu əsasında hazırlanmış kitablarda “pure assessment”[pö əsessment] və “self assessment”[self əsessment] adlanan iki fərqli sahə var. “Pure assessment” dedikdə iki tələbənin bir-birini qiymətləndirməsi, “self assessment” dedikdə isə tələbənin öz öyrənmə prosesini qiymətləndirməsi nəzərdə tutulur.Burada, təbii ki, müəllimin də qiymətləndirməsi vardır. Tələbəyə özünü qiymətləndirmə haqqı tanıtdıqda o, artıq öyrəndiyi dilə sahiblənmiş olur. Bu da psixoloji haldır ki, insan özünə qiymət verərkən mənfi və müsbət cəhətlərini, çətinlik çəkdiyi məqamları analiz edərək biliyi daha yaxşı mənimsəyir.


Müəllif: İngilis Dili müəllimi Abdullaxaliq Məmmədli
Müxbir: Aytən Pirverdiyeva
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərhlər
Abdulxaliq 28 may 2017 03:15
Salam. Adımı səhv yazmısınız yazının altında. Mümkünsə düzəldəsiniz. Təşəkkürlər.
Bəyəndim! 0 Bəyənmədim!
SİTAT GƏTİR         
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: