Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Müasir Təhsil Metodologiyası

Vətənə - Müstəqil Azərbaycanımıza layiqli övlad olmaq üçün hər bir şəxs ilk növbədə özünü inkişaf etdirməli, ta ibtidai təlim tərbiyədən ali təhsilədək yüksəlməli, müəyyən peşəyə sahiblənib, fəaliyyətlə məşğul olmalıdır. İndi elə bir dövrdə zəmanədə yaşıyırıq ki, xüsusən də bu son dövrlər müasir məktəb, müasir dərs, müasir müəllim, müasir təlim texnologiyaları kimi anlayışlar daha çox şərh olunan, pedaqoji tədqiqatlarda araşdırılan məsələlərdəndir. Ümumiyyətlə, mənim fikrimcə, müasir dərsin qurulması üçün ilk növbədə müəllimlər özləri müasirləşməlidirlər. Müasir ideologiya, müasir fikir təkcə biz metodika müəllimlərində və ya hələ indi-indi müəllim olmağa çalışan gənc kadrlarda deyil, həmçinin universitetdə uzun müddətdir ki, fəaliyyət göstərən yaşlı nəslə mənsub digər fənn müəllimlərində də olmalıdır. İndi əksər məktəblərdə, digər tədris-təlim ocaqlarında yeni informasiya texnologiyalarından geniş miqyaslı şəkildə istifadə olunur. Sinif otaqlarının komputerlərlə təchizatı, elektron lövhələrin mövcudluğu, fəal interaktiv təlim metodlarının təhsilə dərin kök salması buna sübutdur. Əgər hər hansı bir pedaqoq bütün bu yeni texnologiyalar haqda informasiyalara malik deyilsə, çətin ki, o, mövcud müasir məktəbdə müasir dərs tədris edə bilər. Ümumiyyətlə, mövzuda haşiyəyə çıxsaq, deyə bilərəm ki, gərək hər bir şəxs ən azı özünə lazım olan qədər təhsilə, tərbiyəyə yiyələnsin. Təhsil sizin gələcəyiniz, bugününüzdür. Bugün də, sabah da əldə etdiyiniz və ya əldə edəcəyiniz bütün uğur və nailiyyətlərin açarıdır. Düşünürəm ki, ən azından oxumaq lazımdır ki, yaşadığımız XXI əsrin Novruzəlisi olmayaq...

Müəllif: Filologiya elmləri namizədi, dosent, Əhəd Cavadov


Müasir   Təhsil   Metodologiyası

Müasir   Təhsil   Metodologiyası

Müasir   Təhsil   Metodologiyası
0

Xəbəri redakte etdi: sebine - 12-12-2015, 00:04
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: