Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Gözəlliyi evə necə gətirmək olar?

Bütün qadınlar kosmetoloqa gedə bilmirlər. Əslində bütün qadınlar gözəldirlər, sadəcə bir az özlərinə baxmalıdırlar. Ailəli xanımlar özlərini daha çox ailəyə qurban verməyi sevirlər və bunu çox böyük qəhrəmanlıq hesab edirlər. Amma, qadın həm baxımlı, həm gözəl ana, həm gözəl həyat yoldaşı, həm də öz evinin qulluqçusu olmalıdır və eyni zamanda formada olmalıdır. Bu o qədər də asan bir şey deyil. Amma, yenə də xanımlar düzgün kosmetika seçməli və evdə öz dərilərinə qulluq etməlidirlər. Bu nədən ibarətdir? Ev şəraitində olan qadın hər gün duş aldıqdan sonra üzünü sabunla deyil, üz üçün olan gel ilə yuması məsləhətlidir. Bədən üçün olan gellər ilə üz dərisini yumaq yanlışdır. Çünki, üz dərisinin PH-ı ilə bədən dərisinin PH-ı eyni deyildir. Bunların bahalı olması da şərt deyil. Xanımlara məsləhətimiz odur ki, səhər yuxudan duranda üzlərini üz gelləri ilə yusunlar. Üzü çoxlu su ilə yumaq da yaxşı bir şey deyil. Gündə üzü bir neçə dəfə sabunlu su ilə yumaq üz dərisini bərbad günə qoyur. Dərinin su balansı, yağ balansı, nəfəs alması, qidalanması pozulur. Çünki, dəri aşırı dərəcədə quruyur. Bu, yağlı dərilərdə başqa, quru dərilərdə isə başqa nəticə verir. Digər əsas məsələ isə demakyajdır. Axşam yatanda duş alınsa belə, işdən gəldikdən sonra evə çatan kimi makyaj üzdən təmizlənməlidir. Təmizləmək üçün demakyaj vasitələrindən istifadə etmək məsləhətlidir. Təmizlədikdən sonra lasyon vasitəsi ilə tonikləşdirilməlidir. Bu dərinin təmiz olması və dərinin nəfəs alması üçün lazımdır. Gecə kremlərindən istifadə etmək məsləhətlidir. Bu qırışların qarşısının alınması və dərinin gec qocalması deməkdir.
Ev baxımı dedikdə, xanımlar daha çox təbii yollarla nə etməli olduqlarını düşünürlər. Adi limonun və cəfərinin çox gözəl ağardıcı effekti var. Limonun özünün çox yüngül pyling effekti də var. Həftədə 1 dəfə təmiz dəriyə limon çəkmək olar. Dərinin rənginin açılması ilə yanaşı həm də yüngül pyling effekti verdiyinə görə, o, dərinin üst təbəqəsinin ölü hüceyrələrdən təmizlənməsinə kömək edir. Dəri bir az daha təravətli görsənə bilər. Yay aylarında meyvələrin üzə çəkilməsi də çox faydalıdır. Məsələn, çiyələyin özü əgər təbiidirsə, kivi, pomidor və xiyar çox gözəl effekt verir. Evdə olduğumuz müddətdə 20 dəqiqəlik onu üzə çəkmək olar. Süzgəcdən keçirib, suyunu sıxıb lasyon kimi istifadə etmək olar. Hər bir şey qadının özündən asılıdır. Yəni bunun üçün bahalı vasitələrdən istifadə etməyə, hər ay kosmetoloq yanına getməyə ehtiyac yoxdur. Xanımın özünün-özünə münasibəti əsas şərtdir.

Müəllif: Kosmetoloq Səfəq Mustafayeva
Müxbir: Aysu Gülməmmədli
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərhlər
HIKI 30 oktyabr 2017 09:32
The factory doors leave much to UTV SXS Door Bags be desired in the way of safety as well. Made of plastic with a thin metal frame, and with a Handlebar Bag with Leather Shell huge gap in the lower section, there isn’t much protection. We replaced Motorcycle Saddlebags these with PRP aluminum skinned full doors that provide much more protection from the elements if (when) the RZR gets rolled. Harnesses Motorcycle Fork Bag and seats are also a must-have.
Bəyəndim! 0 Bəyənmədim!
SİTAT GƏTİR         
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: