Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Uşaqlarda baş-beyin travmaları

Uşaqlarda baş-beyin travmaları

Uşaqlarda, yeniyetmələrdə baş-beyin travmaları və yaxud doğuş travmalarının nəticələri məktəbəqədər dövrdə və ya bu dövrdən sonra, xüsusilə 13-15 yaş arası özünü daha çox büruzə verir. Bu cəmiyyətin böyük probleminə çevrilmişdir. Doğuş travmaları və ya ailədaxili münaqişələr nəticəsində uşaqlarda psixoloji travmalar, hamiləlik zamanı ananın keçirdiyi travmalar, onun emosional və psixoloji olaraq keçirdiyi stresslər, doğuş dövründə uşağın keçirdiyi kəllə-beyin travması digər orqanların, mərkəzi sinir sisteminin, periferik sinir sisteminin travması, eyni zamanda uşaq vaxtı zədələnmələr zamanı huş itmə halları olarsa bu cür travmalar özünü sonradan büruzə verir. Körpələrdə travmalar ağlama, qışqırma, yatmamaqla özünü göstərir. Bu da gənc ailələrdə rejimi pozmaqla normal həyat yaşamalarına mane olur. Belə olduqda körpəyə sakit olması üçün həblər verilir. Lakin bu sonradan problemlərə səbəb olur. Yetkinlik yaşında oğlan uşaqları hərbi xidmətə çağırıldıqda 70-80%-i yararsız hesab olunur. Bunun səbəbi isə körpə vaxtı alınan travmaların düzgün müalicə olunmamasıdır. Yetkin yaşda qızlarda isə ailə quran zaman nevrotik reaksiyaların, psixo-emosional pozuntuların, yaddaş, əqli, yuxu pozuntularının özünü büruzə verməsi və sonda sosial mühitə uyğunlaşma problemi olur. Bu cür travmalarla böyüyüb müəyyən yaşa çatan insanlar cəmiyyətdə problem yaşayır. Xəbərlərdə, sosial mediada müxtəlif intihar, cinayət hadisələri haqda tez-tez oxunulur. Belə hadisələrin artdığı görünülür və bunların əksəriyyəti travmalı insanlar tərəfindən törədilir.
Travmalar üzvi və psixoloji olur. Üzvi dedikdə müxtəlif zədələnmələr, infeksiyalar nəticəsində meydana gələn travmalar nəzərdə tutulur. Bu cür problemlərin qarşısının alınması üçün maarifləndirmə işləri aparılmalıdır. Hər bir canlının, o cümlədən körpələrin hissiyyatı var. Körpələrdə fərq ondan ibarətdir ki, onlar hisslərini təkcə ağlamaqla, yatmamaqla, müxtəlif nevroloji simptomlarla, özünə qapanmaqla göstərirlər. Bunlara çox ciddi yanaşmaq lazımdır. Bu hallar diqqətlə izlənməli və vaxtlı-vaxtında müalicə olunmalıdır. Müalicə zamanı bəzən dərmanlara ehtiyac olmur. Uşaqlar üçün psixoloji mərkəzlərdə bu problemlər həll oluna bilər. Bəzi hallarda isə uşaqdan əvvəl valideynlərin müalicə olunması lazım gəlir. Onların psixo-emosional vəziyyətini qaydaya salmaqla uşağın sağlam gələcəyi təmin oluna bilər.
Özünəqapanma və ya digər vasitələrlə özünü cəmiyyətdən kənarlaşdırma, özünə inamsızlıq uşaqlarda, yeniyetmələrdə çox müşahidə olunan haldır. Uşaqlarda 3 yaşından etibarən “mən” deyilən məhfumun formalaşması başlayır. Bu dövrdə uşaqlara daha çox qayğı lazımdır ki, uşağın mənliyi sınmasın. Bu zaman uşağı özünə inamlı şəkildə böyütmək lazımdır. Azərbaycansayağı tərbiyədə uşaq əlini nəyə uzadırsa onun əlindən vururlar. Qonşu ölkələrdə, Avropada 3 yaşına qədər uşaqlara heç bir qadağa qoyulmur.
Uşaqların ikinci çətin dövrü 7 yaş-məktəb dövrüdür. İkinci “mən”in formalaşması bu dövrdə baş verir. Bu zaman uşaqla yaxşı rəftar etmək lazımdır, çünki o, yeni bir sosial mühitə düşür. Bu dövrdə uşaqlar hər şeyi bildiklərini düşünürlər. Böyüklər isə onların fikirlərini, istəklərini “sən bilmirsən” deyərək puç edirlər. Bu zaman uşaqda özünə inamsızlıq hissi formalaşır. Sonradan bu hissi ondan çıxarmaq çox çətindir. Belə uşaqlar davamlı olaraq bir az qorxaq, bir az aqressiv olurlar. Ən ciddi dövr isə 12-14 yaş arasıdır. Xüsusilə 13 yaş çox ciddidir. Bu yaşda uşaqlarda intihar hadisələrinə cəhdlər daha çox olur. Özünə inamsızlığın nəticəsində onlarda heç kimə lazım olmadıqları düşüncəsi formalaşır.
Dördüncü ciddi formalaşma dövrü yeniyetməlik dövrüdür. Bu, qız uşaqlarında özünü daha çox göstərir. Bu yaş dövründə psixiatr, nevropotoloqlara müraciətlər daha çox olur. Bəzən psixoloqlara da müraciətlər olur. Bu zaman əsas narahatçılıq uşağın heç bir şeydən razı olmamasıdır. İstədiyi yerinə yetmədikdə ya özünə qapanmaqla, ya da aqressivliklə bunu göstərir. Bu da valideynlər tərəfindən qətiyyən qəbul olunmur. Amma fikirləşmirlər ki, onlarla uşaq arasında 20 yaşa qədər fərq var və onların fikirləri, hormonal sferası eyni deyil.

Müəllif: Nevroloq Vüqar Kərimov
Müxbir: Günel Məmmədzadə
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: