Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Şən Ayşən uşaq nağılı

Şən Ayşən uşaq nağılı
Dənizin sahilində bir balıqçı ailəsi yaşayırdı. Baba nənə və balaca, qəşəng qız Ayşən. Baba hər gün balıq tutar, nənə balıqdan dadlı yemək bişirərdi. Sonra yeyər, içər, deyib-gülər, şənlənərdilər. Bu balaca daxmadan çıxan gülüş səsi aləmi götürərdi.
Ayşən hər yeməkdən sonra nənə-babasını qucaqlayar, öpər, onlara mahnı oxuyardı. Qocalar da onun səsinə səs verərdi:
Şən Ayşən uşaq nağılı
Mən balaca Ayşənəm,
Bir babam var, bir nənəm.
Onları çox sevirəm,
Hər gün çoxlu öpürəm.
Nənəm deyir, qəşəngəm,
Babam deyir, mən şənəm,
Gözəl və şən Ayşənəm!

Yaxınlıqda yaşayan İfrit və Küpəgirən qonşularının gülüş səsinə hirslənər-dilər. Bir yol axtarardılar ki, qonşuları kədərlənsin, qonşudan gülüş səsi kəsil-sin. Küpəgirən qarı bütün günü deyinərdi:
Şən Ayşən uşaq nağılı
- Bir bunlara bax, acından ölürlər, komalarında bir həsir var, bir məmməd- nəsir, bilmirəm hansı günlərinə sevinib-gülürlər?! Neçə küp qızılım var, mə- nim yerimə bunlar sevinir!
İfrit onu bir az da hirsləndirdi:
- Nə olsun qızılın var, yerin elə dərinliyinə basdırmısan, lazım olanda səhər-dən axşama qədər qazırıq, sonra çıxarda bilirik!
- Kəs səsini, elə basdırmasaydım, indi beş küp qızılımız olmazdı!
- Mənim səsimi kəsməyi yaxşı bacarırsan, yaxşısı budur, qonşuların səsini kəsməyə bir yol fikirləş!
- Düz deyirsən! Onların səslərini birdəfəlik kəsməliyik!
Amma Küpəgirənlə İfrit neyləyirdisə xeyri olmurdu. Hələ onların oxumaqları Küpəgirəni lap cana doydurmuşdu. Baba da, nənə də, nəvə də işləyəndə də, dincələndə də mahnı oxuyurdular. Ayşəngilin komasına yaxın sahildə dəniz balaca balıqlarla dolu olurdu. Ayşən güləndə balıqlar sevinclə tullanar-düşər, elə bil Ayşənin səsinə səs verərdilər. Balıqlar da hətta Küpəgirəngilin komalarına yaxın səmtə gəlmirdilər. Bu da Küpəgirəni lap hiddətləndirərdi. Bir dəfə o, İfritə dedi:
- Bezmişəm bu arsız qonşuların səsindən. Bütün günü işləri, gücləri oxumaq, oynamaq, demək-gülməkdi. Get, onların balıq torunu cırıq-cırıq elə, balıq tuta bilməyib ac qalsınlar, səsləri kəsilsin!
Şən Ayşən uşaq nağılı
- Tor komanın qarşısından asılıb, necə götürüm, görməsinlər?
- Fərsiz, gecəyarı gedərsən, hamı yatanda!
- Yaxşı, onların kefini korlamaq mənim boynuma!
Səhərə qədər İfritlə Küpəgirən yatmadılar. Toru elə kəsik-kəsik elədilər, bircə kəndirləri qaldı.Səhər baba gəldi, toru görüb dəhşətə gəldi. Torun üstündə də balaca xərçəng vardı, dünən balıq tutanda ilişib torda qalmışdı.
Baba xərçəngi əlinə alıb bir parça-parça olmuş tora baxdı, bir xərçəngə baxdı. O heç şübhələnmədi ki, bunu kimsə pisliklə edə bilər. Fikirləşdi: “Sən balaca xərçəngin boyuna bax, gördüyü işlərə bax! Balaca boyu ilə toru necə qırıq-qırıq edib!”.
Nənə gəlib xərçəngi əlinə alıb gülməyə başladı. Baba da ona qoşuldu. Səsə Ayşən gəldi, əhvalatdan xəbər tutan kimi o qədər güldü, qarnı sancılandı.
İfritlə Küpəgirən qarı gecə yatmamışdılar deyə, yuxuda idilər. Gülüş səsinə deyinə-deyinə yuxudan durdular. Diqqət verdilər ki, gülüş səsi balıqçı koması tərəfdən gəlir. İnanmadılar:
Şən Ayşən uşaq nağılı
- Ola bilməz gülsünlər, – İfrit dedi. - Onların torunu elə hala salmışıq, yəqin, ağlaşırlar.
Küpəgirən hirsləndi:
- Mən hələ o qədər qocalmamışam, ağlamaq səsi ilə gülmək səsini yaxşı tanıyıram! Gülürlər!
Bundan sonra Küpəgirənlə İfrit bilmədilər neyləsinlər. Çünki onlar heç vaxt gülmür, həmişə acıqlı olur, gülənlərə də paxıllıq edirdilər. Ona görə gedib nəvələri Nənəgülü yanlarına gətirdilər ki, onlarla qalsın, bəlkə onda gülələr. Amma əksinə, Nənəgül araya bir az da dava saldı.
Səhər Ayşən ertədən yuxudan oyanar, hər yanı süpürüb təmizləyər, həyəti sulayardı. Bulaqdan su daşıyar, baba dənizdən qayıdana qədər ona samavar çayı qoyardı. Bütün bunların hamısını da oxuya-oxuya edərdi. Nənəgül isə günortaya qədər yatar, günorta oyanıb heç əl-üzünü də yumaz, nənəsi kimi pırpız saçla başlardı yemək davası eləməyə:
Şən Ayşən uşaq nağılı
- Acmışam, çayımı tökün!
- Özün tök, yorulmuşam! Mənə də çay ver!
- Hambalın yoxdur, özün tök!
- Görmürsən, vaxtım yoxdur, tilsim qururam!
- İşin, gücün tilsim qurmaqdı!
- Buna bax, böyüyə söz qaytarır! Camaatın uşağı iş görür, sən ancaq dava edirsən!
- Heç sizin yeməyinizi istəmirəm, hər gün məni hirsləndirirsiz!
Səhər yeməyindən sonra da dava düşərdi ki, kim yeməyi yığışdıracaq. Belə, belə hər gün dava səsi aləmi bürüyərdi.
Ayşəngilin həyətindən isə həmişə gülüş səsi gəlirdi.
Bir gün Küpəgirən qərar verdi:
- Onların gülməyini kəsmək üçün tilsim qurmalıyam!
Küpəgirən qarı böyük bir küp gətirdi. Küpə su tökdü, suya dua oxudu, su par-par alışdı, güzgüyə çevrildi. Qarı güzgülü suya əmr etdi:
- Güzgüm, qüdrətli güzgüm, sehrli, tilsimli güzgüm, göstər görüm, hardadı balıqçı? Neyləyir? Axtar-tap onu, bir baxım, görüm...
Su silkələndi, çalxalandı, əvvəl dənizi, sonra adanı, ondan sonra əlində balıq nizəsi olan babanı göstərdi. Yanında balıq dolu vedrə vardı. Baba səhər balıq vuran nizəsini götürüb, adaya gəlmişdi. Günortaya qədər balıq tutmuşdu, indi də istəyirdi qayıtsın. Elə qayığa minib qayıtmaq istəyirdi ki...
Şən Ayşən uşaq nağılı
Qarı balıqla dolu vedrələri və mahnı oxuya-oxuya qayıdan balıqçını görən kimi od vurdu təpəsinə. Əlini bərkdən suya çırpıb əmr etdi: "Sehrli su, tilsimini dənizə çatdır! Bəd dua ilə dalğaları elə çaxnaşdır, ada yerindən oynasın, qayıq suyun altına getsin, baba ömür boyu əzab çəksin, adada qalıb kasıb komasına, qarısına, Ayşən nəvəsinə həsrət qalsın!".
Küpəgirənin ağzından çıxan sözlər həmən yerinə yetdi. Baba güclə canını tufandan qurtarıb üzüqoylu düşüb adada qaldı. Bir də Küpəgirən su falına baxanda gördü qayıq batıb, sevindi. Onun eybəcər gülüş səsinə göy guruldadı, iki əyri dişi bir-birinə necə toxundusa, şimşək çaxdı.
Küpəgirən bununla sakitləşmədi. Çünki nənə təndirdə mahnı oxuya-oxuya çörək bişirir, mahnının səsi ilə təndir çörəyinin ətri aləmi götürürdü.
Küpəgirən qarı bu dəfə nənə ilə nəvəyə su falı açdı. Nələr gördüsə, gördüyündən gözləri bir az da bərəldi. Su falı göstərdi: “Ayşən sevinə-sevinə, gülə-gülə qaçır, kəpənək tutur, onlarla oynayırdı. Hərdən də nənəsi onu çağırır, isti təndir çörəyinin üstünə nehrə yağı qoyub nəvəsinə verirdi. Ayşən də nehrə yağlı tikəni yeyib qurtarır, əyilib nənəsinin üzündən öpür, sonra yenə də qaçıb mahnı oxuya-oxuya kəpənəklərlə oynayırdı.
Şən Ayşən uşaq nağılı
- Yox, buna dözmək olmaz! – Deyib Küpəgirən qışqırdı. - Tez Üçbaşlı əjdaha hüzuruma gəlsin!
İfrit bunu eşidən kimi yoxa çıxdı ki, Küpə-girən onu görməsin. O, Küpəgirən qarıdan qorxurdu. Bilirdi ki, əgər Küpəgirən qarı Üçbaşlı əjdahanı çağırırsa, deməli hirs-hikkəsini İfritə də tökə bilər. Yaxşısı budu, gözə görünməsin. Küpəgirən qarı Üçbaşlı əjdahanı çağırıb əmr etdi:
Şən Ayşən uşaq nağılı
- Bütün günü sərsəri kimi o tərəf-bu tərəfə qaçan, oxuyan, sevinən, gülən o balaca qızı elə yox edirsən, bir də onu gözüm görməsin.
Əjdahanın üç başının üçü də bir ağızdan dilləndi:
- Baş üstə sahibəm! Necə əmr etsən, elə olacaq! ‒ Deyib bir göz qırpımında uçdu. Ayşəni yerdən götürüb göyə qalxdı. O, qışqırıb ağlamaq əvəzinə, gülməyə başladı. Əjdaha məəttəl-məəttəl soruşdu:
- Nəyə gülürsən?
Ayşən gülə-gülə dedi:
- Məni belinə qoy, deyim nəyə gülürəm!
Əjdaha onu belinə qoydu. Ayşən dedi:
- Belimdən elə tutmuşdun, qıdığım gəlirdi, ona görə gülürdüm!
- Qıdıq necə gəlir ki?
- Sənin heç vaxt qıdığın gəlməyib?
- Yoooxx!
- İndi gələr! ‒ Deyib, Ayşən Əjdahanın boynunu qıdıqladı.
Qıdıqlamağına da peşman oldu. Üç başın üçü də qəflətən elə güldü, səsə göy guruldadı, ildırım çaxdı. Ayşən qulaqlarını tutdu. Görəndə başlar sakitləşib, qulaqlarını açdı.
Güləndən sonra əjdahanın keyfi necə açıldısa, göydə dövrə vura-vura uçmağa başladı. Bu, Ayşənin çox xoşuna gəldi:
- Mən uçuraaaam, ‒ deyib qollarını açdı, sonra isə mahnı oxumağa başladı:
Mən Ayşənəm, Ayşənəm,
Özüm də ki, çox şənəm!
Qanadım yoxdur, amma
Uçuram, kəpənəyəm!
Əjdaha gördü qız çox gözəl oxuyur. Həm də nə ağlayır, nə də qorxur, təəccüblə soruşdu:
- Nə qəribə qızsan, aparıram səni azdırım, itirim, sən isə oxuyursan!
- Mən Ayşənəm. Babam mənə öyrədib, çətin vaxtda da şənəm!
- Mən əjdahayam, birdən səni yemək istəsəm, yenə kefin pozulmaz, olarsan şən?
- Nuş olsun, deyərəm mən! ‒ Belə deyib Ayşən güldü, Əjdahanı da qıdıqladı ki, o da şən olsun.
Əjdaha yenə bərkdən güldü.
Onu ömründə belə güldürən olmamışdı. Buna görə Ayşəndən çox xoşu gəldi:
- Sən çox ağıllı, şən qızsan. İstəyirəm səni Küpəgirən qarının əlindən xilas edəm!
- Mən Küpəgirən qarının yox, sənin əlindəyəm!
- Yox, Küpəgirən qarının əlindəsən!
O dedi, bu dedi, axırda Əjdaha yoruldu. Yenə ikisini də gülmək tutdu.
Onlar gülə-gülə düşdülər bir adaya. Adada böyük, şahlara layiq saray vardı. Sarayın qarşısında, sahildə isə böyük bir gəmi.
Əjdaha dedi:
- Bu sarayı yüz il bundan əvvəl bir şah gizlincə tikdirib. Sonra qocalıb ölüb, saray da gəmi də sahibsiz qalıb. Ona sahib ola bilərsən!
Ayşən dedi:
- İstəmirəm saray-zad! Mən babamsız, nənəmsiz burda neyləyəcəyəm?
- Burda tək deyilsən, baban da bu adadı. Bir az gəzib axtarsan, taparsan!
Küpəgirən qarı tufan qoparıb, babanı tilsimə salıb, qayığını batırıb, qoca baban üzü üstə yıxılıb adada qalıb.
- Baba, can baba! – Deyib Ayşən qışqırdı, babasını axtarmağa başladı.
Şən Ayşən uşaq nağılı
Qoy Ayşən adada babasını axtarmaqda olsun, sizə Küpəgirəndən danışım. Elə ki Əjdaha qızı ağzına alıb göyə qalxdı, Küpəgirənin kefi düzəldi. Hikkəsi azaldı. Gecə yatmamışdı deyə, əsnədi. Gedib rahat yatdı. Nə qədər yatdı, bilmədi. Bir də İfritin səsinə oyandı:
- Üç gün, üç gecədir yatırsan. Sənə şad xəbərim var. Balıqçı da, qarısı da, Ayşən də, yoxa çıxıb!
Küpəgirən qarı yerindən dik qalxdı. Xırıldaya-xırıldaya güldü. Tez fal açdı. Fal açan kimi Sehrli küp şah sarayını göstərdi. Qarı neçə dəfə fal açdı, sehrli küp eyni şeyi göstərdi. Küpəgirən hirsləndi, küpü yerə çırpıb sındırdı:
- Mən sənə deyirəm balıqçının ailəsini göstər, sən mənə şahı, onun sarayını götərirsən! Çox köhnəlmi-sən, daha sehrin qalmayıb! Elə sınsan yaxşıdır!
Gəlin, Küpəgirənlə İfritdən canımızı qurtaraq, görək Ayşən babasını tapdı?
Ayşən adada axtardı, axtardı, babasını tapdı.
Onlar qucaqlaşıb sevindilər.
Adada olan saraya girib islanmış paltarlarını dəyişdilər. Sonra isə gəmi ilə gedib nənəni də saraya gətirdilər.
Bu, o vaxt idi ki, Küpəgirən fal açıb onları sarayda, süfrə başında, əyinlərin- də şahlara layiq libas görmüş, tanımamışdı, elə bilmişdi saray adamlarıdırlar. Baba, nənə və nəvə ömürləri boyu şah sarayında bolluq içərisində yaşadılar, arzularına çatdılar. Onların gülüş səsi dənizin dalğalarına qarışdı, dünyanın hər yanına yayıldı.
Sən də dənizə get, dəniz havasından bir dolu nəfəs al, Ayşənin şən gülüşü ürəyinə girsin, kefini açsın. Oturduğun yerdə sevincin ətir saçsın, bu sevincdən hamıya pay çatsın. Gülzar nənən də sənə baxsın, arzu-muradına çatsın!
Nağılın müəllifi: Gülzar İbrahimova
Şən Ayşən uşaq nağılı
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərhlər
poezhang 1 dekabr 2016 10:37
All Mühle-Glashütte replica watches watches falling under the Terrasport line sport a pilot watch DNA, and the Mühle-Glashütte Terrasport IV GMT is no exception. There were times when pilot watches were designed as large and legible instruments, limited in their application to actual pilots in the cockpit. But thankfully, these days the same design aesthetic has been implemented in a variety of wearable case sizes making it enjoyable to a wider audience, which brings me to case of the omega replica watches. The Mühle-Glashütte Terrasport IV GMT sports an aptly sized 42mm brushed stainless steel case with curved lugs and has a water resistance of 100m with a screw-down crown, making the watch even suitable for light swimming. The front of the case boasts of a sapphire crystal which has a double layer of antireflective coating to make the legibility-focused dial easier to read. The dial on the Mühle-Glashütte Terrasport IV GMT follows the design language of a Type A Flieger watch, and is jet black in color with highly contrasting lumed numerals and razor sharp sword hands making it a simple yet legible dial. For the second time zone, Mühle-Glashütte have made use of an outer chapter ring to mark the 24-hour time tracked by the GMT hand. I think the chapter ring is a good place for breitling replica watches, as it keeps the dial from being too busy - the last thing one would want on a pilot's watch.
Bəyəndim! 0 Bəyənmədim!
SİTAT GƏTİR         
onesacluxefrance 27 aprel 2017 11:21
Personne ne peut acquiescer aux anciens Chanel sac à main artisanales comme un Louis Vuitton ou un Gucci, mais on voudrait en présenter un à leur bairn associé ou à leur mère sur une brèche adaptée comme la fête des mères ou un anniversaire. Présenter l'adhésion avec les répliques de sacs à main en Royaume-Uni est une façon admirable de vous dire que vous vous souciez. Il n'est pas trop difficile d'accroitre un courtier en réplique sacs main à main réplique de 18 carats avec l'internet tout autour. Cependant, l'action à travers l'astronomique annuelle des meilleurs sacs à main répliques est une tâche de Behemothic.
Bəyəndim! 0 Bəyənmədim!
SİTAT GƏTİR         
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: