Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

"UNESCO-da Azərbaycan İrsi 10" layihəsinə start verilib

"UNESCO-da Azərbaycan İrsi 10" layihəsinə start verilib














“Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatı dəstəyi ilə “UNESCO-da Azərbaycan irsi-10" adlı layihəsi çərçivəsində tədbirlərə start verib. Layihənin məqsədi Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın siyasətinin davamı olaraq UNESCO-nun Reprezentativ siyahısına daxil olan Azərbaycanın milli-mədəni irs nümunələrinin qorunmasına, tanıdılmasına və təbliğinə xidmət edir.
UNSECO-ya daxil olan 10 milli-mədəni irs nümunəsinin hər birinə dair Bərdə, Göyçay, Kürdəmir, Şəmkir, Gədəbəy, Göygöl, Saatlı, Füzuli, Balakən, Zaqatala, Quba, Xaçmaz, Lənkəran, Masallı rayonlarında, Mingəçevir, Gəncə və Bakı şəhərlərində müxtəlif səpkili tədbirlərin keçirilməsi nəzərdə tutulub.
UNESCO-ya daxil olan mədəni irs nümunələrimizin tanıdılması və təbliği məsələsində gənclərin diqqətinin cəlb edilməsi məqsədi ilə 5000 ədəddən çox məlumatlandırıcı flayerlər paylanacaq, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə gənc tələbələr tərəfindən sosail şəbəkələrdə geniş təbliğat aparılacaq.
Artıq Bərdə, Göyçay, Kürdəmir, Gədəbəy rayonlarında və Mingəçevir şəhərində gənclər, o cümlədən gənclər ilə gündəlik təmasda olan təhsil və mədəniyyət müəssisələrinin əməkdaşları üçün keçirilən görüşlər böyük maraqla qarşılanmışdır.
Məlumat üçün qeyd edək ki, İçərişəhər tarix-memarlıq qoruğu, Qobustan dövlət tarixi-bədii qoruğu UNESCO-nun Ümumdünya Maddi-Mədəni İrs üzrə, Azərbaycan muğam sənəti, Azərbaycan aşıq sənəti, Novruz bayramı, Azərbaycan ənənəvi xalçaçılıq sənəti, Azərbaycan tarı, Azərbaycan Kəlağayı sənəti, Lahıc misgərlik sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə, Cövkən oyunu isə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil olmuşdur.


"UNESCO-da Azərbaycan İrsi 10" layihəsinə start verilib

"UNESCO-da Azərbaycan İrsi 10" layihəsinə start verilib

"UNESCO-da Azərbaycan İrsi 10" layihəsinə start verilib

"UNESCO-da Azərbaycan İrsi 10" layihəsinə start verilib

"UNESCO-da Azərbaycan İrsi 10" layihəsinə start verilib
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: