Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Qoğal nağılı

Biri var idi, biri yox idi. Bir baba ilə nənə var idi. Bir gün baba nənəyə deyir ki, qoğal bişir. Nənə həvəslə xamır yoğurmağa başladı. Xəmirdən qoğal hazırlayıb onu xamaya batırdı, yağda qızartdı və soyuması üçün pəncərənin kənarına qoydu.
Bir az keçdikdən sonra Qoğal dığırlanaraq pəncərədən masaya,döşəməyə, qapıya doğru, ordan da eşiyə otların üstünə, artırmaya, ordan da həyətə darvazaya, uzaqlara dığırlanmağa davam etdi. Yolda qoğal dovşana rast gəldi.
- Qoğal, ay qoğal, mən səni yeyəcəm.
- Məni yemə,ay dovşan.Sənə mahnı oxuyaram, - dedi və oxumağa başladı:

Undum qoğal olmuşam
Süd ilə yoğrulmuşam
Babadan da qaçmışam,
Nənədən də qaçmışam,
Səndən nə var qaçmağa,

deyib dığırlanaraq qaçdı. Qoğal bir az da dığlrlandıqdan sonra yolda canavara rast gəldi.
- Qoğal, ay qoğal mən səni yeyəcəm.
- Məni yemə, canavar qardaş .Sənə mahnı oxuyaram,- dedi və oxumağa başladı:

Undum qoğal olmuşam
Süd ilə yoğrulmuşam
Babadan da qaçmışam,
Nənədən də qaçmışam,
Dovşandan da qaçmışam,
Səndən nə var qaçmağa,

deyib dığırlanaraq qaçdı. Qoğal bir az da dığlrlandıqdan sonra yolda ayıya rast gəldi.
-Qoğal, ay qoğal mən səni yeyəcəm.
- Məni yemə, ayı qardaş. Sənə mahnı oxuyaram,- dedi və oxumağa başladı:

Undum qoğal olmuşam
Süd ilə yoğrulmuşam
Babadan da qaçmışam,
Nənədən də qaçmışam,
Dovşandan da qaçmışam,
Canavardan da qaçmışam,
Səndən nə var qaçmağa,
Deyib dığırlanaraq yenə də qaçdı. Qoğal bir az da dığırlandıqdan sonra yolda tülküyə rast gəldi.
- Qoğal, ay qoğal, sən nə qəşəngsən.
Qoğal isə oxumağa başladı.

Undum qoğal olmuşam
Süd ilə yoğrulmuşam
Babadan da qaçmışam,
Nənədən də qaçmışam,
Dovşandan da qaçmışam,
Canavardan da qaçmışam,
Ayıdan da qaçmışam,
Səndən nə var qaçmağa.

Tülkü dedi:
- Nə gözəl mahnıdır bu. Amma, qəşəng qoğalım mənim, mən qocalmışam, pis eşidirəm, sən gəl otur mənim burnuma və mahnını burda oxu ki, yaxşı eşidim.
Qoğal tülkünün burnuna tullandı və mahnısını yenə oxudu.
- Çox sağ ol, qoğal, ela mahnıdır.Yenə də eşitmək istərdim.Sən gəl dilimin üstündə otur və mahnını sonuncu dəfə yenə də oxu mənimçün.
Qoğal elə təzəcə tülkünün dilinin üstünə atlamışdı ki, tülkü - HAM deyib qoğalı yedi.
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: