Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

İnkluziv təhsil

Təhsilin cəmiyyətdə rolu, əhəmiyyəti və yüksək mövqeyi artıq hər kəsə məlumdur. Hal-hazırda təhsil sistemində ənənəvi və yeni fəal interaktiv təlim metodlarından istifadə olunur. Eyni zamanda inkluziv təhsil anlayışı da artıq insanlar arasında yayılmış, inkişaf tapmışdır. Məlum məsələdir ki, hər dövrdə olduğu kimi indi də cəmiyyətimizdə sağlamlıq imkanları məhdud uşaqlara rast gəlinir. Onların təhsil və tərbiyəsi orta ümumtəhsil məktəblərində diqqət mərkəzindədir. Xüsusi qayğıya ehtiyacı olan bu uşaqların normal vətəndaş və şəxsiyyət kimi formalaşmasında elmin, təhsilin və tərbiyənin rolu böyükdür. Məhz bunu nəzərə alaraq sistemdə inkluziv təhsil deyilən bir anlayış öz təşəkkülünü tapmışdır. Xüsusi təhsilin əsas məqsədi sağlamlıq imkanları məhdud şəxslərə həyat üçün lazımlı olan bilik, bacarıq və vərdişlər aşılamaq, cəmiyyətə qovuşmalarını təmin etmək, özünə xidmət bacarıqlarını formalaşdırmaq, yaradıcı əmək fəaliyyətinə və ailə həyatına hazırlamaqdan ibarətdir. İnkluziv təhsil proqramında inkluziv təlimin tətbiqi sistemli və ardıcıl proseslərdən ibarətdir. Belə ki, bu zaman ilk növbədə yüngül formalı anormallığı olan uşaqların, fiziki cəhətdən qüsurlu insanların, son mərhələdə isə ağır formalı çatışmazlığı olan uşaqların ümumtəhsil məktəblərinə keçirilməsi nəzərdə tutulur. Sözsüz ki, bu proses ümumilikdə olduqca ağır, uzunmüddətli və eyni zamanda məsuliyyətli bir işdir. Hərhalda belə bir proqramın həyata keçirilməsi inkişafda olan ölkəmiz üçün normal bir vəziyyətdir. Yekun olaraq qeyd edim ki, istər fiziki, istər əqli cəhətdən anormallıq yaşayan uşaqlar cəmiyyətdən, təhsildən, təlimdən, maarifdən, ən əsası bizlərdən kənarda qalmamalıdırlar. Axı onlar da bizlərdən biridirlər...


Müəllif: Bakı Dövlət Universiteti, Filologiya fakültəsi, dekan müavini, Elçin Məmmədov


0

Xəbəri redakte etdi: reyhane - 13-12-2015, 12:05
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: