Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Gəlin - qaynana münasibətlərinin təhlili

Gəlin - qaynana münasibətlərinin təhlili




Gəlin-qaynana münasibətini təhlil etsək, görərik ki, bu münasibət arasında yaranmış problemlər təkcə iki qadın arasındakı problem deyil, cəmiyyəti maraqlandıran və aktual olan problemlərdən biridir. Gəlin-qaynana konfliktlərinin tarixi çox qədimdir və bununla bağlı cəmiyyətdə çoxlu şayiələr, stereotiplər formalaşıb. Hətta maraqlı məqamlardan biri də odur ki, təzə qohum olmağa hazırlaşan qaynana və gəlin bir birini nə qədər bəyənsələr də, istər-istəməz şüuraltı təbəqələrində yüklənmiş bu neqativ məlumatların, stereotiplərin qurbanına çevrilirlər. Deyilənlərin nə qədər onlara aid olub-olmadığını yoxlamaq üçün bir-birlərinin davranışlarına həddindən artıq diqqət edirlər və sanki qüsur axtarmağa özlərini kökləyirlər. Təbii ki, həddindən artıq diqqət yetirilən istənilən münasibətdə qüsur aşkarlanacaq və aşkarlanır da. Əslində, iki qadın arasındakı bu anlaşmazlıq hər ikisinin dəyər verdiyi, önəmsədiyi adamı bölüşə bilməməklə bağlı yaşanır. Bu adam bir qadın üçün illərini onu böyütməyə sərf etmiş, sevgi, qayğı, diqqət göstərmiş, bəsləmiş, onunla bağlı xəyallar qurmuş oğlu, digəri üçün isə həyatını birləşdirdiyi, gələcəyini, planlarını, həyatını paylaşacağı, onunla bir həyatı paylaşıb ailə olacağı həyat yoldaşıdır. Bəs kimdir bu iki qadın?! – Biri irəliləyəcək yaşlarda qaynana olacaq gəlin, digəri isə əvvəlki illərdə gəlin olmuş qaynana.
Bu münasibət yuxarıda da qeyd etdiyim kimi, iki insan arasındakı münasibət kimi görünsə də əslində bütün ailəyə təsirini göstərir. Məsələn, bir müddətdən sonra uşaq dünyaya gəlirsə, bir düşünək, o uşaq dünyanı hələ yeni tanımağa başlayır və gözünü açandan iki sevdiyi insan – anası və nənəsi – arasında mənfi münasibəti görür. Əgər uşaq davamlı olaraq onların yola getmədiyini görərsə, onda, ətrafındakı bütün insanlarla mənfi münasibətə girməklə bağlı fikirlər formalaşır və təcrübə qazanır. Hansı ki, bu da uşağın tərbiyə prosesinə, psixoloji cəhətdən formalaşmasına, pedoqoji prosesinə, sosiallaşmasına çox mənfi təsir göstərə bilər.
Bəs qaynana gəlin münasibətindəki anlaşmazlıqların ən çox rast gəlinən səbəbləri nələrdir?
1. Münasibətin “güc nümayişi” savaşına çevrilməsi – yəni həm gəlinin, həm də qaynananın əsas etmək istədikləri, önəm verdikləri adam üçün kimin daha birinci və önəmli olduğunu sübut etməkdir.
2.Yalnış stereotip və şayiələrə inanmaları – həm gəlin, həm də qaynanada formalaşan bəzi neqativ və yalnış düşüncələr münasibətlərə təsir edir. Məsələn, qaynanalarda “Gəlin məni oğlumdan ayıracaq”, “Gəlin oğlumu üzəcək, oğlumun sevdiyi yeməkləri ancaq mən bilirəm, bişirirəm gəlin nə bilir?!”, ”Nə də olsa yad qızıdır”, ”Gəlin gəlibsə, mənim bütün işlərimi artıq ancaq o görməlidir” kimi yalnış düşüncələr gəlini qızı kimi görməsinə, sevməsinə, onu ailəsinin üzvü kimi görməsinə mane olur. Gəlinlərin isə “Oğlunu məndən qısqanır, ona görə də tək dərdi bizi ayırmaqdır”, ”Məqsədi səhvlərimi həmişə oğluna deyib,məni ondan soyutmaqdır”, ”Hər fürsətdə oğluna şikayət edir”, ”Məni qulluqçu olmağım üçün gətiriblər”, ”Mənə dua-cadu edib, uşaqlarımı mənə qarşı doldurur”, ”Bizə yeməyi onun məndən daha yaxşı bişirdiyini oğluna sübut etmək üçün bişirir” kimi bəzi yalnış və neqativ düşüncələri qaynanaya ana kimi yanaşmağa mane olur.
3. Çevrənin təsiri – Ətrafdan edilən bəzi yalnış məsləhətlər, yeni ailə olmağa hazırlaşan gəlin və qaynanada yalnış düşüncə və davranışlara səbəb ola bilər. “Özünü əzdirmə, çox iş gördür gəlinə”, “Başına çıxacaq sonra”, ”Oğlunu əlindən alacaq”, ”Qaynanandan ehtiyatlı ol”, ”Sizi ayırmağa çalışır”, ”Oğluna qısqanır səni” və s bu kimi yalnış ifadələr münasibətlərə təsir edir.
4. Neqativ keçmiş təcrübə - yeni ailə qurmağa hazırlaşan qız anası və ya nənəsinin danışdığı, ətrafdakıların yaşadığı uğursuz qaynana-gəlin münasibətləri haqqında eşidib onda da belə olacağına dair fikirlər formalaşa bilər. Buna görə də hər adi hərəkətin arxasında bir məqsəd axtara bilər.
5. Münasibətlərin düzgün qurulmaması – bəzən qaynana və gəlin arasında çox sərhəd olur, onlar bir birlərinə demək istədikləri sözü deməyə çəkinirlər və nəticədə bir gün emosional partlayış yaşaya bilirlər.

Bəs nə etməli?

Gəlinin etməli olduqları:
- Həyat yoldaşınızın anası sizin doğma ananız olmaya bilər, onu öz ananızın yerinə qoymaya da bilərsiz. Lakin, həm ana olaraq, həm də daha önəmli seçdiyiniz həyat yoldaşınızın anası olaraq hörmət edilməsini gözləməsi onun haqqı olduğunu unutmayın.
- Qaynananızdan olan gözləntilərinizi öz ananızdan olan gözləntilərlə müqayisə etmək, eyniləşdirmək əvəzinə qaynananızı olduğu kimi qəbul edin və hər bir ailənin dəyərlərinin fərqli olduğunu unutmayın.
- Ailə qurduğunuz insan sizin həyat yoldaşınız olmaqla yanaşı eyni zamanda bir ailənin övladıdır və valideynlərinin xeyir-duasını almaq məcburiyyətindədir.
- Arada nə qədər incikliklər olsa da sevgi və hörmət çərçivəsində xitab etməyə çalışın.
- Həyat yoldaşınızın anası ilə yaxın olmasını, sevgi, qayğı göstərməsini qəbul edin, hörmətlə yanaşın və onunla birlikdə siz də ona qayğı, sevgi göstərməyə cəhd edin.
- Özünüzü qaynananızla müqayisə etməyin, çünki buna ehtiyac da yoxdur, hər ikinizdə öz rollarınızda birincisiniz.
- Sadəcə həyat yoldaşınızın xətrinə yox, bir övlad olaraq qaynananıza hörmətlə və sevgi ilə yanaşın.

Qaynanaların etməli olduqları:
- Gəlininizin başqa ailədə tərbiyə olduğunu, o ailənin qaydalarını, dəyərlərini mənimsədiyini nəzərə alın, sizin ailənizə tez bir zamanda uyğunlaşaya bilər. Buna görə də siz ona ana kimi ailənizin dəyərlərini izah etməli onu yenidən tərbiyə etməlisiz.
- Oğlunuzu siz dünyaya gətirə bilərsiniz, amma oğlunuz sahib olduğunuz əmlak deyil. Oğlunuz böyüdüb boya başa çatdırdığınız, varlığından xoşbəxt olduğunuz bir şəxsdir. Yəni heç bir ana uşağının sahibi deyil ki, itirmiş də olsun.
- Oğlunuz yetişkin biri olduğu üçün özünü ifadə edə, bir sıxıntısı olanda özünü qoruya bilər. Sizin oğlunuzu onun həyat yoldaşına və ya həyat yoldaşının ailəsinə qorumağınıza ehtiyac yoxdur.
- Gəlininizi qızınız kimi görməli, onun da səhvlərinin ola biləcəyini unutmamalısınız.
- Oğlunuzun ayrı bir ailə həyatının olduğunu qəbul etməli, onlar ehtiyac hiss etmədikcə müdaxilə etməməlisiniz. Unutmayın ki, problemlərini təcrübə qazanaraq həll etmələri ailə kimi formalaşmağında rol oynayacaq.
- Gəlininizə güvənməli və bunu ona hiss etdirməlisiniz. Ona həm ana kimi, həm ev xanımı kimi və həm də həyat yoldaşı kimi inandığınızı ona hiss etdirməli və ifadə etməlisiniz.
- Əgər səhvi varsa bunu onun özü ilə təklikdə ana-bala münasibətində danışıb doğru yolu göstərməlisiniz. İlk olaraq oğlunuza deməyiniz onda sizə qarşı mənfi hisslər və inam əksikliyi formalaşdıracaq.
- Nə qədər inciklik olur olsun gəlininizə sevgi və hörmət çərçivəsində xitab etməyi unutmayın.
Gəlin qaynana münasibətlərində ən önəmli faktorlardan biri qarşılıqlı bir- birini anlamağı, bir birlərinə güzəştə getməyi, empati qura bilməyi bacarmaqdır. Baş verən adi kiçik sıxıntıları ciddi problemə çevrilmədən hörmət çərçivəsində dilə gətirib həll etmək lazımdır. Əks təqdirdə üst-üstə yığılan problemlər bir gün daha ciddi şəkildə emosional partlayışa səbəb ola bilər. Hər bir münasibətdə problemlərin olduğu kimi qaynana-gəlin münasibətində də problem ola biləcəyini qəbul edin və bunu normal qarşılayın. Nə qədər ki, hər bir xırda şeyi böyütməyəcəksiniz, qarşıdakında daim səhv axtarmayacaqsınız, o zaman rahat, hüzurlu həyat yaşaya biləcəksiniz.

Müəllif: Humel Psixologiya Mərkəzinin əməkdaşı, klinik - psixoloq Cəlilzadə Sevda
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərhlər
poezhang 27 may 2016 06:42
Sales are abundant and we're about to be in the average of abounding of replica hermes, but they're not the alone way to feel like you got your money's worth. Although artisan accoutrements at any bank of the bazaar are expensive, occasionally you acquisition one whose actualization and superior outperforms its amount tag, even afore any markdowns are taken. It's a august affair to behold. With a little accomplishment (and a arch alpha we are blessed to provide), these accoutrements aren't harder to find. We've accustomed you over a dozen options below, but should you wish to blast out on your balenciaga outlet, there are a few key things to bethink in adjustment to get best actualization for basal dollars. First, break abroad from logos or accoutrements that were acutely modeled afterwards a abundant added big-ticket design--both are asleep giveaways that you maybe accept called something cheaper than what you in actuality wanted. If an contrarily admirable replica handbags sale comes with a logo agreeableness or tassel, accepting rid of it upgrades the accomplished look. Second, stick with bland leathers that are a bit annealed in adjustment to accommodate structure soft, pebbled covering tends to slouch and accessory actual casual, which usually agency it looks beneath big-ticket than its cheaper counterparts. Third, stick with something timeless acceptable shapes and replica handbags uk colors will feel adult for longer, which helps advance the bag's blast for is buck.
Bəyəndim! 0 Bəyənmədim!
SİTAT GƏTİR         
annlike 9 oktyabr 2017 21:26
Néanmoins, l'usine de montre explore constamment la limite ultra-mince, et continue d'accentuer la table ultrafin du processus et de la complexité, pour l'usine de table, pour produire la replique montre la plus mince du monde, est clairement révolutionnaire, car cela fait vraiment représentent la force technique de l'usine de montre. Selon la précision actuelle de l'équipement de production, la production de table ultra-mince n'est pas impossible, mais une usine de montre pour faire le plus mince, doit souvent surmonter les difficultés des deux, l'une est la structure à changer, aujourd'hui, la traditionnelle structure mécanique Mince la limite de base a été très difficile à creuser en profondeur, de sorte que changer la structure mécanique est de faire le mouvement pour faire une direction plus fine; l'une est la précision de l'équipement, dans la table ultra-fine à l'intérieur, le plus petit composant peut être la vis, le plus mince Les pièces peuvent être des engrenages, s'il y a un roulement à billes, il peut être à l'intérieur de la balle, ces pièces sont suffisamment petites pour être manipulé à la main, mais dans un très petit espace, les tolérances de production admissibles sont également petites, cet usinage de micro-précision, le tour CNC général ne peut tout simplement pas faire, c'est l'endroit fabuleux en usine de table, juste une production d'un si petit parties de l'équipement, la valeur de millions. À partir de ces deux perspectives, la production d'une fabrique de montres ultra-fines et même plus minces est géniale, elles représentent l'innovation et le haut du processus de production. Mouvement mince, souvent pour la complexité du trottoir. Dans l'histoire, en plus de quelques marques seront minces comme une caractéristique, beaucoup d'usine de montres et n'a pas souligné délibérément ce point, comme Patek Philippe 240 épaisseur de mouvement de seulement 2,4 mm, a été très proche du mouvement automatique le plus mince du monde . Patek Philippe, Jaeger-LeCoultre, Audemars Piguet Montre , Earl, etc., un horloger haut, dans le développement initial du mouvement ultra-mince, souvent avec un autre but - ouvrent la voie à des fonctions complexes. Pour l'usine de table, le développement d'un mouvement complexe n'est pas chose facile, tandis que les fonctions plus complexes, le mouvement est plus grand et plus épais, de sorte que comment faire des mouvements complexes peut être relativement mince, mais aussi relativement facile à réaliser, le premier développement Un mouvement ultra-mince du mouvement, puis sa structure fonctionnelle, est le choix idéal, Patek Philippe Montre , Jaeger-LeCoultre et d'autres développements originaux du mouvement ultra-mince, est d'augmenter la fonction, ne pas avoir toutes les catégories de Les montres sont des mouvements de recherche et de développement séparés.
Bəyəndim! 0 Bəyənmədim!
SİTAT GƏTİR         
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: