Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Qısa müddətdə ingilis dilini effektiv öyrənməyin yolları

 Qısa müddətdə ingilis dilini effektiv  öyrənməyin yolları
Bugünkü dövrdə ölkəmizdə ingilis dili müxtəlif yaş kateqoriyalarında fərqli məqsədlərlə öyrənilir. Məsələn, universitetin bakalavr və ya magistratura pilləsinə daxil olmaq üçün, müəyyən struktur işlərini idarə etmək üçün və ya sadəcə olaraq, maraq üçün, hansısa ingilis dilində olan məlumatları mənimsəmək üçün öyrənilir. Ölkəmizdə ingilis dili, orta məktəblərdə, universitetlərdə, eyni zamanda ingilis dili təmayüllü(foundation[faundeyşn]) məktəblərdə tədris olunur. Əksəriyyət vaxt orta məktəblərdə şagird və abituriyentlərin universitetə hazırlaşmaq məqsədlərinə görə ingilis dilinin qrammatika və söz bazasının artırılması hissəsinə daha çox önəm verilir, lakin, “foundation” məktəblərində və universitetlərdə dilin danışıq, dinləmə və ya yazma bacarıqlarına da öz ixtisaslarını mükəmməl dərəcədə yiyələnmək üçün müəyyən qaydada yer verilir və inkişaf etdirilir.
İlk öncə doğma dilimizdən olmayan ikinci bir dili səmərəli öyrənməyin üsulunu bilməkdən ötrü körpə( dil açmağa yeni başlayan) uşaqların beyin-motorika sisteminə nəzər salaq: körpələr əvvəlcə, valideynlərinin , yaxın qohumlarının danışıqlarını izləyərək dinləyir, sonrakı addımda müxtəlif səslər çıxarmağa başlayır, valideynlərini təqlid edərək(yamsılayaraq) onların dedikləri sözləri təkrar edirlər, böyüklərin hər hansı sözü əşyaya aid etməsilə mənalarını öyrənməyə başlayırlar, növbəti addımda qrammatik cəhətdən doğru olmasa belə, sözləri bir-birinə qoşmaqla söz birləşmələri yaradırlar, bir müddət sonra öz dillərində sərbəst danışmağa başlayırlar. Məktəb dövründə isə müəllimlər səsləri işarə vasitələrilə(hərflərlə) izah edir, həmin hərfləri müəyyən əşyalara bənzədərək oxumağı, daha sonra isə yazı bacarığını aşılayırlar. Buradan belə nəticəyə gəlirik ki, hər hansı dilə yiyələnməkdən ötrü bizim 4 ən əsas bacarığımız üstünlük təşkil edir: dinləmək, danışmaq, oxumaq, yazmaq. Eləcə də, ingilis dilində bu, belə ifadə olunur: listening[lizning], speaking[spi:king], reading[ri:ding], writing[raiting]. Deməli, ilk öncə anlamasaq belə çoxlu miqdarda ingilis dilində materiallar dinləməliyik ( əsasən də ən başlanğıc səviyyədə olan videomateriallar izləməklə). Bununla paralel şəkildə, başlanğıc səviyyədə olan ingilis dili kitabları da oxuyaraq söz bazasını müştərək inkişaf etdirmək lazımdır. Həmçinin, film izləyiriksə ingilis dilində izləmək, mahnı dinləyiriksə ingilis dilində dinləmək, xəbər portallarını ingilis dilində oxumaq , televizorda ingilis dilində proqramları, cizgi filmləri izləmək qısa müddətdə ingilis dilini mənimsəməyimizin ən əlverişli üsullarındandır. Eyni zamanda ingilis dilini tədris edən mütəxəssisləri və bu dildə olan dərslik vasitələrini də seçərkən diqqətli olmaq lazımdır. Məsələn, bu mövzuda olan ən yaxşı tədris vasitəsi isə dinləmək və danışmaq üçün ayrı, yazmaq və oxumaq üçünsə ayrı olan dərs vəsaitləridir.

Müəllif: İngilis Dili müəllimi Abdullaxaliq Məmmədli
Müxbir: Ayten Pirverdiyeva
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərhlər
panddora estore 19 iyun 2017 11:06
Great Article it its really informative and innovative keep us posted with new updates. its was reallyvaluable. thanks a lot.Pandora Estore very good.
Bəyəndim! 0 Bəyənmədim!
SİTAT GƏTİR         
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: