Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Heydər Əliyev Beynəlxalq Aeroportunda flaşmob keçirilib

Bakı, 18 dekabr, AZƏRTAC

Heydər Əliyev Beynəlxalq Aeroportunda gözlənilməz musiqili flaşmob keçirilib.

“Azərbaycan Hava Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, şəhərin qonaqlarını birinci terminalın gəlmə zalında xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi, ölməz "Arşın mal alan" operettasından uvertüra ifa edən Bülbül adına musiqi məktəbinin kiçik simfonik orkestri qarşılayıb.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan flaşmob eskalatorla aşağı enən nağara ifaçısının ritmik kompozisiyalar ifa etməsi ilə başlayıb. Nağara ifaçısının ardından, musiqiçilər sürpriz vəd edən musiqi kakofoniyası yaradan müxtəlif melodiyaları eyni zamanda çalaraq terminalın müxtəlif tərəflərindən zalın mərkəzinə toplaşmağa başlayıblar.

Gəlmə tablosunun qarşısında bir kollektivdə toplaşan orkestr ikinci mərtəbədə görünən Teymur Göyçayevin işarəsi ilə Üzeyir Hacıbəylının məşhur əsərini möhtəşəm şəkildə ifa edib və bu da orada olan insanlar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Qeyd edək ki, bu il Azərbaycanda görkəmli bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi qeyd edilir.
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: