Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

"Anacan.az" ailə portalının təqdimat mərasimi keçirildi!

"Anacan.az" ailə portalının təqdimat mərasimi keçirildi!
  Dekabrın 15-də Muzey Mərkəzində "Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi (İB) "Sağlam gələcək naminə ailə portalının yaradılması” layihəsi çərçivəsində hazırlanmış "anacan.az” ailə portalının təqdimatını keçirib.
   "Sağlam gələcək naminə ailə portalının yaradılması” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2015-ci il üçün elan etdiyi ikinci maliyyə müsabiqəsinin qalibi olub.
   Tədbiri giriş sözü ilə açan İB-nin sədri Fərhad Abdulov bildirib ki, layihənin məqsədi gələcək nəslin fiziki və mənəvi cəhətdən sağlam formalaşması üçün valideynlərin maariflənə biləcəyi milli ailə portalının yaradılmasından ibarətdir. Hazırda yaradılan milli ailə portalının səmərəliliyinin artırılması və daha böyük kütləyə təsir etməsi məqsədilə bir çox dövlət qurumları ilə rəsmi əməkdaşlıq əlaqələrinin qurulması, birgə layihələrin icrası üzərində müzakirələr aparılır.
Natiq ailə institutunda olan problemləri, statistik göstəriciləri qeyd etməklə bu gün ailə portalının yaranmasına zərurət olduğunu qeyd edib. Ərsəyə gələn "anacan.az” ailə portalının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən uşaq, ailə və qadın siyasətinə xidmət etdiyini söyləyib.
   Tədbirdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Zərəngiz Mənsurova, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Bakı İslam Universitetinin kafedra müdiri Elvin Talışinski, Təhsil Nazirliyinin nümayəndəsi Namiq Zeynalov, Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəsirov Xəlil, Müdafiə Nazirliyin nümayəndəsi Rövşən Qarayev və digər iştirak edənlər bildiriblər ki, milli ailə portalı Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının 10-cu bölməsində "cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi” müddəasına öz töhfəsini verəcək.
   Birliyin İdarə Heyətinin sədri Reyhanə Ağayeva "Anacan.az” ailə portalının təqdimatı edəndən sonra portalın yaranmasında əməyi olan gənclərə diplomlar təqdim olunub.
"Anacan.az" ailə portalının təqdimat mərasimi keçirildi! "Anacan.az" ailə portalının təqdimat mərasimi keçirildi! "Anacan.az" ailə portalının təqdimat mərasimi keçirildi! "Anacan.az" ailə portalının təqdimat mərasimi keçirildi! "Anacan.az" ailə portalının təqdimat mərasimi keçirildi!
"Anacan.az" ailə portalının təqdimat mərasimi keçirildi! "Anacan.az" ailə portalının təqdimat mərasimi keçirildi! "Anacan.az" ailə portalının təqdimat mərasimi keçirildi! "Anacan.az" ailə portalının təqdimat mərasimi keçirildi! "Anacan.az" ailə portalının təqdimat mərasimi keçirildi!
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: