Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Uşaqlarda qurd xəstəlikləri

Uşaqlarda qurd xəstəliyi çox geniş yayılmışdır. 3 yaşdan 10-12 yaşa qədər olan uşaqlarda qurd xəstəlikləri daha çox yayılır. Bunun yaranmasının əsas səbəbi gigiyena qaydalarının pozulmasıdır.
Qurdların yumurtaları əsasən qida vasitələri ilə ağızdan keçir. Bu zaman uşaqlarda şikayətlər ortaya çıxır. Ağız suyunun ifrazının artması, qarın nahiyəsində ağrılar, ürək bulanmalar, iştahasızlıq kimi problemlər ortaya çıxır. Daha sonra da onların zəifləməsinə, immunitetinin aşağı düşməsinə gətirib çıxarır ki, bunun da qarşısını almaq üçün pediatra müraciət olunmalıdır və müayinə edilməlidir. Dəqiq diaqnoz nəcis analizinin verilməsidir. Həddindən artıq fərqli qurdlar var. Bunlar insan orqanizmində və bağırsaqda yaşayır. Eyni uşaqda bir neçə qurd ola bilər.
Əsasən qurdun aşkar olunması ilə yanaşı düzgün müalicəsi də vacibdir. Hər qurdun ayrıca təsir edici dərmanı vardır.
Lyamblioz-ən geniş yayılmış qurdlardan biridir. Uşağın lyamblioza yoluxması çirkli əllər, yaxşı yuyulmamış meyvə və tərəvəzlər, çirkli su, natəmiz qablardan istifadə edilməsi və s. yollarla baş verir. Lyambliyalar uşaq orqanizmində aylarla, hətta, illərlə yaşayaraq, onlara zərər verməkdə davam edirlər. Lyamblioz zamanı uşaqlarda nəcis ifrazında pozğunluq, nəcisdə selik, köpük, iştahanın azalması, artmış yanğı hissiyyatı, qarında ağrı olur. Lyambliyalar uşaq orqanizmini zəhərləyir ki, bu da onun bədənində və sifətində səpkilərin əmələ gəlməsinə səbəb olur.
Askarida - uşaqlarda çox təsadüf edilən qurddur. Soxulcanabənzər şəkildə olan askaridaların uzunluğu 20-40 sm-ə çatır. Onlar insanların bağırsaqlarında parazitlik edirlər. Askaridalar tərəfindən bağırsağa ifraz olunan toksinlər uşaqlarda qan azlığına, iştahanın azalmasına, qarında ağrılara, ürəkbulanmaya, gecələr ağızdan tüpürcək axmasına, baş ağrısına, səbəb olur. Xəstəliyin diaqnozu nəcisdə qurd yumurtalarının aşkar edilməsi nəticəsində qoyulur.
Müvafiq mütəxəssis ( həkim pediatr və ya helmintoloq ) tərəfindən aparılan düzgün müalicədən sonra uşaqlarda praktiki olaraq tam sağalma baş verir.
Bizquyruq qurdu-onların bağırsaqlarda yaşama dövrü 28-56 gün təşkil edir. Bu qurdlar qalın ağ sapın kiçik ( 1 sm-dək ) bir qırıntısına bənzəyir. Bizquyruqlar bağırsağın ( xüsusən anus ətrafında ), cinsi orqanların iltihabını törədə bilirlər. Appendiks çıxıntısına daxil olmaqla onlar appendisitə də səbəb ola bilərlər.
Bizquyruqlar anal dəliyin büküşlərinə özlərinin on minlərlə yumurtasını qoyur və bu zaman həmin nahiyəyə xüsusi qıcıqlandırıcı maddə ifraz edirlər. Axşamlar uşaqlar anal dəlik ətrafını qaşıyarkən bizquyruq yumurtaları onların dırnaqlarının altına daxil olurlar.
Uşaqların yuyulmamış əllərini ağızlarına salması, əllə yemək yemələri, dırnaqlarını dişləmələri kimi vərdişləri olduğu üçün bizquyruqla yoluxmalar daimi olaraq baş verir. Bəzi hallarda anus ətrafındakı qaşınma o qədər güclü olur ki, uşaq axşamlar çox pis yatır, tez-tez hirsli və qıcıqlanmış olurlar. Enterobioz zamanı uşaqlar bir çox hallarda ürəkbulanmadan şikayət edir, iştahaları azalır, baş ağrısı və qarın nahiyəsində ağrılar olur.
Müəllif: Həkim-pediatr Fazil Rəcəbov
Müxbir: Nailə İsgəndərova
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: