Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Azərbaycan kinematoqrafının döyünən ürəyi

Bakı, 25 dekabr, Aişə Axundova, AZƏRTAC

Dekabrın 25-də Dövlət Film Fondunda Azərbaycanın Xalq Artisti, rejissor, yazıçı və ssenarist Həsən Seyidbəylinin anadan olmasının 95 illiyi münasibətilə xatirə gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi Cəmil Quliyev, kino tənqidçisi və rejissor Ayaz Salayev, Azərbaycanın Xalq Artisti Şəfiqə Məmmədova, aktrisa Xalidə Quliyeva çıxış edərək rejissorun istedadından, novatorluğundan, Azərbaycan kinematoqrafına yeni nəfəs gətirməsindən, milli kinonu yeni məna və məzmunla zənginləşdirməsindən söhbət açıb, onun haqqında xatirələrini bölüşüblər.

Məlumat verilib ki, Həsən Seyidbəyli 1920-ci il dekabrın 22-də Bakıda doğulub. O, 1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda təhsil alıb. 1943-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kino rejissorluğu fakültəsində (Sergey Eyzenşteyn və Qriqori Kozintsevin emalatxanasında) təhsilini davam etdirib. 1942-ci ildə ədəbiyyat aləminə ciddi nasir və ssenarist kimi daxil olub.

Qeyd edilib ki, rejissorun çəkdiyi "Telefonçu qız”, "Sən niyə susursan?”, "Bizim Cəbiş müəllim”, "O qızı tapın”, "Nəsimi” və digər filmlər Azərbaycan kinosunun klassikasıdır. Bu filmlər romantika və humanizmlə doludur. Tamaşaçı qarşısında sadə insanların mənəvi dünyasını incəliklə və səmimiyyətlə açan bu ekran əsərləri Azərbaycan neorealizminin ən yaxşı nümunələridir. Təəssüf ki, çoxlu yaradıcı planları olan rejissor 59 yaşında qəflətən ürəktutmadan vəfat edib.

Gecədə rejissorun çəkdiyi bədii filmlərdən fraqmentlər, habelə Dövlət Film Fondunun arxiv materialları əsasında hazırlanmış videoçarx nümayiş etdirilib.

Sonda sənətkarın qızı Məryəm Seyidbəyli tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığına bildirib. O, Dövlət Film Fonduna atasının əlyazmalarını və nadir şəkillərini hədiyyə edib.

http://azertag.az/xeber/Azerbaycan_kinematoqrafinin_doyunen_ureyi-914544

0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərhlər
cheap_cialis 4 noyabr 2016 12:13
Blog and Content products for viagra viagra vs cheap cialis viagra alternative parsed with current code.
Bəyəndim! 0 Bəyənmədim!
SİTAT GƏTİR         
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: