Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Qadınlarda menstruasiya nizamsızlığı

Menstruasiya normalda 21 gündən 34 günə qədər olur, lakin müntəzəm olaraq eyni vaxtda olmalıdır. Menstruasiya, yəni menstrual qanaxma 5-7 gün ərzində davam edir və bu günlər ərzində qadın 50-80 ml qan itirir. Bu normal fizioloji hal sayılır. Bu normalardan hər hansı tərəfə dəyişiklik normal hesab olunmur və patologiya sayılır. Menstruasiya müddəti qısala və ya uzana bilər. Daha aydın şəkildə izah etsək, qadında menstruasiya 21 gündən tez və ya 34 gündən 1-2 gün gec ola bilər, bu normaldır. Lakin, həftələrlə, aylarla gecikmələr də ola bilər ki, bu artıq normal hal sayılmır və belə vəziyyətdə mütləq şəkildə həkimə müraciət olunmalıdır. Əksər hallarda bu cür vəziyyətlərin əsas səbəbi hormonal pozğunluq olur. Hormonal pozğunluğa qalxanvari vəzdə, yumurtalıqda olan müxtəlif xəstəliklər və patologiya səbəb olur. Diaqnostika üçün isə mütləq şəkildə ultrasəs müayinəsi həyata keçirilməli və nəticəyə uyğun müalicə yaradılmalıdır. Ultrasəs müayinə menstruasiyadan öncə edilir, məhz hormonal analiz də bu dövdə aparılır. Bu mərhələlərdən keçdikdən sonra isə vəziyyətə uyğun müalicə kursu həyata keçirilir. Hər bir qadın, yaşından asılı olmayaraq, menstruasiyasına nəzarət etməli və öz vəziyyəti haqqında məlumata sahib olmalıdır. Hər hansı dəyişiklik zamanı isə mütləq şəkildə həkimə müraciət edib, səbəbini aydınlaşdırmalı və vəziyyətlə əlaqədar müalicə olunmalıdır.
Ağrılı aybaşı 2 səbəbdən olur: Birinci səbəb, Alqomenoreya- səbəbsiz anadan gəlmə bir vəziyyətdir. Adətən bu cür hallarda qadının, qızın ailəsində olan digər ailə üzvlərində ( anasında, bacısında, xalasında ) də ağrılı aybaşı ola bilər, bu isə irsi meyillilikdir, lakin bu o demək deyil ki, qız və ya qadın buna dözməlidir. Bu cür ağrıların aradan qaldırılması üçün həb qəbulu və ya şam istifadəsi məsləhət görülür. Alqomenoreya vəziyyəti bir müddət sonra dəyişə bilər, belə ki, qız ailə quranda və ya da uşaq dünyaya gətirəndə ağrılı aybaşı qəflətən keçə bilər.
İkinci səbəb isə xəstəliklərdir. Bu xəstəliklərdən tez-tez rast gəlinənləri iltihab xəstəliyi və endimetrologiyadır. İltihabi xəstəliklər zamanı qadın cinsiyyət sisteminin müxtəlif nahiyələrində ( uşaqlıq, yumurtalıq, uşaqlıq borularında və s. ) olan iltihabi prosseslər nəzərdə tutulur. İltihabi xəstəliklər zamanı konkret yumurtalıqda uşaqlıq borularında olan iltihabi xəstəliklər çanağa yayılırsa, bu halda qadının menstruasiya dövrü ağrılı keçir. Digər səbəb olan endimetrologiya isə ginekologiyada geniş yayılan bir xəstəlikdir. Bu xəstəlik zamanı endimetral ocaqlardan, uşaqlıqdan kənar borularda yerləşən peritonda qan sızılır və bitişmələr yaranır. Belə bitişmələr nəticəsində ağrılı aybaşı ola bilər. Bu da müalicə olunan bir vəziyyətdir və bu cür hallarda dərmanla müalicə həyata keçirilir, bəzi hallarda isə cərrahi müdaxilə qaçılmazdır.
Qadınlar ginekoji problem zamanı, aybaşı ağrıları və ya onunla əlaqədar olmayan çanaq ağrıları, hamiləliyin baş verməsi ilə bağlı ağrılar zamani mütləq şəkildə həkimə müraciət etməlidirlər. Çünki, hər bir problemin bir səbəbi var və bu problemin səbəbi vaxtında aydınlaşdırılıb həll olunmazsa, nəticədə bu müxtəlif fəsadlarla nəticələnə bilər. Artıq bəzi qadınlar fəsadlaşmış şəkildə həkimə müraciət edirlər. Bu isə böyük bir səhvdir. Əgər vaxtında müraciət olunsa, bu zaman vəziyyətə ağırlaşmadan müdaxilə etmək mümkün olar.

Müəllif: Ginekoloq Nərminə Əsgərova
Müxbir: Nailə İsgəndərova
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: