Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

yeni doğulmuş körpələrin düzgün çimizdilməsi qaydası

Yeni doğulmuş körpənin dərisi yumşaq və həssas olur. Körpəni çimizdirərkən onun xüsusi vannası olması mütləqdir. Körpələri çimizdirərkən ilk növbədə uşağın yuxusunun yaxşı olmasına diqqət göstərilməlidir. Yəni, uşaq yuxusunu yaxşı almamış çimizdirilsə, o zaman daha çox narahat olacaq və çimmək istəməyəcəkdir. Yeməkdən əvvəl edilən duş, ümumiyyətlə, daha çox işə yarayar. Bir çox ailələr, yuxu saatına hazırlıq məqsədi ilə körpələrini axşamüstü çimizdirməyi üstün tuturlar.
Yeni doğulmuş körpənin çimizdirilməsi üçün aşağıdakı vəsaitlər lazımdır:
1. Təmiz körpə vannası
2. İncə dəsmal və ya süngər formasında duş döşəyi
3. Uşaq şampunu
4. Təmiz parça və geyimlər
Körpənin çimizdirilməsində ən vacib məsələlərdən biri də otağın temperaturudur. Çalışmaq lazımdır ki, soyuq olmasın eləcə də lap çox isti olmasın. Suyun istiliyinə də mütləq fikir vermək lazımdır. Suyun istiliyi 36.5-37 dərəcə olmalıdır. Əvvəlcə körpənin üzü yuyulmalıdır. Sonra hər iki gözünü isladılmış təmiz pambıq parçası ilə silmək lazımdır. Ən sonda başını şampun ilə yumaq lazımdır. Su ilə yuyulan körpənin üzünə su gəlməməsinə diqqət yetirmək lazımdır. Məsləhət görülür ki, yeni analara kimsə böyüklərdən biri kömək etsin. Çalışmaq lazımdır ki, çimizdirmə müddəti 15-20 dəqiqədən artıq olmasın. Yeni doğulmuş körpələrdə bu müddət daha az olmalıdır. Körpənin geyiminində isti olması vacibdir. Çimizdirdikdən sonra havaya, sözsüz ki, o dəqiqə çıxarmaq olmaz. Tədricən alışdırmaq lazımdır.

Müəllif: Pediatr Səbinə Nurəliyeva
Müxbir: Aysu Gülməmmədli
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: