Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Həzi Aslanov haqqında

Zamanın süzgəclərindən süzülərək, keçməkeşli tarixi ilə dillərə dastan olmuş Azərbaycan, bu tarix boyunca qəhrəman, cəsur oğulları ilə tarixdə möhtəşəm bir iz qoymuşdur. Həzi Aslanov da məhz bu oğullarımızdandır. Həzi Aslanov 1910-cu il yanvarın 2-i Lənkəran şəhərində anadan olub. Uşaqlıqdan hərb sənətinə böyük maraq göstərən cəsur H.Aslanov 1924-cü ildə Azərbaycan komandirlər məktəbinə daxil olur. Təhsil illərində bilik və bacarığı ilə seçilən Həzi hər yerdə olduğu kimi kurs birincisiydi. Daim məşğələlərdə qabaqcıl olan Həzi Aslanov SSRİ-nin Leninqrad şəhərinə göndərilir. H.Aslanovun komandirlik etdiyi hərbi hissələr daim öz döyüş hazırlığının səviyyəsi ilə seçilirdi. 1941-ci ildə faşist Almaniyasının qoşunları SSRİ-yə hücum edəndə ilk zərbə qərb hərbi dairələrinə vuruldu. Həzi Aslanov bu döyüşlərdə dəfələrlə fərqlənmiş, medallarla təltif edilmişdir. Moskva ətrafında aparılan döyüşlərdə Aslanov ilk ordeninə layiq görülmüşdür. Belə ki, onun komandanlıq etdiyi tank taboru almanların mühasirəsinə düşmüş iri sovet hərbi birləşməsini mühasirədən çıxarmışdır. Mühasirəni yararkən Aslanovun taboru çox böyük igidlik göstərərək, düşmənə sarsıdıcı zərbələr vurmuşdur. O, həmçinin partladılmaq üçün hazırlanmış 50 avtomaşın mərmi və sursatı mühasirədən çıxarmağa nail olmuşdur. Bu igidliyinə görə, Həzi Aslanov Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir. Bütün Almanların kabusuna çevrilən, dillərə dastan igid generalımızın ölümü də çox müəmmalı olmuşdur. 1945-ci il yanvarın 25-də Miltava şəhəri yaxınlığında general H.Aslanovun ağır yaralandığı məlumatı yayılır. Deyilənə görə, onun yanında top mərmisi partlamışdır. Müharibədə iştirak edənlər çox yaxşı bilirlər ki, insanın yanında top mərmisi partlayarkən, partlayış dalğası və yüzlərcə qəlpə insanın bədənini tanınmaz hala salır. Yaralanan zaman Aslanovun əynində olmuş gödəkcə Azərbaycan tarixi müzeyində saxlanılır və həmin gödəkcənin yalnız ürək nahiyəsində bir dəlik var. Generalın qəribə şəkildə yaralanmasının səbəbləri indiyədək araşdırılmayıb. Tibbi sənədlərdən məlum olur ki, generalın yarası ölümcül deyilmiş və ona vaxtında yardım göstərilsəydi, həyatını xilas etmək mümkün olardı. Lakin, Aslanova sadəcə sarğı qoyulur, cərrahi əməliyyat isə qeyri-müəyyən və müəmmalı şəkildə dayandırlır və H.Aslanov qan itkisindən keçinir. H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsi haqqında təqdimat sənədləri isə naməlum səbəblərdən itir. Yalnız 1991-ci ildə, ölümündən 46 il sonra xalqımızın igid oğlu, ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibə illərində general-mayor Həzi Aslanov Sovet İttifaqı Qəhrəmanı medalı, Lenin ordeni, 3 dəfə Qırmızı Bayraq, 2 dəfə Suvorov ordeni, Aleksandr Neviski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 dəfə Qırmızı Ulduz ordeni, həmçinin müxtəlif orden və medallarla təltif olunmuşdur. Həzi Aslanov Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycanın hərb tarixində öz adını qızıl hərflərlə yazdıran igid, cəsur, vətənpərvər General Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş ilk və yeganə azərbaycanlıdır. Biz fəxr edirik ki, Həzi Aslanov kimi şanlı tarix yazan qocaman generalımız olub.
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərhlər
sevenfly 24 aprel 2017 11:32
And then the job creation we’re trying to do toms outlet uk more and more. Since some of that early criticism, we have responded cheap toms shoes and we moved 40% of our supply chain for giving shoes to countries toms sale that we give in. Today we make shoes in Kenya, we make shoes in India, Ethiopia, Haiti, and all of this is a way to create more jobs.
Bəyəndim! 0 Bəyənmədim!
SİTAT GƏTİR         
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: