Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

İslam və milli-mənəvi dəyərlər

Hər bir millətin özünəməxsus adət-ənənəsi, milli və mənəvi dəyərləri vardır. Zatən bu, bir millətin varolma, mövcudiyyət səbəbidir. Eyni zamanda bu amil bir milləti digərlərindən ayıran və fərqləndirən xüsusiyyətdir. Adət-ənənə, milli xususiyyət və mənəvi dəyərlərin yaranması, zaman-məkan, iqlim və tarixi bir çox səbəblərlə birbaşa əlaqəlidir. Amma bunu unutmamaq lazımdır ki, milli-mənəvi dəyərlərin formalaşmasında dini və etiqadi təsirlər danılmazdır. Bu təsirlər cəmiyyətin hər təbəqəsində, hətta hər fərdində hiss edilir. İslam dini ata-anaya qarşı gəlməyi birbaşa qadağan edir. Hətta bir ayədə onlara “uf” belə deməkdən çəkindirir. Böyüklərə hörmət, kiçiklərə mərhəmətin bu dinin əsaslarından olduğunu Peyğəmbərimizin hədislərindən anlayırıq. Quran kimlərlə evlənilə biləcəyini və bir müsəlmanın onlara qarşı davranışının necə olacağını təlqin etməkdədir. Allah Rəsulu, Cəbrayıl qonşu haqlarından o qədər çox bəhs etdi ki, qonşumu mənə varis edəcəyini zənn etdim deyərək ətrafımızda yaşayan insanlara qarşı məsuliyyətimizin əhəmiyyətinə diqqət çəkmişdir.
Düşmən qarşısından qaçmağın şəriətdə kəbair adlandırılan böyük günahlardan sayıldığını, Allah yolunda düşmənə qarşı savaşmağın ən üstün ibadət olduğunu və nəhayət Allah yolunda savaşaraq öldürülənin şəhid hesab ediləcəyini və onların ölü adlandırılmayacağını biz dinimizdən öyrənirik. Bu xalqımızın cəsur, düşmənə boyun əyməyən rəşadətli vətəni uğrunda canından keçən oğullar yetişdirməsindəki əsas amillərdən ən əhəmiyyətlisidir. Burada saydığım dəyərlər tarix boyu xalqımıza nəsildən-nəsilə aşılanmış və nəticə etibarı ilə böyüyünə hörmət, kiçiyinə şəfqət edən qonaqpərvər, vətənsevər və qeyrətli bir millət təşəkkül etmişdir. Ancaq təəssüflər olsun ki, günümüzdə insanlarımızın bu dəyərlərdən necə yoxsul buraxıldığının şahidi olmaqdayıq. Nəticə olaraq, yeni gələn nəsillərin, istər ailə, istərsə də cəmiyyət içərisində öz köklərindən uzaqlaşaraq , başqa, bizə doğma olmayan və dinimizlədə bağdaşmayan millətlərə özən göstərirlər. Unutmamaq lazımdır ki, öz tarixini və mədəniyyətini inkar edən xalqlar yox olmağa məhkumdur.

Müəllif: Bakı İslam Universitetinin müəllimi, Rəhim Saadov
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərhlər
vagra_sale 1 dekabr 2016 10:57
FenppHi, vagra sale for sale[/url], dMYRKQl, / Buy viagra on the internet, kXJsIAP.

vagra sale is cheap for you and safe for your body.
Bəyəndim! 0 Bəyənmədim!
SİTAT GƏTİR         
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: