Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Kosmetikadan düzgün istifadə qaydaları

Kosmetikadan düzgün istifadə etməmək dəriyə çox böyük problemlər yaratmaq deməkdir. Baxmayaraq ki, bir xanımın stolunun üzərində baxım üçün lazım olan hər bir şey ola bilər. Əgər kosmetika dəri tipinə uyğun seçilməyibsə, o artıq dərini məhv edir. Yəni, ilk növbədə vacib şərt xanımların öz dəri tiplərinə uyğun kosmetik vasitələrdən istifadə etməsidir. Bu çətin bir məsələ deyil. Bunun üçün xüsusi bahalı aparatlardan dəri diaqnostikasından keçmək lazım deyil. Yəni, siz özünüzü tanıyırsınızsa, bilirsiniz ki, dəriniz qurudur, qışda qabıqlanır, duşdan çıxdıqdan sonra sabun vurduqdan sonra quruyur. Bu zaman dərini nəmləndirmək lazımdır. Ona görə də, dərimiz üçün lazım olan vasitələrdən lasyonlardan, kremlərdən, maskalardan öz dəri tipinizə uyğun olanı almalısınız. Hətta, üzünüzü yuduğunuz üz gelləri, üz lasyonları var ki, onlarıda dəri tipinə uyğun olanı seçmək lazımdır. Qarışıq dəri, həssas dəri, quru dəri və yağlı dəri var. Yağlı dəridə yağ ifrazatının balansını tənzimləmək istəyirik deyə orada PH-da fərqlidir və tərkibindəki inqridentlər də fərqlidir. Məqsəd yağın miqdarını azaltmaq və yağlılığını götürməkdir. Yağlı dərinin başqa dərdi, quru dərinin isə başqa dərdi və bəlası var. Quru dəri gərilir, qıcıqlanmış olur və tez qırışlanır. Yağlı dərinin isə qocalması problem deyil, yəni qırışlar tez əmələ gəlmir. Amma, məsamələr və qara nöqtələr olur. Bu məsamələr də qadının görünüşünə xoş olmayan görünüş verir. Bu da heç xoş deyil və heç bir qadın üzünün məsaməli olmasını istəmir. Yağlı dəri üçün vasitələr istifadə etmədikcə, bu məsamələr daha da genişlənir. Piy ifrazatı çoxaldığına görə, o məsamələr arasında piy hüceyrələri yığılır qalır və tıxaclar əmələ gəlir. Baxımsız və gözəl olmayan dəri alınır. Dərisi baxımsız olan xanıma heç cür gözəl xanım demək olmaz. Ona görə də, xanımlara məsləhətimiz nə alırlarsa, dəri tiplərinə uyğun seçim edib, alsınlar. Ən əsas məsələlərdən biridə dərimizi günəş şüalarından qorumaqdır. Günəş ilk çıxmağa başladığı aydan, yəni apreldən başlayaraq, SPF kremlərindən istifadə etmək lazımdır. SPF kremlər günəşdən qoruyucu kremlərdir. Dərinizi günəşin stressindən və təsirindən qoruyur. Bu həm ləkələrdən, həm də günəşin neqativ təsirindən qorumaq deməkdir. Günəş yalnız ləkə salmır, həm tez qocaldır, həm də stress verir. Bu kremlərdən sentyabrın axırına kimi istifadə etmək lazımdır.
Xanımların əsas problemləri odur ki, aşırı kosmetik vasitələrdən istifadə edirlər və demakyajı da unudurlar. Aşırı kosmetikadan istifadə etmək heç kimə tövsiyə olunmur. Aşırı kosmetika heç vaxt gözəllik demək deyil. Bacarılan qədər təbii gözəl görünmək məsləhətdir. Aşırı makyaj etməkdənsə, dərinin təravətini geri qaytarıb və makyajsız gəzmək düzgündür. Makyaja ehtiyac varsa və əgər iş qadınısınızsa və mütləq formada makyaj lazımdırsa, bu zaman bacarılan qədər yüngül makyaj etmək lazımdır. Yəni, ağır tonal kremlər, çox qalın qatlarla vurulmuş tonal kremlər müxtəlif rənglərə çalır və sonradan səpkilər əmələ gəlir. Çünki, vaxtında dəriyə qulluq olunmur deyə orada yığılıb qalan makyaj vasitələri havada olan mikroblarla birləşərək, iltihabi proses belə törədə bilər. Sonra o səpkilərin ləkələri qalır. Onlar irinli prosesə çevrilə bilər. Bakteriyaların inkişafı üçün şərait yaranır. Gələcəkdə digər infeksiyaların yaranmasına səbəb ola bilər. Ona görə də, çalışmalıyıq ki, dərimizi təmiz və təravətli saxlayaq.

Müəllif: Kosmetoloq Şəfəq Mustafayeva
Müxbir: Aysu Gülməmmədli
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: