Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Uşaqları internet təhlükəsindən necə qorumaq olar?

Son zamanlarda uşaqlarımızda internetdən asılılıq artmışdır. Ən pisi də odur ki, internetə asılılıq artıq erkən yaşlara təsadüf edir. Hansı yaşdan etibarən uşaqlarda internet asılılığı formalaşır? Bu sualın cavabları arasında 3-5 yaş arası uşaqlar da var. Bu çox təəssüfləndirici bir haldır. Çünki, internet asılılığı, kompüterə meyillilik və innovativ vasitələrə meyillilik nə qədər çox artarsa, həmin uşaqların psixi inkişafına mənfi təsir edəcək, onların fiziki və emosional inkişafına mane olacaq. İnternet təhlükəsizliyini təmin etmək əsas və vacib bir mövzudur. Çünki, adi telefon uşaqlara verilir və uşaqlar burada youtube və müxtəlif saytlara daxil olur və neqativ şeylərə baxa bilərlər. Ona görə də, uşaqları internet təhlükəsindən qorumaqda ən böyük iş valideynlərin üzərinə düşür. Uşaqları bu təhlükədən qorumağın bir neçə yolları vardır:

1. Uşaqları internetə sərbəst şəkildə baxmağa icazə verilməsin. Mütləq şəkildə nəzarət vacibdir.
2. Bəzi saytlara, ümumiyyətlə, kod qoyulmalıdır.
3. Uşaqların internetdən istifadəsinə saatla icazə verilməlidir.
Çox erkən yaşda, yəni 3 yaşa qədər olan uşaqlara 20-25 dəqiqə, məktəbəqədər və məktəbli yaş dövrü üçün isə 40-45 dəqiqə arasında dəyişə bilər.
İnternet təkcə informasiya baxımından təhlükəli deyil. Psixi və fizioloji inkişafa da mənfi təsir edən bir amildir. Buna görə də, həm vaxt, həm struktur, həmdə gedişat baxımından valideynlər diqqətli olsalar, çox yaxşı və yüksək nəticələr əldə edə bilərlər. Çox təəssüf ki, bəzi valideynlər uşaq ağlayarkən onu sakitləşdirmək üçün çarəni əlinə telefon verməkdə tapırlar. Valideynlər bu günkü gün uşaqlarını yedizdirmək, yatızdırmaq və onlarla oynamaq məqsədi ilə internetdən istifadə edirlər. Amma, bu o qədər də məqsədyönlü istifadə vasitəsi deyil. Ona görə ki, bu gələcəkdə acınacaqlı nəticə verəcəkdir. Valideynlərin çoxu öz övladları ilə ünsiyyət qurmaqda çətinlik çəkirlər. Çox təəssüflər olsun ki, valideynlik borcumuzu nəyəsə qurban veririk.
Hal-hazırda indiki nəsil internetlə böyüyür. Onların yeniyetməlikdə və gənclikdə necə biri olacaqlarını fikirləşmək belə çətindir. Çünki, uşaqlarda erkən cinsi oyanma baş verir. Ona görə ki, internetə girərkən, bəzi cizgi filmlərə baxırlar ki, həmin cizgi filmlərin özləri neqativ yöndə çəkilib. Bu cizgi filmlərə baxmağa heç uşaqların yaşları da uyğun deyil. Valideyn bunlara diqqət etməlidir. İnternetdə hal-hazırda uşaqların cinsi yönəlməsi ilə bağlı, fiziki zorakılıqla bağlı bir çox şeylər məhz cizgi film adı altında yerləşdirilib. Valideynlərə sual verildikdə ki, övladınız internet vasitəsilə nəyə baxır? Belə bir cavab verirlər ki, cizgi filmə baxır. Valideynlər düşünürlər ki, cizgi filmin heç bir təhlükəsi ola bilməz. Amma, cizgi filmlərin elə bir kadrında elə bir şey yerləşdirilir ki, onu ancaq övladlarınız çox diqqətlə baxdıqları üçün görə bilirlər. Valideynlər isə kənardan 15 dəqiqə baxdıqları üçün hiss etmirlər. Buna görə də, valideynlərə çox diqqətli olmaları məsləhət görülür. Valideynlər çox vaxt şikayət edirlər ki, övladımız internetə çox baxır və aqressivdir. Çünki, biz bilmirik uşaqlar nəyə baxırlar və necə baxırlar? Uşaqlar gün ərzində dayanmadan 3-4 saat neqativ şeylərə baxırlar. Biz böyüklər özümüz belə bu yaşda kriminal xəbərlərə baxa bilmirik. Ona görə də, düşünün ki, uşaqların psixikasında nə qədər dəyişiklik olur. Buna görə də, uşaqları bacarılan qədər valideynləri nəzarətdə saxlamalı və övladlarımızla ünsiyyət qurmağı bacarmalıyıq. Yəni, onları internet təhlükəsindən qorumalıyıq.

Müəllif: Psixoloq Aidə Nəbiyeva
Müxbir: Aysu Gülməmmədli
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: