Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Şizofreniya xəstəlikdirmi?

Şizofreniya elə bir xəstəlikdir ki, insanda qeyri-iradi tutmalar, qəribə varlıqların gözünə görünməsi, qeyri-adi fikirlər düşünməsi və özündən asılı olmayaraq həyat tərzinin dəyişməsi kimi halları baş verir. Həmin insanlar tutmalar zamanı ətrafına qarşı çox dəyişkən, təhlükəli, zərərli olurlar. Belə insanlar üçün bəzən yatılı, bəzən isə dərman müalicəsinin aparılması mütləqdir. Xüsusilə də, psixoloji, psixoterapevtik və nevroloji cəhətdən paralel şəkildə edilən müalicə geniş əhəmiyyətlidir. Bunun əsasında ən azından bu xəstəlikdən əziyyət çəkən insanın normal həyat tərzi qaydasına düşür. Həmçinin, xüsusi olaraq, valideynləri belə insanlara qarşı daha diqqətli və həssas olmalıdırlar, o səbəbdən ki, adi bir əsəbilik onların beyinlərində olan “ocağı” qığılcımlandırır, həmin vaxtda əsassız düşüncələrə sahib olurlar, hətta valideynlərinə böhtan ata bilirlər, müxtəlif qəribəliklər gözlərinə görünür. Bu xəstəlik zamanı onların intiharı da qaçılmaz haldır.
Şizofreniya bəzən doğuşdan, bəzən isə sonradan qazanılan güclü travma nəticəsində yarana bilir. Bu xəstəlikdən qorunmaq üçün özümüzdə hiss elədiyimiz adi bir əsəb, stress, depressiya və s. kimi psixoloji hallara görə də hətta mütəxəssisə(psixoloq, psixoterapevt və s.) müraciət etməyi unutmamalıyıq. Məsələn, elə insanlar olur ki, yaxınlarını itirdiyi zaman və ya başqa cür gözünün önündə yaşanılan qəzaya, hadisəyə görə çox güclü dərəcədə psixoloji zərbə alır ki, bu da həmin adamların psixoloji cəhətdən möhkəm yetişdirilməmələrinin təzahürüdür. Bu səbəbdən də, ən əsası valideynlər uşaqlarını güclü psixologiyada böyütməli, uşaq yaşlarından etibarən adi, xırda çətinliyi belə özlərinin etməsinə(hər nə qədər səhv etsələr də, edərək dərk etmələri üçün, hadisələrə qarşı dözümlülüyün yaranması üçün) imkan vermək lazımdır. Sonda isə, unutmamalıyıq ki, həm fizioloji , həm də psixoloji cəhətdən sağlam olmağımız üçün mütəxəssisə müraciət etməyə məsuliyyətsiz yanaşmamalıyıq.


Müəllif: Psixoloq Sona Quliyeva
Müxbir: Günel Məmmədzadə
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: