Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Portuqaliyada “Azərbaycan günü” tədbirləri təşkil edilib

Bakı, 24 dekabr, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Portuqaliyanın Lusofona Universitetinin təşəbbüsü ilə ölkənin Alfragide və Real kolleclərində "Azərbaycan günü” tədbirləri təşkil edilib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, tədbirlər Azərbaycanın multikulturalizmi, mədəniyyəti, dili, adət-ənənələri və folkloru mövzularına həsr edilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yerli və xarici ölkələrdə "Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində Portuqaliyanın Lusafona Universitetində fənni tədris edən Maya Cəfərquliyeva, Alfragide kollecinin direktoru, professor Xose Romao, Real kollecinin direktoru, professor Teresa Rosario Damasio çıxışlarında təhsildə mədəniyyətlərarası dialoqun rolundan və müasir dünyada tolerantlığın əhəmiyyətindən danışıblar. Azərbaycan və Portuqaliya arasında mədəniyyətlərarası dialoqun inkişafı da günün mövzuları arasında olub. Tədbir iştirakçıları Azərbaycan multikulturalizminə və mədəniyyətinə çox böyük maraq göstəriblər.

"Azərbaycan günü” tədbirlərində iştirakçıların əl işləri nümayiş olunub. Tələbə və müəllimlər öz istedadlarını və bilik bacarıqlarını göstərmək məqsədilə müxtəlif incəsənət nümunələrini təqdim ediblər.

Tədbirlərin iştirakçıları Azərbaycan çayı və şirniyyatlarına qonaq ediliblər.

http://azertag.az/xeber/Portuqaliyada_Azerbaycan_gunu_tedbirleri_teskil_edilib-914075

0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərhlər
cheap_viagra 17 noyabr 2016 12:23
Risk risk risk risk risk of does cheap viagra work for young men.
Bəyəndim! 0 Bəyənmədim!
SİTAT GƏTİR         
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: