Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Sinir sistemi xəstəlikləri

Hazırkı günümüzdə sinir sistemi xəstəlikləri bütün xəstəliklərdən daha geniş yayılmışdır. Sinir sistemi hüceyrələri yeganə hüceyrələrdir ki, məhv olduqdan sonra öz-özünü bərpa(regenerasiya) etmək qabiliyyətinə malik olmur. Sinir sistemi xəstəlikləri yalnız özünün deyil, həmçinin digər orqanların xəstəlikləri və əlamətləri kimi də özünü büruzə verə bilir.
Sinir sistemi mərkəzi(baş və onurğa beyin) və periferik(baş və onurğa beynindən çıxan və ətraf sinirlər) olmaqla iki böyük şöbəyə ayrılır. Sinir sisteminin özündən qaynaqlanan xəstəliklər sadə psixoloji problemlərdir ki, bunlara da yuxu, depressiya, həyəcan, eyni zamanda orqanik sistemi xəstəliyi sayılan epilepsiya, baş ağrıları, demensiya(ağlın zəifləməsi, qazanılmış bilik və vərdişlərinin itirilməsi, yenilərinin mümkünsüzlüyü) alzeymer, parkensianizm aiddir. Digər orqan və xəstəliklərdən mövcud olan sinir xəstəliklərinə isə xüsusən nisbətən yaşlı insanlarda ürək-damar, endokrin problemləri, triod- qalxanabənzər vəzi problemləri, şəkərli diabetlə əlaqəli ikinci dərəcəli sinir xəstəlikləri aiddir.
Ümumiyyətlə, hər bir insan irəli yaşlarda özündə keyimə, qarışqa gəzməsi, hissi problemlər, baş ağrıları, baş dönməsi, koordinasiya-yeriş problemləri, yaddaş, nitq, ikigörmə, hətta ürəkbulanma, qusma(xüsusən qida qəbuluna bağlı olmayan qusma) hiss edərsə , yuxusuzluq, əhval-ruhiyyə düşkünlüyü müşahidə edərsə mütləq surətdə həkimə, nevrolaq və ya digər mütəxəssislərə müraciət etməlidir. Sinir sistemi xəstəliklərinə diaqnoz qoyulması üçün ilk növbədə xəstə müayinə edilir, həmçinin instrumental müayinə metodlarına ehtiyac olarsa, hansı ki, yaşlı, ağır çəkili insanlarda insult-işemik(ürəklə bağlı) xəstəliklərini araşdırmaq üçün xüsusi qan testləri, xolestrin, qanda şəkər, lipidlər yoxlanılır. Eləcə də, görüntülü müayinə metodlarından- maqnit-rezonans, elektro-faloqram, elektro-mioqram kimi digər müayinə vasitələri həkimin göstərişilə təyin olunur.
Sinir xətəliklərindən qorunmaq üçün irəli yaşlı insanlar ən azından ildə bir dəfə həkim müayinəsindən keçərək qan testləri verməlidir. Ən əsası da normal həyat tərzimizə (biobiheyvə strategiyasına) diqqətlə yanaşmalıyıq. Oturaq iş rejimi, gündəlik təmiz havada gəzməmək, idmanla məşğul olmamaq, davamlı avtomobildən istifadə etmək, uzun müddət kompüter, planşet və telefonların qarşısında vaxt keçirmək, normal yuxu rejiminin olmaması sinir sistemi xəstəliklərinin əsas səbəbləridir.
Xəstəliklərdən, o cümlədən sinir sistemi xəstəliklərindən qorunmaq üçün müalicədən öncə profilaktikaya önəm verilməlidir. Hətta, xırda bir narahatçılıq zamanı da həkimdən məsləhət almaq gərəklidir. Bəzən sadə hesab edilən narahatlıqlar çox ciddi xəstəliklərin başlanğıc siqnalı ola bilir.


Müəllif: Nevroloq Rima İbadova
Müxbir: Günel Məmmədzadə
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: