Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Sağlam qidalanmaq

Sağlam qidalanmaq son vaxtlar hamını narahat edən problemlərdəndir. Sağlam qidalanmaq nəinki bizim sağlamlığımıza görə , həmçinin bütün həyat vərdişlərimiz üçün önəmlidir. Sağlam qidalanma tam rasional, insana lazım olan mineralların, vitaminlərin, makroelementlərin, zülalların, proteinlərin, karbohidratların, yağların balanslaşdırılmış halıdır.
Qanazlığı, vitamin B , maqnezium çatışmazlığı kimi xəstəliklər özünü orqanizmdə müəyyən əlamətlərlə göstərir ki, burada müəyyən lazımi müalicə üsullarından istifadə olunur. Məsələn, kalsium çatışmazlığında qıcolmalar (sudurqa) olur.
İnsanların sağlam qidalanması üçün doğru karbohidratlardan- tez sovrulmayan karbohidratlardan, yəni bulqur, qarabaşaq(qreçka), çovdar unundan istifadə etməsi lazımdır. Tez sovrulan karbohidratlara- şəkərli(qənd, konfet və s.) məhsullar aiddir ki, bunlar qanda şəkəri birdən-birə qaldırır həmçinin orqanizmə ziyanı çoxdur, eləcə də, şəkərli-diabet xəstələrində buna xüsusi diqqət yetirilir. Ağartıdan bol-bol istifadə olunmalıdır, çünki, kalsium çatışmazlığı demək olar ki, əhalinin 80%-də mövcuddur. Vitamin D çatışmayan insanlara daha çox günəş şüası lazım olduğu halda, bəzi vaxtlar bu da kifayət olmadığı üçün , vacib olan dərman preparatlarının yağla qarışığı məsləhət görülür. Meyvələrdən daha çox günün birinci yarısında və hər meyvəni sırası ilə yemək daha faydalı şəkildə orqanizmə yayılır. Çünki, axşam saatlarında meyvə yemək mədə-bağırsaq sistemində köp(mutuarizm) yaradır. Tərəvəzlərdən isə günaşırı qidalarımızda ən azı 4-5 dəfə istifadə etməliyik.
Dieta dedikdə çox adam arıqlama üçün edilən bir prosedur anlayır. Lakin, dietologiya da özü geniş bir elmdir. Burada təkcə arıqlamaq proseduru deyil, həmçinin müxtəlif xəstəliklərin hər birinin(mədə-bağırsaq xəstəliklərindən tutmuş kardioloji xəstəliklərə qədər) öz dietası vardır. Həmçinin, xəstə dieta zamanı hansısa qidanı (məsələn, qatıq) xoşlamadıqda bunu ona məcburi şəkildə yedirtmək doğru deyil, sadəcə onu alternativi ilə əvəz etmək gərəklidir. Dieta hər bir fərdin analizlərinə, xüsusiyyətlərinə(istəklərinə) uyğun yazılmalıdır, internetdən kor-koranə şəkildə yazılan dietlərdən, satışda üzərinə formada saxlayan dietik yazılan hər məhsuldan(kofe, çay və s. ) istifadə edilməməlidir, ondan ötrü ki, bu onkoloji xəstəliklərə belə yol aça bilər.
Arıqlamaq üçün yazılan dietalar zamanı fiziki aktivlik(idmanla məşğul olmaq) mütləq, vacib haldır. Çünki, fiziki aktivlik olmadan sadəcə dieta ilə arıqlamaq mümkün deyil. Xüsusi idman zallarına gedə bilməyənlər açıq havada ən azından 45 dəqiqə yürüşlər etməlidirlər.
Həmçinin dietologiya elmində belə bir psixoloji məqam var ki, insan yediyi, seçdiyi qidanı da xüsusi həzzlə, sağlam olmaq barədə düşünərək qidalanmalıdır.


Müəllif: Dietoloq Günel Nuruşova
Müxbir: Günel Məmmədzadə
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: