Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Əlillik siyasəti

Əlillik siyasəti bir tərəfdən əlillərin fərdi davranışına dövlətin təsirinin starategiyasını, eləcə də, məhdud imkanları olan şəxslərin həyatı üçün münasib olan yaşayış mühiti və şəraitlərin formalaşması məqsədi ilə ehtiyatların idarə olunmasını, korporativ və dövlət strategiyasını, digər tərəfdən əlilliyi olan insanların vəziyyətinin pozitiv istiqamətə dəyişdirilməsi məqsədilə əlilərin özlərinin kollektiv hərəkətlərinin strategiyasını, onların ictimai birliklərinin dövlət və sosial strukturlara təsirini nəzərdə tutur.
Azərbaycanda əlillərə münasibət sahəsində sosial siyasət — həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsi nazirliyin mərkəzi aparatının struktur bölməsidir. Şöbə əlillərin sosial müdafiəsi, tibbi sosial və peşə reabilitasiyası sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, əlil insanların cəmiyyətə inteqrasiyasını gerçəkləşdirə biləcək proqramların və sosial layihələrin, əlillərin sosial müdafiəsinə dair normativ hüquqi sənədlərin təlimatı, metodiki göstərişlərin işlənib hazırlanması, əlillərin ictimai həyatın bütün sahələrində iştirakına şərait yaradılması, onların öz fərdi maraq və qabiliyyətlərinə uyğun, dolğun həyat sürməsi üçün mühüm sosial adaptasiya tədbirlərinin reallaşdırılması, ictimai təşkilatlarla qarşılıqlı işin təşkili istiqamətində fəaliyyət göstərir.

Müəllif: Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərhlər
Elmir Valehli 16 dekabr 2015 15:52
Salam ƏƏSMN nümayəndəsinin adını da qeyd etsəniz daha peşakar yanaşmış olardınız.
Bəyəndim! +1 Bəyənmədim!
SİTAT GƏTİR         
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: