Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Balıqlara Qulluq

Balıqlara qulluq digər heyvanlara nisbətən daha çox diqqət tələb edir. Çünki, onların qidalanmasına, yaşadıqları suyun təmizliyinə diqqət olunmasa ölə bilərlər. Balıqlara çörək vermək olmaz. Onlara gün ərzində 2-3 dəfə yem vermək lazımdır. Əks halda, boğularaq ölə bilərlər. Balıqlar üçün ən əsas məsələlərdən biridə yaşadıqları sudur. Balıqların yaşadıqları, nəfəs aldıqları, içdikləri su müəyyən şərtlərə uyğun deyilsə, onların vəziyyəti pisləşə və hətta, ölə bilərlər. Buna görə də, akvarium balıqlarının suyunu tez-tez dəyişmək lazımdır. Akvarium balaca olduqda, balıqların suyu həftədə 1 dəfə, böyük olduqda isə ayda 3 dəfə dəyişdirilməlidir. Kiçik akvariuma qulluq etmək, böyük akvariuma qulluq etməkdən çətindir. Akvariumun suyunu dəyişərkən, suyun hamısını dəyişmək olmaz. Çünki, balıqlar birbaşa soyuq suya salınsa, ölə və ya şoka düşə bilərlər. Ona görə də, suyun 1/3-i dəyişdirilməlidir. Balıqlar üçün akvariumda lazımi temperatur yaratmaq vacibdir. Bunun üçün akvariuma xüsusi qızdırıcılar almaq lazımdır. Qızdırıcının gücü akvariumun həcminə görə uyğunlaşdırılmalıdır. Temperatur əsasən 26-28 dərəcə arası olmalıdır. Akvariuma balıq seçimi edərkən, diqqət etmək lazımdır. Çünki, böyük bir balıqla kiçik bir balığı eyni akvariumda yerləşdirmək olmaz. Hətta, yeni doğulmuş balıqlar böyük balıqlardan ayrı saxlanılır. Çünki, böyük balıqlar balaca balalarını yeyirlər.
Evimizə akvarium alarkən, onun yerləşəcəyi məkanıda diqqətli seçmək lazımdır. Bu gün işığının az düşəcəyi yer olmalıdır və sakitlik olmalıdır. Balıqları səs-küy az olan yerə yerləşdirmək məsləhətdir. Çünki, bərk ayaq səsi belə onları stressə sala bilər. Balıqların tez-tez yerlərini dəyişməsi onların sağlamlığına ziyandır.

Müəllif: Əli Nəcəfov
Müxbir: Aysu Gülməmmədli
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərhlər
karthik devuluri 17 may 2017 12:27
Bəyəndim! 0 Bəyənmədim!
SİTAT GƏTİR         
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: