Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Firudin bəy Köçərli

Repressiyanın ilk qurbanlarından Azərbaycan ədəbiyyatşünaslığı və pedaqoji fikir tarixində tənqidçi və pedaqoq kimi dəyərləndirilən məşhur Azərbaycan alimi Firudin bəy Köçərli tərəqqipərvər elm və ədəbiyyat xadimləri sırasında xüsusi yer tutur.
Firudin bəy Köçərli ( Köçərlinski ) 1863-cü il yanvarın 26-da Şuşada dünyaya gəlmişdir. 1879-1885-ci illərdə Zaqafqaziya Müəllimlər Seminariyasında oxumuş və elə ilk illərdən elmi yaradıcılığa, həmçinin, metodik yaradıcılığa başlamışdı. Azərbaycan ədəbiyyatı tarixinin bu yorulmaz və vətənpərvər tədqiqatçısı bir ədəbiyyatşünas kimi öz araşdırmalarına folklor nümunələrini yazıya almaqla, başlamışdır. Bunun üçün Firudin bəy Köçərli aşıq Valehin şeirlərini, o cümlədən, onun vücudnaməsini, xalq bayatılarını, uşaq folkloru incilərinin bir qismini öz dövrünün mətbuatında çap etdirmişdir. Firudin bəy Köçərlinin ilk iri həcmli əsəri "Azərbaycan tatarlarının həyatı" əsəridir. Zaqafqaziya müəllimlər seminariyasında işlədiyi illərdə "Azərbaycan türk ədəbiyyatı" əsərini ( 1908 ) bitirmişdir. Lakin, bu əsər sovet hakimiyyəti illərində "Azərbaycan ədəbiyyatı tarixi materialları" adı ilə ( 1925-1926 ) nəşr etdirilmişdir. Burada XVII-XIX əsr Azərbaycan ədəbiyyatının ilk geniş elmi şərhi verilmişdir. Zaqafqaziya dövrü mətbuatında onun Rus, Gürcü və Azərbaycan klassik yazıçıları haqqında saysız-hesabsız ədəbi oçerkləri, məqalələri çıxmışdır. Firudin bəy Köçərli burada ictimai haqsızlığa, dini fanatizmə, cəhalətə qarşı çıxmış və maarif, mədəniyyət, pedaqogika, tarix, iqtisadiyyat problemlərinə toxunmuşdur. "Balalara hədiyyə", "Darı və buğda" və s. əsərləri ilə yanaşı 300-dən artıq dərsliyə düzəliş etmişdir.
Azərbaycan tarixində Firudin bəy Köçərlinin ən böyük xidmətlərindən biri də mədəniyyət sahəsində gördüyü işlər olmuşdur. 1886-cı ildə 23 yaşlı gimnaziya müəllimi Firudin bəy Köçərli İrəvanda teatr tamaşası təşkil etmişdir. M.F.Axundovun "Müsyo Jordan və dərviş Məstəli şah" komediyasının tamaşası İrəvan əhalisinin həyatında böyük mədəni hadisəyə çevrilir. Bundan başqa Firudin bəyin Azərbaycan tarixində oynadığı rol, bununla bitmir. Belə ki, 1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsinin birinci növbədə təşkilatçısı, məhz Firudin bəy olur. Baş vermiş siyasi hadisələrdən düzgün nəticə çıxaran Firudin bəy uzun müddətdən bəri istəyinə nail olur. Nəticədə 1918-ci ildə Azərbaycan şöbəsi və onun avadanlıqları qatarla Ağdama, oradan da Qazaxa gətirilir. Tədqiqatçıların araşdırmaları göstərir ki, qatar yerindən tərpənənədək, Firudin bəy 10 dəqiqə içərisində 10 il qocaldı. Bu insan millətinə işığı min bir məşəqqətlə, əziyyətlə gətirdi.
Məhz elə onun Azərbaycan xalqını cəhalətdən çıxarmağa çalışması da onun sonunu gətirdi. Firudin bəy Gəncə üsyanı yatırıldıqdan sonra XI Ordunun xüsusi şöbəsi tərəfindən 1920-ci il iyunun 2-də həbs olunmuş və həmin ayın 21-də güllələnmişdir.
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: