Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

İslamda ailənin önəmi və dəyəri

İslamda ailənin önəmi və dəyəri



Ailə insan həyatının mühüm amillərindən biridir. Ailə olmadan insanların qarşılıqlı əlaqələrini və bütövlükdə insan cəmiyyətini təsəvvür etmək çətindir. İnsanların qarşılıqlı münasibətləri sırasında ən müqəddəs və vacib kimi İslam ailə münasibətlərini hesab edir. İslamda nikah Allahın adı ilə, Peyğəmbərimizin (s.ə.s.) Sünnətinə uyğun olaraq müsəlman şahidlərin hüzurunda bağlanır. İslam dini ailənin qurulmasını, onun haqqında qayğıları ibadət səviyyəsinə qaldırmışdır. Ailə quran insan Allahın hökmünü və Peyğəmbərimizin (s.ə.s.) vacib göstərişlərini yerinə yetirmiş kimi mükafat alacaqdır. Dünyanın müxtəlif ölkələrində aparılan elmi tədqiqatlar və sorğular sübut edir ki, müsəlman ailələri - ən möhkəm və xoşbəxtdirlər.
Peyğəmbərimiz (s.ə.s.) buyurur: “Evlənmək mənim sünnəmdir. Kim mənim sünnəmdən üz döndərərsə, mənim ümmətimdən deyil”.
Bununla yanaşı artıq qurulmuş ailələrin dağılmaması üçün İslam dini tərəfindən bütün lazımi tədbirlər də görülmüşdür. Bu mənada Peyğəmbərimizin (s.ə.s.) söylədiyi yalnız iki fikiri qeyd etmək kifayətdir: “Allah üçün Onun tərəfindən icazə verilmiş ən nifrət oyandıran – boşanmadır”.
Digər fikrə əsasən isə, boşanmaya görə Rəhmanın Ərşi (Ən uca təbəqə) titrəyir. İslamın digər təlimləri kimi, onun ailə həyatı haqqında təlimi də – ona riayət edənlər üçün xoşbəxtlik mənbəyidir. İslamda ailənin qurulması əqd ən-nikah, yəni, ittifaq üçün nikah müqaviləsi adlanır. Hər bir müqavilə kimi o, hər iki tərəfin razılığı ilə bağlanır ki, bu da ailənin əmələ gəlməsinin vacib şərtidir. Bu razılığa İslam o qədər böyük diqqət ayırır ki, təkcə oğlan ilə qızın bir-birilərinə bu barədə etirafı kifayət deyil, onlar bunu şahidlərin qarşısında ucadan söyləməlidirlər. Və öz razılığını şahidlərə eşitdirmədən ailə qurmaq olmaz. Bu cür nikah möhkəm hesab olunur.
Bir çox müsəlman xalqlarında İslamı qəbul etməmişdən əvvəl qızları və qadınları zorla ərə vermək adəti də mövcud idi. İslam bu vəziyyəti aradan qaldıraraq ailənin qurulmasının vacib şərti kimi kişinin razılığı ilə yanaşı qadının da razılığını irəli sürdü. Hədislərin birində Peyğəmbərimiz (s.ə.s.) buyurur:
“Qızdan onun razı olmasını soruşmadan, qadından onunla məsləhətləşmədən nikah bağlanmamalıdır”.
Bununla yanaşı, ailə quran gənclər bu incə və çətin məsələdə öz valideynləri və yaxın qohumları ilə məsləhətləşməli və onların razı olmaları barədə öyrənməlidirlər. Ailə iki nəfərin, kişi və qadının könüllü ittifaqı nəticəsində əmələ gəlir. Ailə - kiçik cəmiyyətdir və bütün cəmiyyətlərin yaranmasının əsas vasitəsidir. Bu kiçik cəmiyyət də qayda və üsullara, öz üzvlərinin hüquq və öhdəliklərinə malikdir. İslam dini kişi və qadının bərabərhüquqlu olması və s. məsələləri qeyri-müəyyən qoymayaraq ailə məsələlərini ən xırdalığına qədər təfsilatı ilə izah etmişdir.
Qurani-Kərimdə deyilir: “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!”.
Müsəlman ailəsi çox zəngindir. Çünki onun içərisində sevgi, hörmət, güvən, fədakarlıq, şəfqət, mərhəmət kimi üstün qüvvəyə malik hisslər vardır. Bu səbəbdən heç şübhəsiz müsəlman ailəsinin həyatı və xoşbəxtliyi, sakitliyi və rahatlığı onun Allahı zikr etməsi ilə başlayır.

Müəllif: Bakı İslam Universitetinin kafedra müdiri Hacı Elvin Talışınski
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: