Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

İnfeksion xəstəliklər

İnfeksion xəstəliklər infeksiya, mikrob, virus, bakterialar qrupu tərəfindən yaradılan xəstəliklərdir. İnfeksion xəstəliklər daha çox uşaqlarda rast gəlinir. Bunun əsas səbəbi uşaqlarda immun sisteminin hələ tam formalaşmaması ilə əlaqədardır. Yəni, 4-5 yaşlı uşaqlarda həmin sistem hələ tam formalaşmadığı üçün uşaqlar infeksion xəstəliklərə asanlıqla tutula bilərlər. Ona görə də, uşaqlarda üst tənəffüs yolu infeksiyaları, viruslar və onların bakterial ağırlaşmalarına tez-tez rast gəlmək mümkündür. Rinit, konyuktivit, format, pnemaniya kimi infeksiya xəstəlikləri vardır. Bundan başqa, bir sıra infeksion xəstəliklər vardır ki, bu xəstəliklər uşaqlar arasında daha tez yayılır. Buna misal olaraq, su çiçəyi, göy öskürək, qızılca kimi infeksion xəstəlikləri göstərə bilərik.
Qeyd edək ki, qış aylarında uşaqlar vaxtlarının çox hissəsini qapalı mühitdə keçirdiklərinə görə, bu infeksiyalar çox asanlıqla bir uşaqdan digərinə keçə bilir.
İnfeksion xəstəliklərin iki növü vardır: Ciddi olan və ciddi olmayan. Respiratura infeksiyaları vardır ki, bu infeksiyalar çox qısa müddətli çəkir və onlarda ciddiləşmə nadir hallarda görülür. Bir də ciddi olan infeksion xəstəliklər var ki, bunlara qızılca, məxmərək, poliklit, su çiçəyi, tetanus, difterenziya , göy öskürək kimi xəstəlikləri misal göstərmək olar.
Uşaqlarda infeksiya xəstəliklərinin qarşısının alınması üçün valideynlər həkimlərə müraciət etməli və uşaqlarını vaxtlı-vaxtında peyvənd etdirməlidirlər. Xüsusən də, uşaqlar üçün vacib olan gigiyena qaydalarına riayət etməkdir. Valideynlər bu mövzuda nə qədər diqqətli olarsa, vaxtaşırı həkimlərə, pediatrlara müraciət edərlərsə, uşaqlar bu kimi xəstəliklərdən yayınmış olarlar.

Müəllif: Pediatr Günay Rəsulova
Müxbir: Gülər Hümbətova
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: