Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Süd dişləri əyriliyinin səbəbi və onun aradan qaldırılması yolları

Süd dişləri əyriliyinin səbəbi və onun aradan qaldırılması yolları





















Müasir dövrümüzün ən kiçik nümayəndələri olan uşaqların 60-65 faizində diş əyriliyi müşahidə olunur. Buna səbəb uşağın düzgün qida qəbul etməməsidir. Belə ki, uşaqlar tərkibində şəkər, qlükoza olan karbohidrat qidalardan çox istifadə edirlər. Tərkibində belə maddələr olan qidalar süd dişlərinin tez sıradan çıxmasına və vaxtından əvvəl tökülməsinə səbəb olur. Belə hallar daha çox valideyn və həkim məsuliyyətsizliyindən irəli gəlir.
Dişlərdə boşluğa doğru əyilməyə meyillilik vardır ki, bu halda yanda olan dişlər boşluğa doğru əyilir, nəticədə daimi dişin çıxması üçün yer qalmır və o, diş cərgəsindən kənara çıxır. Buna görə də, həkim tərəfindən vaxtından əvvəl süd dişinin çıxarılması düzgün deyil. Lakin, istisna hallar vardır ki, yəni, əgər diş həyati təhlükə daşıyarsa, bu zaman süd dişi mütləq çəkilməlidir. Daimi dişin əyri çıxmasına çənənin darlığı və çıxacaq dişin kökü səbəb olur. Bu halda yalnız həkimə müraciət etmək lazımdır. Belə hallarda həkimə erkən müraciət edilməsinin bir sıra müsbət cəhətləri vardır. Çünki, dişə vaxtında müdaxilə olunarsa, yəni, diş teli vaxtında taxılarsa, nəticə daha effektli olar. Yaş keçdikdən və sümüklər möhkəmləndikdən sonra diş teli ilə müdaxilə yaxşı nəticə vermir. Bu zaman başqa akrobatik müdaxilə lazım olur, bu isə maddi cəhətdən çox xərc tələb edir. Hər şeydən əvvəl, süd dişinin tez sıradan çıxmasına səbəb kariyesdir. Kariyes-diş çürüməsini bildirən tibbi termindir. Diş çürüməsi diş strukturunun dağılmasına aiddir və dişin həm minasına ( dişin xarici örtüyü ), həm də dentinə ( mina altındakı daha yumşaq qat ) təsir edə bilər. Daha ciddi vəziyyətlərdə isə kariyesin ağırlaşması ( pulpit, periodentit ) baş verir. Kariyes problemi yalnız bizim ölkəmizdə deyil, ümumiyyətlə, dünyanın 80-85 faizində müşahidə olunur. Bunun qarşısını almağın ən sadə yolu dişi fırçalamaqdır. Süd dişləri uşağın 6 aylığından çıxmağa başlayır və bu uşaqlar diş fırçalamaq üçün olduqca kiçik olurlar. Ona görə də, məsləhət olunur ki, 1 yaşından sonra diş fırçalamaq uşaqlarda vərdiş halına gətirilsin.

Müəllif: Dr. Stomotoloq Hüseyn Allahverdiyev
Müxbir: Xəyalə Seyidli
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: