Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Sidikqaçırma və onun yaranma səbəbləri

Sidikqaçırmanın elmi dildə adı enurezdir ki, bunun da iki növü var: Gecə enurezi və gündüz enurezi. Uşaqlıq dövründə sidikqaçırma hallarına tez-tez rast gəlinir. Lakin, qızlarda 4, oğlanlarda isə 5 yaşdan sonra baş verən sidikqaçırmalar-enurez artıq hər hansı bir xəstəliyin ilk siqnalları olur. Normalda uşaqlar gecə sidik ifraz kontroluna 5 yaşında yiyələnirlər. Gündüz sidik ifrazı kontrolu isə daha erkən yaşda formalaşır. 5 yaşındakı uşaqların 15%-i, 15 yaşındakı uşaqların isə 1%-i gecə sidik qaçırır. Gecə sidik qaçıran uşaqların hər il 15%-i öz-özünə müalicəsiz yaxşılaşırlar. Lakin, sidikqaçırma xroniki hal ala bilər ki, bunun müalicəsi daha çətin olur.
Sidikqaçırma hallarının baş verməsi bir neçə xəstəliklə əlaqədar ola bilər, məsələn: Gündüz və gecə sidik qaçırmalar böyrək çatışmazlığı ilə, hormonal pozğunluqlar, sidik yolunun iltihabı, sinir sistemi xəstəlikləri, şəkər xəstəliyi, sidik kisəsi işləmə problemi kimi xəstəliklər. Sidikqaçırma xəstəliyinin yaranmasına səbəb olan faktorlar isə müxtəlifdir. İlk öncə genetik problem-bu o deməkdir ki, ailədə, nəsildə kimdəsə bu xəstəlik varsa, o özünü ailənin hansısa fərdində göstərə bilər. İkincisi orqanizmdə olan problemlər-sidik kisəsi və onunla bağlı olan problemləri qeyd etmək olar. Üçüncü stres-uşağa qarşı olan hər hansı bir təsir bu halın yaranması ilə nəticələnə bilər.
Sidikqaçırmanın müalicəsi: Sidikqaçırmanın dərmanla müalicəsi 8 yaşdan sonra düşünülməlidir. Müalicəyə başlamamışdan öncə uşaq bütövlükdə müayinədən keçməli, orqanizması yoxlanmalıdır. Bunu aparmaqda əsas məqsəd problemin baş vermə yerini müəyyənləşdirməkdir. Müalicə müddətində uşaq əsla alçaldılmamalı, mükafatlandırılaraq, cəsarətləndirilməlidir. Uşaqda bu xəstəliklə mübarizə aparmaq üçün inam formalaşdırmaq lazımdır. Bunu isə bütövlükdə ailə, uşağın ətrafında olanlar etməlidir. Əks halda uşağın xəstəliyin aradan qaldırılmasına olan inamı azalar ki, bu da onda psixoloji gərginliklər yarada bilər ki, nəticələri uşaq və ailə üçün ağır olar. Sidikqaçırma halları baş verən uşaqlarda cəmiyyətdən uzaqlaşma, hər hansı bir yerə getmə, səyahətə çıxma qorxusu yaranır ki, birdən onun xəstəliyi haqqında bilərlər kimi fikirlər formalaşır ki, bu da uşaq psixologiyasına mənfi təsir göstərir. Belə problemi olan uşaqlarda qidalanma və maye qəbulu düzənlənməlidir. Gündə 6-7 dəfə 250 ml maye içməli, axşamları yatmazdan 2-3 saat əvvəl maye qəbulu dayandırılmalıdır. Gündüz 3 saat ara ilə ayaqyoluna getməsinə kömək edilməli, yatmazdan qabaq və yatdıqdan 2 saat sonra oyandırılaraq ayaqyoluna aparılmalı, bez bağlanılmamalı və onda bu vərdiş halına salınmalıdır. Gecələr uşağa bez bağlamamaq onun üçün daha yararlıdır. Çünki, bez bağlama uşağın gecə qalxma ehtiyacını aradan qaldırır və müalicə müddətinə təsir edir. Bu müalicənin aparılmasında əsas iş valideynlərin üzərinə düşür uğurlu nəticə və uşağınızın sağlamlığını istiyirsinizsə, 4-12 həftə müddətində bu müalicəni etməlisiniz.
Müəllif: Həkim-pediatr Arzu Musayeva
Müxbir: Aynur İbrahimxəlilova
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: