Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Uşaqlarda süd yarası

Süd yarası adlandırılan ağız xəstəliyi əslində göbələk infeksiyasıdır. Körpənin dilinin üstündə, damağında görülən bu xəstəlik müalicə edilməzsə, bütün ağız boşluğuna yayıla biləcək ağ ərpdir. O bir müddət sonra uşağın qidalanmasına da problem yarada bilər. Ana südü ilə qidalanan körpələrə nisbətən süd yarası, əlavə qida ilə bəslənənlərdə daha çox olur. Uşaqlarda, xüsusilə də süd əmən uşaqlarda daha çox rast gəlinir. Süd yarasının bir neçə yaranma səbəbi var. Doğuş zamanı uşaqlıqdakı infeksiyalar onun yaranmasına ən böyük mənbədir. Bundan əlavə olaraq, əmzik və butulkaların başına taxılmış əmziklər də süd yarasının mənbəyi ola bilər. Süd yarası körpənin doğulmasının dördüncü günündə, ən geci isə birinci həftəsində özünü büruzə verir. Bunun qarşısını xüsusi yollarla almaq olar. Onun müalicəsi uzun çəkmir. Süd yarasının qarşısını almaq üçün ana mütləq gigiyenik qaydalara əməl etməlidir. Yəni, süd döşünü uşağa verməzdən əvvəl yumalıdır. Bildiyimiz kimi süd qidalı mühitdir. Onun tərkibində şəkər və qlükoza var. İstənilən mikrob üçün qidalı mühitdir. Təbii yolla analara sodalı suyu məsləhət görürük. Bir stəkan suya bir çay qaşığı soda töküb qarışdırıraraq, pambığı isladıb silə bilərlər. Yəni, bu dərmansız müalicədir. Dərmanla ən sadə müalicə üsulu nistatinlə təyin edilən müalicə üsuludur ki, bu dərmanında körpəyə heç bir zərəri yoxdur.

Müəllif: Pediatr Səbinə Nurəliyeva
Müxbir: Aysu Gülməmmədli
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərhlər
karthikdevuluri 17 may 2017 12:19
happy birthday quotes
birthday quotes
happy birthday quotes
Bəyəndim! 0 Bəyənmədim!
SİTAT GƏTİR         
Mehdi EyvaZli 10 may 2018 15:52
Məsləhətlər verilir tşk-lər
Bəyəndim! 0 Bəyənmədim!
SİTAT GƏTİR         
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: