Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Dumansız həyata başlayaq

Dumansız həyata başlayaq


Siqareti tərgitmək üçün sadəcə “siqareti tərgitdim“ demək yetməz. Siqareti həyatınızdan çıxarmanızın səbəblərini ortaya qoyun. Lazım gələrsə, mütəxəssisdən kömək alın, dumansız həyata başlayın. Siqareti tərgitmə gerçəkləriniz hansılardır? Bunları bir kağıza yazıb sıx-sıx baxdığınız bir yerə yapışdırın. Yaşınız neçə olursa olsun və siqareti neçə müddət istifadə etdiyinizin heç bir fərqi yoxdur. Siqareti tərgidən kimi özünüzü əvvəlkindən daha yaxşı, orqanizminizin isə gümrahlaşdığını dərhal hiss edəcəksiniz. Və inanın ki, siqareti atdığınız üçün bədəniniz sizə təşəkkür edəcək.
Siqaret çəkmədiyiniz vaxtları xatırlayın: o vaxtlar necə rahat və gümrah olduğunuzu.
Siqaretə xərclədiyiniz pula özünüzə hədiyyə alın
Siqareti tərgitdinizsə, ona geri dönməmək üçün yazılanları unutmayın.
Çünki, fərqində olmasanız belə çəkdiyiniz hər siqaret sizi öldürür. Bəli, bəli hər siqaret sizi ölümə bir addım daha yaxınlaşdırır.

İnsanlığın ən böyük düşməni, ən böyük qatili, terrordan daha təhlükəlidir siqaret. Bir ildə siqaretdən ölənlərin sayı terrordan və qəzalarda ölənlərin sayından 15 dəfə çoxdur.

Siqaret çəkəndə nə olur ?
- Siqaret damarlarda qan axınını çətinləşdirir.
- Siqaret ağ ciyərləri bitirir.
- Siqaret göz dibində qanamalara yol açır.
- Siqaret beyin qan dövranını pozur.
- Siqaret ağız xərçənginə səbəb olur.
- Siqaret qırtlaq xərçənginə səbəb olur .
- Siqaret ağ ciyər xərçənginə səbəb olur.
Bir sözlə, hər siqaret sizi ölümə bir az daha yaxın edir.
Gəlin görək siqareti tərgitdikdən sonra orqanizmdə hansı dəyişikliklər baş verir:
1. Siqareti tərgitdikdən 20 dəq. sonra arterial təzyiq normallaşır, əl-ayaqlar isinir.
2. 8 saat sonra karbonmonoksid bədəndən tamamən atılır.
3. 8 həftə ərzində dad və qoxu hissləri bərpa olur.
4. 12 həftə sonra ağ ciyərlər özünü təmizləmə imkanına qovuşur.
5. 4 ay sonra ağ ciyər funksiyaları 30% artır.
6. 12 ay sonra infarkt keçirtmə riski azalamağa başlayır və 2 ci ilin sonunda yarıya düşür.
7. 1 il sonra günə 1 qutu siqaret çəkən insan 1500-2000 manat pul toplamış olur.
8. 5 il sonra insult riski azalır.
9. 10 il sonra ağ ciyər xərçəngi riski yarıya düşür.

Bir çox insanlarda siqareti tərgitdikdən sonra piylənmə qorxusu var. Siqareti tərgitdikdən sonra 2-5 kq arası çəki arta bilər. Amma, ortada bir gerçək var ki, 1 qutu siqaretin zərəri 45 kg artıq çəkinin zərərinə bərabərdir. Bəs siqareti atdıqdan sonra çəki niyə artır?
1. Enerji dəngəsizliyi.
2. Maddələr mübadiləsinin yavaşlaması.
3. Bəslənmə alışqanlıqıarının dəyişməsi.
4. Ağızda bir şeylər olması ehtiyacı hissi.
5. Stress anında yemək.

Siqaret istəyini azaldan qidalar:
1. C vitamini ( tünd yaşıl rəngli və narıncı rəngli meyvə tərəvəzlər )
2. Bu qidalar stress səviyyəsini azaldıb, xoşbəxtlik hormonu serotoninin səviyyəsini artır:
- Banan
- Kakaolu süd
- Qoz
- Badam
- Fındıq
Amma siqareti tərgitdiniz deyə özünüzü mükafatlandıraraq şokolad, tort və fast food yeyilməməlidir. Əks halda, artıq çəki ilə qarşılaşacaqsınız.
3. Çörək olaraq seçiminiz tam taxıllı, qara çörək olmalıdır (kilo artırmı, qan şəkərini tənzimləyir, həm də tərkibindəki karbohidrat xoşbəxtlik hissini artırır).
4. Bol su içmək.

Kilo almadan siqareti atmanın yolları :
1. Kilo almadan siqareti atmaq istəyirsizsə planlı şəkildə edin
2. İdmana başlayın. 30 dəq-lik yürüyüşlər.
3. 3-4 dəfə, 6-7 dəfə az-az qidalanın.

Bilmirəm neçə nəfər bu yazını oxuyaraq siqareti tərgitmək qərarını alacaq, amma, yeni ildə özünüzə və yaxınlarınıza edəcəyiniz ən gözəl hədiyyə “dumansız həyat”a başlamaq olar. Çünki, həyatda heç nə heç vaxt sizin sağlamlığınızdan daha önəmli ola bilməz.

Müəllif: "Türkiye Obezite Araştırma Derneği”nin üzvü, həkim-dietoloq Tutu Zeynalova
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: