Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin və Azərbaycan Xalça Muzeyinin rəhbərləri dəyişdirilib

Bakı, 25 dekabr, AZƏRTAC

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev və Xalça Muzeyinin direktoru Röya Tağıyeva tutduqları vəzifələrdən azad olunublar.

AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nazirliyin bu gün keçirilən kollegiya iclasında bildirib.

Nazir deyib ki, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə Nizami Kino Mərkəzinin direktoru Vüqar Zeynalov təyin olunub.

Ə.Qarayev vurğulayıb ki, Xalça Muzeyinin direktoru Röya Tağıyeva yanvar ayında təqaüdə göndəriləcək. "R.Tağıyevanın artıq 71 yaşı var. O, təcrübəli muzey işçisidir. Mən imkan vermərəm ki, onun 50 ildə qazandığı nailiyyətlər heç olsun. O, hörmət-izzətlə təqaüdə göndəriləcək. Xalça Muzeyində nöqsanlar var idi. Onların aradan qaldırılması üçün tədbirlər görüldü. Bütün bunlara baxmayaraq, heç kim hay-küy salıb Xalça Muzeyinin əleyhinə danışmamalıdır”.

Nazir R.Tağıyevaya fəaliyyətinə görə təşəkkür edərək onun vəzifəsini müvəqqəti olaraq muzeyin işçisi Mira Məmmədxanovanın icra edəcəyini bildirib.

0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: