Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Uşaqlarda motivasiya hissinin artırılması

Uşaqlarda motivasiya hissinin artırılması
Həyatımız boyu hər hansı bir fəaliyyətlə məşğul olmağımız üçün müəyyən motiv olmalıdır. Başqa sözlə motiv bizi fəaliyyətə təhrik edən bir səbəbdir. Doğru andan həyatımızda bir neçə mərhələ keçiririk. Uşaqlıq dövrümüzün ən maraqlı anları oyunlarla keçir. Oyunlar rollu və qaydalı olur. Rollu oyunlar vasitəsilə uşaqlar böyükləri yamsılayır onları təqlid edirlər, buna misal olaraq qız uşaqlarının kuklalarına analıq etmələrini, kuklaları üçün yemək bişirmələrini, oğlan uşaqlarının tikinti oyuncaqları ilə bina qurmalarını, polis və əsgər geyimləri ilə böyükləri yamsılamalarını və s. göstərə bilərik. Qaydalı oyunlar vasitəsilə isə uşaqlar müəyyən qaydalara riayət etməyi öyrənirlər, məsələn qaçdı-tutdu oyununda növbə ilə bir uşaq tutan digərləri isə qaçan rolunda çıxış edərək müəyyən qaydalar çərçivəsində oyunu təşkil edirlər. Yekunda şəxsiyyətin formalaşması üçün ilkin addımlar atılmış olur. Hər bir uşağın dünyanı dərk etməsi üçün ilk növbədə öz mənini tanımalıdır.
Nəyə görə oyunların rolunu bu qədər qabaqdırıq? Əvvəldə də qeyd etdiyimiz kimi,uşaqlıq dövrü bir neçə mərhələyə ayrılır. Uşaqlıq dövrünün ən parlaq dövrü olan 3-6 yaş arasında aparıcı fəaliyyət növü oyunlar olur. Demək ki,valideynlər həmin dövrdə uşaqlarda müsbət keyfiyyətlər formalaşdırmaq istəyirlərsə bunu oyunlarla etməlidirlər. Məktəbəqədər dövrü bitdikdən sonra uşaqlar məktəbli yaş dövrünə keçid edirlər. Bu dövrdə aparıcı fəaliyyət növü təlim olur. Hər hansı uşağı təlim fəaliyyətinə təhrik etmək üçün təlim sistemində mükafatlandırma və cəzalandırmadan istifadə olunur. Mükafatlandırılma adətən müsbət cəzalandırma isə mənfi qiymət yazılaraq aparılır. Yəqin hər birinizin yadındadır aldığınız 5-i fəxr ilə valideynə göstərməyiniz və ya qiymət 2-i olanda bunu onlardan gizlətmək istəməyiniz. Valideynlər də gündəlik həyatlarında cəzalandırma və ya mükafatlandırma sistemindən istifadə edə bilərlər. Belə ki, uşaq yaxşı qiymətlər aldıqda onu kinoya,atraksionlara apara və ya uşağın istədiyi əşya alaraq onu mükafatlandıra bilərlər. Cəzalandırmanı isə uşaq səhv bir hərəkət etdikdə mükafatlandırılacağı halda veriləcək mükafatı ona həmən an üçün dayandıraraq aparmaq olar. Məsələn övladı pis qiymətlər aldığı halda onu nəzərdə tutulan kinoya və ya atraksiona aparmamaq cəzalandırma sistemi kimi tədbiq olunacaq və bu uşağa mütləq izah olunmalıdır, çünki, nəyə görə cəzalandığını bilməyən uşaq həmin mənfi halı vərdiş halına keçirə bilər. Təlimdə motivasiya üçün istifadə olunan digər bir metod hələ uşaq yaşlarından uşaqda hər hansı bir sahəyə marağın yaradılmasıdır. Xatırlayırsanızsa, hələ uşaq yaşlarından bir çoxlarımız həkim, müəllim, aktyor, hərbiçi və s. olmaq istəyirdik. Bu motivlə təlimə yanaşan uşaq öz dərslərində də uğurlu nəticələr göstərir, nümunəvi şagird olmağa çalışır. Uşaqlarda motivasiya hissinin artırılması üçün valideynlər, müəllimlər və psixoloqlar birgə işləməlidir. Uşaqların maraqlarının kəşf edilməsi bu işdə atılan ilkin addımlardandır. Məcburi hər hansı bir fəaliyyətin yerinə yetirdilməsi uşaqlarda tərsliyə yol açır ki, bu da həmən fəaliyyətin uğursuzluqla sona çatmasına səbəb olur. Bu baxımdan ilk növbədə uşağın marağını düşünmək lazımdır.

Müəllif: Fərid İsgəndərli
Müxbir: Türkanə Qasımova
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: