Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Qorxudan fobiyaya

Hər bir canlı fərd olaraq varlığını təhdid edən, ya da təhdid riski daşıyan vəziyyətlərdən özünümüdafiə olaraq qaçınar. İnsan şüurunda bu qaçınma qorxu olaraq qəbul edilməkdədir. Qorxu bu halıyla adamın varlığını, həyatını davam etdirməsinə xidmət edən müdafiə sistemlərinin bir ön-xəbərdarlıq mexanizmidir və həyatın davam etdirilə bilməsi üçün lazımlıdır. Məsələn, hər bir insan bu və ya digər ölçüdə itdən qorxar. Yüngül ya da ağır, hətta ölümə səbəb ola biləcək bir təhlükə - itdən qorxmaq adidir və lazımlıdır. Bir itdən gələ biləcək təhlükə üçün lazım olan tədbirləri görərək, bu qorxunun öhdəsindən gələ bilmək, beləcə bir itlə fiziki, ya da romantik təmas qura bilmək səviyyəsində tutula bilən it qorxusu, xəstəlikli bir vəziyyət olaraq qəbul edilə bilməz. Çünki bu halıyla, adamın idarəsindən çıxmış olur. Qorxunun “idarədən çıxması” həyatın davam etdirilməsi üçün lazım olan bir ön-xəbərdarlıq sisteminə uyğunlaşmanın təmin edilə bilməməsi mənasındadır. İnsan narahatlıq və qorxu içindədir və bu narahatlıq onun gündəlik həyatını istədiyi tərzdə davam etdirməsinə imkan verməz. Onu sanki öz xaricində işləyən bir mexanizm kimi, özünə hökm edən bir xarici güc kimi funksiya olduğunu görür. Bu halıyla həyata xidmət edən qorxu həyata qarşı olan fobiyaya çevrilər. Müəyyən bir varlığa və vəziyyətə bağlana bilməyən fobiyalar da vardır. Hər şeydən əvvəl fərdin varlığını təhdid edən bir çox xarici ünsür olduğuna görə, bir çox qorxu və fobiya da vardır. Ancaq adamın varlığını təhdid edən xarici ünsürlər bəzən müəyyən bir varlıq, ya da vəziyyətə bağlı olmazlar. Adamın ümumi mənada öz varlığını təhdid altında qəbul etməsi vəziyyətində onun şüur altına əks olunan bu təyin bir obyekt və ya vəziyyətlə elaqələndirilməmiş, naməlum narahatlıq adamın şüuraltında işləyən bir mexanizmlə təyin olunan bir qorxu halına çevrilir. Qorxu halına çevrildiyi anda da ümumi bir narahatlıq olması nəticəsində fobiyaya çevrilər. Fobiya cəmiyyətdə sıx görülən bir qayğı pozuqluğudur. Fobiyası olan insanlar “fobik” adlandırılırlar. Fobiyalar xalq arasında xəstəlikdən çox xasiyyət ya da şəxsiyyət xüsusiyyəti olaraq düşünüldüyündən müalicəyə müraciət edənlərin sayı azdır. Araşdırmalarda fobiya sıxlığının gözləniləndən aşağı çıxmasının ən əhəmiyyətli səbəbi budur. Qadınlarda kişilərə nisbətən iki yarım dəfə daha çox görüldüyü müəyyən olunmuşdur. Fobiyanın səbəbləri mövzusunda fərqli cərəyanların fərqli şərhləri vardır. Freud fobiyanı şüuraltı qarşıdurmalar olaraq müəyyən edir. Watsona görə isə fobiya şərtli refleksə əsaslanır. Qorxu yaradan obyekt, vəziyyət və ya fəaliyyət ilə qarşılaşanda narahatlıq əlamətləri ortaya çıxar. Panik atakda görülən əlamətlərin hamısı fobik vəziyyətlə qarşılaşanda ortaya çıxa bilər, hətta bəzi bədən ifrazatları saxlanılmaya bilər, ürəyin çox çırpınması (sanki yerindən çıxacaq kimi). Fobiya əlamətlərindən bəziləri bunlardır: üz qızarması, titrəmə, soyuq tərləmə, nəfəs darlığı, ağız quruluğu, udqunma çətinliyi, boğazda daralma, mədə bulanması, diqqətin yayınması, ani təzyiq enişi, şok və s.

Müəllif: Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu, Validə Abbasova
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərhlər
cialis 6 dekabr 2016 13:15
Silly for t buy cialis online on sale pills products.
Bəyəndim! 0 Bəyənmədim!
SİTAT GƏTİR         
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: