Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Uşaqlarda yeriməni ləngidən səbəblər

Uşaqlar adətən, bir yaşında dayaqla, dəstəklə dik dura, bir-iki addımı sərbəst ata bilərlər. Bəzən isə bu müddət 1 yaş 2 ay, 3 ay, bəzən 4 aya qədər fizioloji olaraq gecikə bilər. Normal halda, tam sağlam hesab edilən uşaq 1 yaş 3 ayına qədər sərbəst yeriməyi bacarmalıdır. Əgər bu müddət bir qədər gecikərsə, uşağın yerimə mərhələsini məcburi şəkildə erkən başlatmaq da düzgün deyil. Tutaq ki, 6-7 aylıq uşaqları gəzdiriciyə qoyaraq onu yeritməyə çalışmaq yanlışlıqlara və uşaqda onurğa əyriliklərinə, ayaq sümüklərində əyilmələrə gətirib çıxara bilər. Ona görə erkən, vaxtından tez deyil, 1 yaşından, ən tez 10 ayından sonra uşağı yeritməyə başlatmaq olar. Bir yaş üç ay, dörd aydan sonra, uşaq hələ yerimirsə hər hansı bir problem olub-olmadığını öyrənmək üçün normal olaraq pediatr müayinəsindən keçməlidir. Müayinə nəticəsində, bəzən müəyyən olur ki, uşaq tam sağlamdır, lakin, tənbəl uşaqdır. Bu zaman gözləməyə dəyər. Amma müayinədə əzələ tonusunda bir az zəiflik hiss olunarsa, yəni nevroloji statusunda bir az geriləmə olarsa və yaxud bəzən, D vitamini əskikliyilə əlaqədar yaranan raxidlik zamanı yerimə prosesləri gecikə bilər. Bəzən, qalxanabənzər vəzi problemləri eləcə də, hipoterioz kimi problemlərdən dolayı da sümük-skelet sistemində bir patologiya olar və uşaq gec yeriməyə başlayar. Eyni zamanda əzələ tonusunda problem ola bilər. Həmçinin, bəzi nevroloji xəstəliklər zamanı da yerimə prosesində gecikmələr müşahidə oluna bilər. Müayinə də tam normal dəyərləndirilirsə, 1 yaş 5 aya qədər gözləmək olar.
Adətən uşaq ilk 7 ayında, ən gec 9 ayına qədər sərbəst oturar, 8, 9, 10-cu ayında iməkləyər, 10 - 11 ayından sonra da yerimə mərhələsinə keçər. Amma bu hər uşaqda eyni olmur. Uşaq var ki, heç iməkləmədən birbaşa yeriyə bilər. Bu, mütləq deyil iməkləsin. Bu, valideyndən asılıdır ki, uşağı iməklətdirsin. Elə valideynlər var ki, uşağı qucağından yerə qoymur, iməkləmə fürsəti vermirlər. Belə olan halda da iməkləmə prosesi baş vermədən yeriməyə keçid halı müşahidə olunur . Onu da qeyd edək ki, ortopedik müayinə-doğulan hər uşağın üç ayında, ən geci dörd aya qədər bud-çanaq müayinəsindən keçməsi mütləqdir. Əgər bud-çanaq müayinəsi zamanı ortopedik ayaq problemi yoxdursa uşaq vaxtında yeriməlidir.
Uşağın 1 yaşına qədər aylıq pediatrik müayinə mütləqdir. 1 yaşdan sonra üç ayda bir, 3 yaşından sonra altı ayda bir pediatrik müayinə şərtdir.
Həmçinin, uşaq yerimir deyə, vaxtından tez dərman preparatlarından (kalsium və s.) istifadə etmək, erkən masaj etmək doğru addım deyil. Ən əsası müayinəsi normal şərtlərlə davam edən uşaqların 3-4 ayına qədər bud-çanaq müayinəsini əskiltməmək lazımdır.


Müəllif: Pediatr Günay Rəsulova
Müxbir: Günel Məmmədzadə
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: