Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Uşaqların gələcəkdə şəxsiyyət kimi formalaşması

  Uşaqların gələcəkdə şəxsiyyət kimi formalaşması
İnsan övladı dünyanı hələ ana bətnində ikən qavramağa başlayır. Başqa sözlə desək, uşağın fiziologiyası kimi şəxsiyyəti, o cümlədən psixologiyası ana bətnində ikən formalaşır. Bu baxımdan, uşağın dünyaya gəlməsində valideynlər həm maddi, həm də mənəvi(psixoloji, sosioloji) cəhətdən hazırlıqlı olmalıdırlar. Ona görə ki, fizioloji, sosioloji, psixoloji, mənəvi cəhətdən sağlam şəxsiyyət yetişdirmək üçün valideynlər ilk öncə özlərinin müəyyən dərəcəli təkəbbürlülük, eqoizm kimi mənfi xüsusiyyətlərini tərbiyələndirməli, müxtəlif ədəbiyyatlarla, keçmiş dövrdəki böyüklərin uşaq tərbiyələndirmə sistemi ilə maraqlanmalı, elmi-texniki tərəqqinin yeni nailiyyətləri ilə məlumatlanmalı, mütəxəssislər (psixoloq, psixoterapevt, pediatr, ginekoloq və s.) tərəfindən maariflənməlidirlər. Valideynlər uşaqlarının tərbiyəsində xüsusilə empatiya, tolerantlılıq kimi xüsusiyyətlərini aşılamalıdırlar. Ondan ötrü ki, uşaqların müəyyən yaş dövrlərində( körpəlik, yeniyetməlik, gənclik) fiziki və psixoloji baxımdan keçirdiyi müxtəlif hisslərdən dolayı düşüncələri hələ tam olaraq formalaşmır və bu düşüncələrin sağlam inkişafında da valideyinin müsbət xüsusiyətlərinin və maariflik dərəcəsinin, dünyagörüş səviyyəsinin böyük əhəmiyyəti vardır. Həmçinin, uşaqların gələcəkdə şəxsiyyət kimi formalaşmasında onun üçün yaş dövrünə uyğun kitabların da seçilməsi önəmlidir. Məsələn, körpəlik dövründə nağıl kitabları olduğu kimi, yeniyetməlik dövründə isə daha çox klassik yazarlardan bəhrələnməsi vacibdir. Çünki belə bədii əsərlər psixikanı normada tənzimləyir.
Bir çox valideynlər övladlarını ixtisas seçimi zamanı məcburiyyətlə özlərinin istədikləri peşəyə yiyələndirməyə çalışırlar. Lakin, bu, doğru addım deyildir. Çünki, hər bir uşağın özünün fərdi bacarıqları, qavraması, xarakterik xüsusiyyətləri vardır. Ona görə də, valideyn övladını hər hansı peşəyə yönəltməyə çalışarkən mütləq surətdə həmin fərdi xüsusiyyətləri aydınlaşdırmalı, analiz etməlidir. Bunun üçün xüsusi olaraq, uşağın istədiyi peşənin xüsusiyyətləri ilə uşağın öz xarakterik xüsusiyyətlərini qarşılaşdıraraq onun əslində nəyə qadir olduğu haqda ortaq məxrəcə gəlinməlidir. Əgər valideyn bunu təkbaşına bacarmırsa, mütləq surətdə mütəxəssislə(psixoloq, psixoterapevt və s.) məsləhətləşməlidir.


Müəllif: Həkim-Psixoterapevt Elmir Əkbər
Müxbir: Qasımova Türkanə
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: