Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

İİV və QİÇS

İİV və QİÇS











İnsan sağlamlığını təhdid edən və dövrümüzün bəlası olaraq adlandırılan QİÇS xəstəliyi, 1980- ci illərdən başlayaraq, bu günümüzə qədər çox sürətlə yayılıb və yayılmaqda davam edir. İnsan İmmunçatışmazlıq Virusu sözlərinin baş hərfləri ilə adlandırılmış İİV virusu, fərdin immunitet sisteminə daxil olaraq, immuniteti zəiflədən bir virusdur. Bu virus bədənin müdafiə etmə gücünü zəiflətməkdə, yıxmaqda və normal şərtlərdə müalicə edilə bilən xəstəliklərin müdafiə gücü qeyri-kafi qaldığından müalicə edilməməsinə səbəb olmaqdadır. İİV qan yolu və cinsi əlaqə əsnasında yoluxan bir virusdur. Bu virus orqanizmə daxil olduqda xəstəliyə qarşı müqavimət göstərməyimizi təmin edən immunitet sistemimizi yox edə bilər. Virus yoluxduqdan sonra virus və orqanizm arasında bir mübarizə meydana çıxır və bu da immun sisteminin çökməsinə səbəb olur ki, bu zaman QİÇS (Qazanılmış İmmun Çatışmazlıq Sindromu) mərhələsinə, yəni, sonuncu mərhələyə keçir. Bu zaman orqanizmin infeksiyalara, bədxassəli şişlərə həssaslığı artır.
İİV virusu orqanizmə daxil olduqdan həmən sonra xəstəlik hiss olunmaz, bu virusun bədənimizdə olduğunu göstərən hər hansı bir şikayət meydana gəlməz. Ancaq, qan analizindən sonra bədənimizdə virusun olub-olmamağı ilə bağlı məlumata sahib ola bilərik. Orqanizmimizdə mövcud olan virus haqqında məlumatımızın olmadığı müddətdə ətrafımızdakı insanları da virusa yoluxdura bilərik və bu davranış cəmiyyət üçün maksimum risk daşıya bilər. İİV-ə yoluxandan 1,5-2 ay müddətindən sonra virus daşıyıcıları qızdırmalı bir xəstəlik keçirirlər. Qızdırma, halsızlıq, yorğunluq, baş ağrısı və s. problemlər meydana gəlir və əvvəlki sağlamlığımız bərpa olunmur. Əgər İİV cinsi yolla yoluxmuş və heç bir dərman müalicəsi həyata keçirilməmişsə, 3-8 il müddətində QİÇS-ə çevrilə bilər. Qan yolu ilə yoluxan virusdan sonra müalicə həyata keçməyibsə, QİÇS-ə çevrilmə müddəti 1,5 il ilə 2 il arasındakı müddətdir.
Təhlükəlidir:
*Qorunmamış cinsi əlaqə nəticəsində yoluxma. İİV-yə yoluxan şəxslərin 10-15 %-i qorunmamış cinsi əlaqə nəticəsində yoluxduğunu qeyd etmək olar.
*Qan yolu ilə yoluxma-İİV-yə yoluxan şəxslərin 80-85 %-i virusa bu yolla yoluxur.
*Anadan körpəyə yoluxma-Hesablamalar göstərir ki, virusa yoluxan şəxslərin 3-5 %-i virusa bu yolla yoluxmuşdur.
Təhlükəsizdir:
*Əl sıxmaq, öpüşmək, toxunmaq, qucaqlaşmaq ilə yoluxmaz.
*Tualet, hamam, hovuz və duşdan ümumi istifadədən yoluxmaz.
*Başqalarının əşyalarını (boşqab, qaşıq, çəngəl) itifadə etməklə yoluxmaz.
*Ağcaqanad sancması, heyvan dişləməsi nəticəsində yoluxmaz.
Müasir anlayışlara görə, cinsi əlaqə vasitəsilə, parenteral manipulyasiya ( qeyri-steril iynə, şpris və digər alətlərdən istifadə zamanı ), qan, orqan və toxuma  köçürülməsi yolu ilə və anadan uşağa ötürülə bilər. Əsasən homoseksual cinsi əlaqə ilə yoluxma QİÇS xəstələrinin əsas risk qrupunu təşkil edir. İkinci ən böyük risk qrupu-venadaxili ümumi qeyri-steril iynələrdən istifadə edən narkomanlardır. Üçüncü qrup-hemofliya xəstələridir. Dördüncü qrup-İİV-lə yoluxmuş analardan doğulan uşaqlardır. Yoluxma transplasentar doğuş yolları keçəndə əmələ gəlir, ana südü vasitəsilə yoluxma ehtimalı artıq qeyd olunub. Geniş miqyasda əhalinin yoluxma yollarından biri, qan və qan komponentlərinin köçürülməsidir. Qadınların və kişilərin QİÇS-lə yoluxması bərabərdir. İİV infeksiyası müxtəlif orqanların transplantasiyası və qadınların süni mayalanması ilə ötürülə bilər. Bu hal virusun yayılma riskini artırır, çünki, transplantasiya və süni mayalanma çox geniş yayılmışdır.
Qandakı virusun təyin olunması üçün keçirilən testdən öncə mütləq psixoloji məsləhət alınmalıdır. Test nəticəsinin nə mənaya gəldiyini yaxşı bilmək və ona görə tədbir almaq lazımdır. Müsbət nəticə almaq şəxsin QİÇS olduğu anlamına gəlməz. Ancaq, şəxsin virusa yoluxduğunu və virus daşıyıcısı olduğu mənasını verir. Mənfi nəticə isə virusa yoluxmadığı mənasını verməməkdədir. Çünki, virusun təyin olunması üçün müəyyən bir zaman müddətinə ehtiyac vardır. Test nəticələri mənfi çıxan şəxslərin 3 aydan sonra təkrar testdən keçmələri məsləhət görülür.
İİV infeksiyasının müalicəsi üçün ARV ( antiretrovirus ) adlanan və insanın immunçatışmazlıq virusunun çoxalmasının qarşısını alan spesifik virus əleyhinə preparatlardan istifadə olunur. Azərbaycandan 2006-cı ilin noyabr ayından bu günə qədər İİV-li xəstələrin müalicəsi üçün tətbiq edilən ARV terapiya davam etdirilir. Bu məqsədlə dərmanların, o cümlədən, virus yükünü və immun sisteminin statusunu mütəmadi olaraq, nəzarətdə saxlamaq üçün testlər götürülməsi nəzarətdə saxlanılır.
Ümumiyyətlə, virusla mübarizə aparmaq üçün ən faydalı addımlardan biri liseylərdə, məktəblərdə, kolleclərdə, universitetlərdə, şirkətlərdə və digər qurumlarda İİV və QİÇS ilə bağlı seminarlar təşkil etmək, insanları bu mövzu ilə bağlı məlumatlandırmaq lazımdır. Kütləvi informasiya vasitələri də bu işdə bizlərə köməklik göstərməli və bu bəlanın nə dərəcədə təhlükəli olduğunu, yoluxmamaq üçün hansı addımların atılacağı yollarını insanlara çatdırmalıdır. Cəmiyyət olaraq İİV ilə yaşayan hər kəsə tibbi, psixoloji, hüquqi və ictimai dəstək verərək, onların aldıqları travmanı aradan qaldıraraq, bu mövzuda yetərincə məlumatlandırıb, nizamlı dərman müalicəsi ilə həyatlarına davam edə bilmələri məsələsində, hər cür dəstəyin təşkil olunmasında maksimum dərəcədə səy və güc nümayiş etdirməliyik.

Müəllif: Respublika Narkoloji Mərkəzinin psixoloqu
Dr. Ramin Allahverdiyev
Müxbir: Gülər Hümbətova
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: