Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Usaqlarda öz güvən və motivasiyanın yaradılması

Uşaqlarda özünə inam problemi bu gün ən çox rastlaşdığımız problemlərdən biridir. Bəs özünə inam nə deməkdir? Nə vaxt yaranır?- Özünə inam qarşına qoyduğun məqsədi yerinə yetirəcəyinə inanmaqdır, güclü olmaqdır. Özünə inam uşaqlarda 3-6 yaş arası formalaşır. 3 yaşına qədər uşaq, hissləri ilə hərəkət edir. Belə ki, 3 yaşına qədər uşaq "çay, su, yemək" deyirsə, 3 yaşından sonra isə "mən çay istəyirəm, mən su içmək istəyirəm" kimi cümlələr işlədir. Bu dönəmə egocenter ( ego-mən, center isə mərkəz deməkdir ) dönəmi deyilir. Egocenter dönəmində uşaq özünü dünyanın mərkəzi hesab edir və əlində olanları paylaşmağı sevmir. Daha aydın şəkildə izah etsək, ailədə 2 və yaxud 3 uşaq dünyaya gələndə uşaq elə düşünür ki, artıq ana, ata bölündü daha məni əvvəlki kimi sevməyəcəklər. Valideyn belə halda güzəştə getməyi bacarmalıdır, əks halda ciddi problemlərlə qarşılaşa bilər. 3-6 yaş arası dönəmlərdə uşağa özünə inamı aşılamaq çox vacibdir. Əgər uşaq bu dövrü gözəl keçirərsə, bu halda o özünə inamlı olacaq. Lakin, əksinə bu dövrü pis keçirərsə, alçaldılarsa, pislənərsə, onda uşaqda özünə inam formalaşmayacaq. Uşaqlarda özünə inamın yaradılmasının qızıl qaydası budur ki, valideynlər uşaqların hər səhv hərəkətində onun müsbət cəhətlərini qabartmalı, sonra isə mənfi cəhətlərini deməlidir. Bu zaman uşaq görəcək ki, onun müsbət cəhətləri mənfilərindən çoxdur və bu mənfiləri də yox etməyə çalışacaq. Bunun əksini etsək, onda uşaqda özünə inam azalacaq və düşünəcək ki, "mən heç nəyi bacarmıram". Bu isə tamamilə yanlışdır. Bir insanı yaxşı tərbiyə etmək istəyiriksə, bu zaman onda ilk növbədə vicdan yaratmalıyıq. Vicdanı olan uşaq ən çətin mühitdə belə vəziyyətdən çıxa biləcək. Belə ki, biz həmişə uşaqlarımızın yanında ola bilmərik. Uşaqlarda elə özünə inam yaratmalıyıq ki, onlar təhlükə qarşında olanda həmin təhlükəni özləri dəf edə bilsin. Uşaqda özünə inamı gücləndirmək üçün daim onu motivasiya etməliyik ki, onlar özünə inamlı olsun. Özünə inamı olmayan uşaq qarşısına çıxan ilk təhlükədə özünə qapanacaq, aqressivləşəcək. Xatırladaq ki, özünə inamla özünü qiymətləndirmə tərs mütənasibdir. Daha başa düşülən şəkildə izah etsək, uşağın özünə inamı azaldıqca, öz dəyərini yüksəldəcək. Belə uşaqlar oyunlarda uduzmağı sevmir, daim cığalçılıq edir və tez-tez konfiliktlərə girirlər. Uşaqlar özünə inamlı olmalıdır ki, özünü qiymətləndirmə də stabil olsun.

Müəllif: Psixoloq Aidə Nəbiyeva
Müxbir: Aysu Gülməmmədli
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərhlər
sevenfly 24 aprel 2017 11:33
High heels first came into vogue in the Middle East during christian louboutin outlet uk the 15th century. When cavaliers in the military needed additional support to stabilize cheap christian louboutin themselves while standing , subsequently appropriated christian louboutin for sale the heel and tall wigs to create an optical illusion of height.
Bəyəndim! 0 Bəyənmədim!
SİTAT GƏTİR         
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: