Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Uşaq və yeniyetmələr arasında dərəcə imtahanları keçirilib

“Sağlam Həyat” cəmiyyətinin təşəbbüsü, Yeni Azərbaycan Partiyasının 9-cu mkr Gənclər Təşkilatı , "Uşaq və Yeniyetmələrə Dəstək" İctimai Birliyi və onun nəzdində fəaliyyət göstərən “Anacan.az” ailə portalının təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında Milli rəqs, Rəsm, Gimnastika, Şahmat, Basketbol və Universal Döyüş üzrə dekabr ayının 18-dən etibarən silsilə dərəcə imtahanları keçirilmişdir. Yekun tədbiri giriş sözü ilə açan Cəmiyyətin direktoru Samir Hüseynov bu kimi tədbirlərin uşaqların həyatına bəxş etdiyi təsirindən danışaraq sözüTural Əliyev, Fərhad Abdulova və digərlərinə verib.
Uşaq və yeniyetmələr arasında dərəcə imtahanları keçirilib

İmtahanlar zamanı 235 uşaq müvafiq sahə üzrə öz istedad və bacarığını nümayiş etdirərək həvəsləndirici diplom və medallarla, həmçinin milli rəqs müəllimi Musa İsmayılov, Aidə İsmayılova, Qönçə Orucova, Naimə Cəfərova və Cəmiyyətin digər işçiləri Gülnar Hüseynova, Səbinə Ağayeva da uşaqlara göstərdiyi xidmətlərə görə Fəxri Fərman ilə təltif olunublar.
Uşaq və yeniyetmələr arasında dərəcə imtahanları keçirilib

Bununla yanaşı uşaq və yeniyetmələrin asudə vaxtlarınının səmərəli keçirilməsini, onların fiziki və mənəvi sağlam vətəndaş kimi formalaşmasını təmin edən hər bir uşağın valideyni də bu kimi təşəbbüslərinin artırılması məqsədilə təşkilatçılar tərəfindən Təşəkkürnamə ilə təltif olunublar.
Yekun təltifetmə mərasimində Şaxta baba və Qarqız uşaqları əyləndirərək müxtəlif estafet oyunları və şən startlar keçiriblər.
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: