Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Ağız qoxusunun yaranma səbəbləri

Ağız qoxusu, əksərən, insanların özü tərəfindən hiss edilməyən bir prosesdir. Çünki, insanda ağız qoxusuna artıq dözümlülük yaranır. Bütün qoxulara, yəni ağız qoxusuna patoloji ağız qoxusu deyilməsi düzgün deyil. Əslində hər bir insanın ağız qoxusu var. Buna fizioloji ağız qoxusu deyilir. Fizioloji ağız qoxusu digərlərindən fərqlənir.
1. Pis ağız qoxusu, yəni halitoz dediyimiz bir termindir. Adətən ağız boşluğundan xoşagəlməz iyin gəlməsini təsvir edir.
2. Ağız qoxusu birmənalı olaraq, endogen mənşəlidir. Çünki, bəzi insanlar elə bilir ki, siqaret ağız qoxusu yaradır. Lakin, belə deyil.
3. Bu qoxu mənbə olaraq, ağızdan, nəfəsdən və burundan gəlir. Bütün bunlarla yanaşı fasiləli və fasiləsiz ola bilər. Bundan asılı olmayaraq, bu proses ağız qoxusuna bir ad deyilməsi üçün minimum 2 ay davam etməlidir. Müalicəyə keçməmişdən öncə müayinədə ağız qoxusunda ən vacib üsul sorğudur. Ağız qoxusunu şərtləndirən əlamətlərdən biri də sosial məsafədir. Sosial məsafə odur ki, başqa insan qoxunu hiss edir.
Ağız qoxusu 2 cür olur: Subyektiv və obyektiv
Subyektiv-Psixoloji kökəlmə kimi bir şeydir. Bu müalicəni stomotoloq deyil, psixoloq aparır.
Obyektiv- Bu cür ağız qoxusunun müalicəsi stomotoloq tərəfindən aparılır.
Ağız qoxusunun əmələ gəlməsi səbəblərindən biri, çirkli ağız boşluğu, pis gigiyenadır. Buraya kariyeslər, köhnəlmiş qapaqlar, yararsız protezlər aiddir.
Başqa bir səbəb də , nəfəs yollarında olan proseslərdir. Bunlar isə düz burun pramitindən ağciyərlərin avilyonlarına qədər toxumalarla əhatə olunmuş sistemdir. Burada infeksiyalar məskunlaşıb iltihabi proses yaradırlar.

Müəllif: Stomotoloq İsmayıl Məlikov
Müxbir: Aynurə İbrahimxəlilova
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: